12 Avqust 2025 20:02
669
DÜNYA
A- A+
Prezident Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı yüksək səviyyədə görüşü təşkil etməyə hazırdır  

Prezident Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı yüksək səviyyədə görüşü təşkil etməyə hazırdır  


Avqustun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə lideri Kiyev ilə Moskva arasında birbaşa İstanbul danışıqları zamanı əldə edilmiş irəliləyişi yüksək qiymətləndirib, dialoqun növbəti raundlarının səmərəliliyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, “sülh prosesinin bir hissəsi kimi atəşkəs istiqamətində mühüm addımlar əldə etməyə imkan verəcək”.

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə bağlı yüksək səviyyədə görüş təşkil etməyə hazır olduğunu qeyd edərək, üç Rusiya-Ukrayna işçi qrupunun yaradılmasının “yekun nəticəyə yol açacağını” qeyd edib.

Türkiyə lideri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Türkiyədəki analitiklər və ekspertlər Rusiya ilə ABŞ liderlərinin avqustun 15-də Alyaskada planlaşdırılan görüşü ərəfəsində Ərdoğanla Zelenski arasında telefon danışığının əhəmiyyətini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

Ukrayna mediası Prezident İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

13:18
22 İyul

DSMF-nin xərcləri artıb

12:58
22 İyul

“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb

12:57
22 İyul

Sabahın hava proqnozu açıqlanıb

12:41
22 İyul

ABŞ qüvvələri Oman körfəzi sahilindəki İran şəhərlərinə hücum edib  

12:41
22 İyul

Göygöldə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib  

12:33
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!