01 Sentyabr 2024 18:21
80
SİYASƏT
A- A+

Parlament seçkiləri Ağdamın işğaldan azad edilmiş ərazilərində dörd məntəqədə təşkil olunub

 

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı Ağdam-Xocalı seçki dairəsinin dörd məntəqəsində keçirilir. 48 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri 48 saylı seçki məntəqəsinə baş çəkib, səsvermənin gedişini müşahidə edib. Məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Rayon qeydiyyatında olan və ərazidə işləyən seçicilər səsvermədə fəallıq göstərir, məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirir, səsvermədə ruh yüksəkliyi ilə iştirak edirlər.

Səsvermənin gedişini 8 yerli, həmçinin MDB-dən gəlmiş 1 müşahidəçi izləyir.

Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video