22 Fevral 2025 08:30
678
SİYASƏT
A- A+
"Paşinyan zahiri görkəmi kimi fikirlərini də tez-tez dəyişir"

"Paşinyan zahiri görkəmi kimi fikirlərini də tez-tez dəyişir"


Baş nazirin "konstitusiya islahatları" ilə bağlı açıqlaması başqa məqsədlərə də xidmət edə bilər


"Nikol Paşinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə 2018-ci ildə çıxış edib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən və Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri "konstitusiya islahatları" mövzusunu bir neçə dəfə gündəmə gətirib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. Deputat xatırladıb ki, Nikol Paşinyan son açıqlamasında yeni konstitusiyanın qəbulu ilə bağlı mövqeyini daha öncəki konstitusiyaların qəbulu prosesinin legitim əsaslara malik olmaması ilə əlaqələndirib. Bu, daha öncəki fikirlərlə müqayisədə tamamilə yeni hesab oluna və açıqlama sahibinə daha geniş manevr imkanları verə biləcək bir yanaşmadır. Ermənistanın baş nazirinin yeni konstitusiyanın qəbul olunmasında, ilk növbədə, öz maraqları var. Bu, hazırda Ermənistanda qüvvədə olan konstitusiyanın 18 və 19-cu maddələri ilə bağlıdır. "Ermənistan konstitusiyasının 19-cu maddəsi Erməni Apostol Kilsəsinə xüsusi imtiyazlar verib və bu imtiyazlar konstitusiyaya istinadla qəbul edilən qanunvericilik aktları ilə möhkəmləndirilib. 18-ci maddənin birinci bəndində qeyd olunur ki, "Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin milli kilsə kimi erməni xalqının mənəvi həyatındakı, onun milli mədəniyyətinin inkişafı işindəki və milli özünəməxsusluğunun qorunmasındakı müstəsna missiyasını qəbul edir". Eyni maddənin ikinci bəndində isə deyilir ki, "Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsinin münasibətləri qanunla tənzimlənə bilər". Ermənistan konstitusiyasının iqtibas gətirdiyim maddəsinə istinadən, 2007-ci ildə Ermənistan Respublikası ilə Erməni Apostol kilsəsinin münasibətləri haqqında qanun qəbul edilib və bu qanunda kilsəyə Ermənistandakı ictimai-siyasi, mədəni və ideoloji proseslərə birbaşa müdaxilə etmək imkanları verilib. Ermənistan konstitusiyasının 19-cu maddəsi isə erməni diasporu ilə bağlıdır. Bu maddə də əsasən daşnak qrupları tərəfindən idarə olunan erməni diaspor təşkilatlarına Ermənistanın daxili və xarici siyasətinə müdaxilə etmək imkanları verir. Daşnaksütyunun idarəçiliyində olan ənənəvi erməni diaspor təşkilatlarının və erməni Apostol Kilsəsinin Nikol Paşinyana olan aqressiv münasibətini nəzərə alsaq, baş nazirin konstitusiyadan sözügedən maddələri çıxarmaq istiqamətindəki əndişəsinin səbəblərini müəyyənləşdirmək mümkündür. Paşinyan kilsənin və diasporun, ilk növbədə, onun hakimiyyətinə təhdid yaradan konstitusion səlahiyyətlərinə son qoymaq istəyir", - deyə siyasətçi əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, Nikol Paşinyan konstitusiya ilə bağlı açıqlamalarında Azərbaycanın tələbləri ilə bağlı bir qayda olaraq heç nə demir. Amma onun yeni konstitusiyanın qəbulunun strateji məqsədləri haqda söylədikləri, həm də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı istiqamətlərə işarə etdiyini düşünməyə əsas verir. Paşinyan deyir ki, yeni konstitusiyanın qəbulunun strateji məqsədi, dövlətsiz bir millətin qalıq fəaliyyətindən dövlətçilik təfəkkürü olan bir xalqın fəaliyyətinə keçiddir. Bu yanaşma Paşinyanın daha öncə səsləndirdiyi "real Ermənistan" haqqında mülahizələrin hüquqi-siyasi müstəvidə ifadə edilmiş nümunəsidir. Ermənistanın "dövlətsiz millət" ifadəsi, əslində, "diaspor xalqı" deyiminin ekvivalenti hesab oluna bilər. Bu, o deməkdir ki, ermənilər "diaspor xalqı" olmaqdan və ərazilərində hazırda, yaxud nə zamansa yaşadıqları dövlətlərə qarşı ərazi iddiaları irəli sürməkdən əl çəkməli, onlara tarixi Azərbaycan torpaqlarında yaradılan təsisatın real sərhədləri çərçivəsində dövlət qurmaq haqqında düşünməlidirlər.

Deputat vurğulayıb ki, bütün bunlarla yanaşı, Nikol Paşinyanın zahiri görkəmi kimi fikirlərini də tez-tez dəyişdiyini nəzərə alsaq, onun son nəticədə hansı qüvvənin təhriki ilə hərəkət edəcəyini, yaxud hansı situativ qərar verəcəyini ehtimal etmək çətindir. Onun fikirləri arasındakı fərq saqqallı Paşinyanla saqqalsız Paşinyan arasındakı fərq qədərdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!