10 Dekabr 2025 17:32
937
Mədəniyyət
A- A+
Panel sessiya: Azərbaycan Respublikasının Konstitusiyası və mədəni dəyərlərimiz  

Panel sessiya: Azərbaycan Respublikasının Konstitusiyası və mədəni dəyərlərimiz  

Dekabrın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forum panel sessiyalarla davam edib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikasının Konstitusiyası və mədəni dəyərlərimiz" mövzusunda keçirilən paneldə moderator ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov olub.

Paneldə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri, Vəkillər Kollegiyası üzvü Turqay Hüseynov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova çıxış ediblər.

Panel çərçivəsində müasir çağırışların hüquqi aspektləri, milli irsin qorunması və mədəniyyətin dövlət siyasətində rolu ətrafında geniş və çoxşaxəli müzakirələr aparılıb.

Natiqlər qeyd ediblər ki, Azərbaycanın Konstitusiyasına əsaslanan hüquqi norma və prinsiplər ölkəmizin mədəni dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün möhkəm zəmin yaradır. Bu baxımdan, mədəniyyət sahəsində dövlət siyasətinin daha çevik, daha funksional və qlobal tendensiyalara uyğun şəkildə qurulmasının vacibliyi vurğulanıb.

Müzakirələr zamanı xüsusilə mədəni irsin qorunması istiqamətində qəbul edilən qanunvericilik aktlarının icrası, bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi məsələləri diqqət mərkəzində olub.

Eyni zamanda çıxış edənlər mədəniyyətin müasir çağırışları ilə bağlı məsələlərə də toxunublar. Qloballaşma, rəqəmsallaşma və informasiya axınlarının sürətlənməsi fonunda mədəni irsin qorunmasının yeni hüquqi yanaşmalar tələb etdiyi bildirilib. Bu kontekstdə həm dövlət qurumlarının, həm də müstəqil ekspertlərin birgə fəaliyyətinin vacibliyi önə çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!