10 Sentyabr 2025 08:30
362
SİYASƏT
A- A+
Paşinyanın reytinqi yüksəlir

Paşinyanın reytinqi yüksəlir


Sülh istəməyən revanşistlərin ümidləri puç olur


Ermənistanda iqtidar və müxalifətin bir-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır. İndi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Bu isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olduğunu deməyə əsas verir.

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Rusiya mediasının yazdığına görə, Aİ "ProElect" layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verilib: "Brüssel "dezinformasiyaya qarşı mübarizə" adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.  

"ProElect" layihəsi nədir? Bu, "vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək" məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu "gücləndirməkdir". 

Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq "demokratiyaya dəstək" üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar "seçicilərin maarifləndirilməsi" və "nifrət nitqi ilə mübarizə" üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir". 

Ermənistanın "4rd.am" nəşri yazıb ki, Aİ-nin hədəfi seçkilərdə baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır: "Qərb müşahidəçiləri artıq Ermənistanda müxalifətin həbslərinə, cinayət işlərinin saxtalaşdırılmasına göz yumurlar. Bu mexanizm artıq Ukrayna və Moldova timsalında uğurla sınaqdan keçirilib". 

Gələn il keçiriləcək seçkilərdə iqtidar-müxalifət qarşıdurmasının daha  kəskin mərhələyə qədəm qoyacağı gözlənilir. Avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində imzalanan Birgə Bəyannamədən sonra hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Bu tarixi hadisədən sonra Ermənistanda böyük əksəriyyət hakimiyyətin atdığı addımı müsbət qiymətləndirib. GALLUP şirkəti tərəfindən keçirilən sorğuda respondentlərə bir sual ünvanlanıb: "Bazar günü parlament seçkiləri keçirilsə, hansı siyasi qüvvəyə səs verərdiniz?" Respondentlərin verdiyi cavablardan da məlum olur ki, onlar daha çox baş nazirin partiyasına səslərini verəcəklər. Səsvermədə iştirak edənlərin 17,3 faizi səsini "Vətəndaş müqaviləsi" lehinə istifadə edib. Bu da ötən sorğu ilə müqayisədə 4 faizdən çox artım deməkdir. Bu, sadə erməni vətəndaşının sülh gündəminə marağının getdikcə artması deməkdir. 

Səsvermədə sabiq prezidentlərin partiyaları çox zəif nəticə əldə ediblər. Bu da müxalifət düşərgəsində ciddi məyusluğa səbəb olub. Belə ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 6,4 faizi "Ermənistan" blokuna, 3,8 faizi "Çiçəklənən Ermənistan" partiyasına, 3,4 faizi isə "Respublika" partiyasına səs verəcəyini bildirib. Növbəti nəticələr isə müxalifət üçün daha biabırçı formadadır: hazırda həbsdə olan Vardan Qukasyanın partiyası 2,5 faiz,  Aram Sarkisyanın "Anrapetutyun" partiyası 1,1 faiz, Daşnaksütyun 1,1 faiz səs toplayıb. Kremlin "kadrı" sayılan iş adamı Samvel Karapetyanın "Yeni güc" partiyası respondentlərin 13,4 faizinin səsini toplayıb. Bu partiyanın ilin sonuna qədər formalaşacağı ehtimal edilir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!