10 Dekabr 2025 17:38
987
Mədəniyyət
A- A+
Panel sessiya: Mədəniyyətin beynəlxalq münasibətlər sistemində yeri  

Panel sessiya: Mədəniyyətin beynəlxalq münasibətlər sistemində yeri  


Dekabrın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Mədəniyyət və Hüquq: Müasir çağırışlar” adlı elmi-praktik forumun sonuncu paneli “Mədəniyyətin beynəlxalq münasibətlər sistemində yeri” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panelin moderatoru mədəniyyət nazirinin müavini Fərid Cəfərov olub. Paneldə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq məhkəmə və arbitraj işləri şöbəsinin müdiri Bədir Bayramov, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının professoru Əmir Əliyev çıxış ediblər.

Müzakirələr zamanı mədəniyyətin beynəlxalq hüquq müstəvisində yeri, dövlətlərarası münasibətlərdə mədəni diplomatiyanın artan rolu, mədəniyyətin “yumşaq güc” kimi qlobal təsir mexanizmlərindəki əhəmiyyəti geniş şəkildə təhlil olunub. Vurğulanıb ki, mədəni irsin qorunması və dünya birliyi ilə paylaşılması yalnız mədəni siyasət deyil, eyni zamanda beynəlxalq əməkdaşlığın sabitliyini və qarşılıqlı etimadı gücləndirən mühüm faktordur.

Panel çərçivəsində, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq, mədəniyyət sahəsində hüquqi öhdəliklər, mədəni irsin müdafiəsi, eləcə də qlobal miqyasda mədəni müxtəlifliyin təşviqi mövzuları müzakirə olunub. Çıxışçılar qeyd ediblər ki, Azərbaycanın zəngin mədəni irsi ölkənin xarici siyasətinin vacib komponenti kimi çıxış edir və beynəlxalq arenada ölkəmizin nüfuzunun güclənməsinə xidmət edir.

Panelin sonunda bildirilib ki, mədəniyyət diplomatiyasının gücləndirilməsi və mədəni irsin beynəlxalq müstəvidə qorunması Azərbaycanının qlobal arenada mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!