02 Avqust 2024 02:30
382
İDMAN
A- A+
Parisdə olimpiyaçılar zəhərləndilər

Parisdə olimpiyaçılar zəhərləndilər

 

Sena çayında üzən atletlərin əksəriyyətinin halı pisləşib

 

Paris Olimpiadası başlayandan bəri hələ qalmaqal yaşanmayan gün olmayıb. Olimpiya Oyunlarının yumşaq desək, çox qəribə, əslində isə biabırçı açılışı ilə bağlı ehtiraslar səngiməmiş yeni xoşagəlməz hadisələr baş verməkdə davam edir.

Məsələn, Britaniya komandası qida çatışmazlığı və keyfiyyətsiz yemək səbəbindən Olimpiadaya öz aşpazını gətirir. Pedofiliyaya görə məhkum olunmuş idmançı Olimpiadaya vəsiqə əldə edir və ən mötəbər yarışların iştirakçısına çevrilir. Daha güclü yumruqları olan iki transseksual döyüşçü qadın boksçulara qarşı rinqə çıxır...

Oğurluq, soyğunçuluq və təcavüz halları da Olimpiya Oyunlarının bir növ ayrılmaz tərkib hissəsinə çevrilib.

Fransa paytaxtında axan məşhur Sena çayının bulanıq suları mövzusu isə son zamanların dillər əzbəridir. Və budur, həmin mövzuda daha bir xoşagəlməz xəbər: Sena çayında triatlon növünə daxil olan üzgüçülük yarışı keçirildikdən sonra idmançıların halı pisləşib. Bəzi atlerlərdə qusma əmələ gəlib və bütün bu hallar canlı yayımda göstərilib.

Kanada komandasının nümayəndəsi Tayler Mislavçuk ən azı 10 dəfə qusduğunu bildirib. Bəziləri, məsələn qazaxıstanlı triatlonçu Yekaterina Şabalina hətta yarışı tərk etməli olublar.

Bundan əvvəl suyun keyfiyyətinin aşağı olması səbəbindən yarış bir gün təxirə salınmışdı, lakin 24 saat ərzində həyat üçün təhlükəli bakteriyaların aşıb-daşdığı Sena çayının sularının normal vəziyyətə düşməyəcəyi hamıya aydın idi.

 Hələ iki il öncə məlum idi ki, Parisin bütün çirkab sularının axıdıldığı Sena çayında üzmək sağlamlıq üçün təhlükəlidir. İdmançılar və ictimaiyyət həyəcan təbili çalırdı, lakin səlahiyyətlilər söz verirdilər ki, əsas şəhər arteriyası təmizlənəcək. Bunun üçün milyardlarla avro ayrılıb. İndi isə vəziyyət göz önündədir: həmin pulların hara xərcləndiyi bəlli deyil.

Bu hadisə bir daha nümayiş etdirir ki, Makron höküməti üçün idmançıların və ümumən insanların sağlamlığı məsələsi prioritet təşkil etmir. Bunu yarışlar zamanı  adi içməli suya möhtac qalan daha bir olimpiyaçı - amerikalı tennisçi Daniel Kollinz də  təsdiqləyib. O, Paris Olimpiadasındakı şəraitdən şikayətlənərək bildirib ki,  Fransada idmançıların sağlamlığı prioritet deyil.

Oyun zamanı sağlamlığında ciddi problemlər yaranan 30 yaşlı idmançı Olimpiada təşkilatçılarını kifayət qədər  soyuq su şüşələrinin olmamasında ittiham edib: "Kortdan çıxanda az qala huşumu itirdim, sonra üç saat tibbi masanın üstündə qalmışam. Bu, səhhətimə çox pis təsir etdi. Bütün bədən qıc olanda, günvurmadan əziyyət çəkəndə, çıxış etmək çox çətindir".

Qeyd edək ki, Daniel Kollinz Olimpiya tennis turnirinin 1/4 finalında İqa Sviateklə görüşünü məlum səbəblərdən başa vura bilməyib. O, üçüncü setdə kortu tərk etməyə məcbur olub.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!