Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı çıxışında Azərbaycan ilə sərhədlərin delimitasiyası məsələsinə xüsusi diqqət yetirib.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Azərbaycan ilə sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni nümayiş etdirib. O bildirib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamlar məntiqsiz və qəbuledilməzdir. Ona görə ki, mövcud dövlət sərhədi indi de-yure bərpa edilir. Sərhədlərin delimitasiyası ilə Ermənistanın təhlükəsizliyi təmin olunur.
Paşinyan deyib: “Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.
Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib.
“Məlum olduğu kimi, 1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları dövlət qurumları tərəfindən hüquqi cəhətdən əsaslandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdi...
23 Iyun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsd...
23 Iyun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsd...
23 Iyun
“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyah...
23 Iyun
“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın...
23 Iyun
Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtira...
22 Iyun
Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib...
22 Iyun
KDR-da silahlı şəxslər 23 nəfəri öldürüb
22 Iyun
Husilər ABŞ-a məxsus gəmiyə hücum ediblər
22 Iyun
Həcc ziyarəti zamanı 31 misirli həlak olub
22 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
![](/uploads/img/posts/2024/05/01/17145460146024422730_1200x630jpg-1714553055.jpg)
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
![](/uploads/img/posts/2024/04/29/17143764622902453710_1200x630jpg-1714386324.jpg)
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
![](/uploads/img/posts/2024/04/28/17008099572680156102jpg-1714255447.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
![](/uploads/img/posts/2024/04/26/17141299681482815741_1200x630jpg-1714134537.jpg)
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
![](/uploads/img/posts/2024/04/25/1713790738_333a1292544ee6e82d23d870f888ebe9jpg-1714003908.jpg)
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
![](/uploads/img/posts/2024/05/01/88a5kc3rgz_003 (1)jpg-1714516186.jpg)
Tükdən nazik siyasət30 Aprel 2024
![](/uploads/img/posts/2024/04/30/manset Копированиеjpg-1714429427.jpg)
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
![](/uploads/img/posts/2024/04/28/1714119595170361765jpg-1714255382.jpg)
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
![](/uploads/img/posts/2024/04/26/17139801074569954971jpg-1714082856.jpg)
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
![](/uploads/img/posts/2024/04/25/1713980107297233510_1200x630jpg-1713990859.jpg)
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
![](/uploads/img/posts/2024/04/23/Seh-1 Копированиеjpg-1713830353.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!