11 Sentyabr 2022 00:32
1329
İQTİSADİYYAT
A- A+
Pambıq əkini sahələri ildən-ilə genişlənir

Pambıq əkini sahələri ildən-ilə genişlənir

 

Bu həm gəlir, həm də yeni iş yerləri deməkdir

 

Azərbaycanda neftdən sonra ikinci strateji məhsul pambıqdır. Bu bitki həm gəlirli, həm də əhalinin məşğulluğu baxımından əhəmiyyətlidir. Sovetlər birliyi dönəmindən pambıqçılıq sahəsində irəlidə olan ölkələrdən idik. 
Ötən əsrin 82-ci ilində Azərbaycanda pambıqçılıq kənd təsərrüfatında 22 faizlə öndə gedən sahələrdən biri sayılırdı. Lakin 90-cı illərin əvvəllərinin məlum vəziyyəti bütün sahələrdə olduğu kimi, pambıqçılıqda da durğunluq yaratdı. Prezident İlham Əliyevin ənənəvi sahələrin yenidən dirçəldilməsi siyasəti pambıqçılığın inkişafında dönüş yaratdı. Dövlət başçısının 13 iyul 2017-ci il tarixli "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahəyə fermerlərin marağını artırdı. 
Hazırda ölkəmizdə 24 rayonda pambıq becərilir. Dövlət bu sahə ilə məşğul olan fermerlərə bir sıra güzəştlər tətbiq edib. Pambıqçılığın stimullaşdırılması sayəsində ildən-ilə əkin sahələri genişlənir. Daha çox əkin sahəsi həm də yeni iş yerlərinin yaranması deməkdir. Mütəxəssislərin hesablamalarına görə, 200 min hektar sahədə pambıq əkilməsi 350-400 min nəfərin işlə təmin olunmasına imkan yaradır. 
Pambığın digər məhsullardan bir üstün cəhəti var. Bu məhsulun xarici bazara çıxarılmasında heç bir problem olmur. Belə ki, pambıq dünya bazarlarında birjalarda satıldığı üçün onun hər hansı bir alıcıdan asılılığı yoxdur. 
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri yeni mövsümdə pambıq yığımı ilə əlaqədar rayonlara səfər edərək fermerlərlə görüşür və onlara məsləhətlər verirlər. Nazirliyin nümayəndələri ilə  "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda keçirilib. 
Tədbirdə çıxış edən nazirliyin nümayəndəsi Rəfail Quliyev iştirakçılara ölkədə 2022-ci ildə aparılmış pambıq əkinləri və görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu il nazirlik tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks tədbirlər planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib. Məhsul yığımı ərəfəsində nazirlikdə pambıqçılıq şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə artırıldığı da bildirilib. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800, 2-ci növ üçün 780, 3-cü növ üçün 740, 4-cü növ üçün 700 manat müəyyən edilib. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.
Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, "Aqroservis" ASC-nin sədr müavini İlyas Həsənov, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri müşavirədə çıxış edərək 2022-ci ildə məhsul yığımında istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu il pambıq şirkətləri tərəfindən 23,7 min hektar sahədə innovativ texnologiyalarla pambıq əkini aparılıb. Cari ildə pambıq sahələrində 4,1 dəfə kultivasiya, 2,4 dəfə seyrəltmə və kətmənləmə işləri görülüb. Səpinlə birlikdə və yemləmə şəklində 2,3 dəfə gübrə verilib,  4,9 dəfə xəstəlik və zərərvericilərə, 65,6 min hektar sahədə isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Müzakirələrdə həmçinin texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Yeri gəlmişkən qeyd edək ki, məhsuldarlığın yüksək olmasında müasir texnika və texnologiyalardan istifadənin xüsusi əhəmiyyəti var. Yeni texnikadan istifadə etməklə məhsuldarlığı 30-35, hətta 40 sentnerə çatdırmaq mümkündür. 
Artıq suvarma, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, həmçinin müxtəlif kənd təsərrüfatı texnikası ölkəyə gətirilib. Bir sözlə, həm əkin sahələrini genişləndirməklə, həm də yeni texnikadan istifadə etməklə məhsul istehsalının artması gözlənilir. Bu, pambıqçılıqla məşğul olanların sosial rifahının yaxşılaşması ilə bərabər, dövlətin də külli miqdarda valyuta əldə etməsinə imkan yaradacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!