03 Avqust 2025 09:15
1227
İDMAN
A- A+
"Özümü qalib kimi hiss edirəm"

"Özümü qalib kimi hiss edirəm"


"Komandamıza göstərdikləri əzmkar, mübariz oyuna görə təşəkkür etmək istəyirəm. Mətbuat konfransında da demişdim ki, böyük azarkeş kütləsi qarşısında oynamağımıza baxmayaraq, zövq alacağıq. Səfərdə güclü rəqibə qarşı çıxış etsək də, ilk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bu, bizdə çox yaxşı alınırdı". 

Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsində "Hayduka qarşı keçirdikləri cavab görüşü (1:2, ilk oyun - 1:1) haqda deyib.

O, matçı və turnirlə vidalaşmaqlarını şərh edib: "Ani bir diqqətsizlikdən sonra qol buraxdıq. Marko Livayanın ustalığı sayəsində hesab açıldı. Yenə də matçboyu oyunumuza sadiq qaldıq, hücumlara atılmağa çalışırdıq. Ən vacib dəqiqələrdə qırmızı vərəqə aldıq, meydanda azlıqda qaldıq. Amma hesabı bərabərləşdirdik. Əlavə vaxtda 10 nəfərlə oynayıb başabaş mübarizə aparmaq çox çətin idi. Amma futbolçularımız əllərindən gələnin artığını edirdilər. Rəqib cərimə zərbəsini çox yaxşı yerinə yetirdi və əla qol vurdu. Yenə də oyundan qopmadıq. Çalışdıq ki, hesabı bərabərləşdirək. Amma artıq bizdə alınmadı. Futbolçularımı bağrıma basıram. Bu oyun göstərdi ki, biz inkişafdayıq, gündən-günə böyüyürük. Bu gün məğlub olsaq da, özümü qalib kimi hiss edirəm".

Mütəxəssis əlavə vaxtda "Hayduk"un vurduğu qələbə qolundan da söz açıb: "Təbii ki, hesabda geridə olanda qol buraxmamağa və imkan düşən kimi qol vurmağa çalışırsan. Amma əlavə vaxt başlayan kimi hakim cərimə zərbəsi təyin etdi. Rəqib də bundan ustalıqla yararlandı, yenə hesabda geriyə düşdük. Halbuki o dəqiqələrdə qol buraxmasaydıq, rəqib gərginləşəcəkdi. Bu halda da bizim əks-hücumlarımız, standart vəziyyətlərimiz daha təhlükəli ola bilərdi. Sadəcə olaraq, 95-ci dəqiqədə qol vurdular".


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!