04 Fevral 2023 01:17
2807
Səhiyyə
A- A+
Ötən il vəba xəstəliyi 30-dan çox ölkədə qeydə alınıb

Ötən il vəba xəstəliyi 30-dan çox ölkədə qeydə alınıb

 

Dünya ölkələrinin COVID-19-la mübarizəsi fonunda vəba xəstəliyi də bəzi bölgələrdə yayılmağa və can almağa davam edir. Qlobal səhiyyə qurumlarının və hökumətlərin tədbirləri nəticəsində illərdir azalan vəba iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəba ilə yoluxma qeydə alınan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 30 ölkədə müşahidə olunub.

 

VII vəba pandemiyası davam edir

 

Vəba "Vibrio cholerae" (Vəba vibronu) adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bu xəstəlik üçün qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir.
Xəstəliyin ölümcül olmasına səbəb vəba vibronunun nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərdir. CTX normal natrium və xlorid axınına qarışaraq bağırsağın divarlarına yapışır. Bu zaman bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala, sürətli maye və duz itkisinə səbəb olur. Qəflətən başlayan bu simptomlar 12 saatdan 5 günə qədər müddətdə özünü göstərir.
Ağır vəbalı şəxslərdə kəskin ishal müşahidə edilir ki, onların bədənlərində sağ qalmağa kifayət edəcək qədər su və duz qalmır. Vəbadan ölən şəxslər böyük miqdarda maye itirdiklərinə görə dəriləri mavi-boz rəngə çalır, bu səbəbdən xəstəliyə  "mavi ölüm" də deyilir. Müasir dövrdə vəba asanlıqla müalicə oluna bilən xəstəlik hesab edilir.
Bu xəstəliyə 1817-ci ildə Hindistanda rast gəlinib. Yoluxuculuq qabiliyyəti və ölüm sayına görə vəba tezliklə pandemiya elan edilib. Tarixdə indiyədək 7 vəba pandemiyası olub. ÜST tərəfindən 2022-ci ilin mart ayında bildirilib ki, 1961-ci ildə başlayan 7-ci pandemiya hələ də davam edir.

 

Yoluxmanın əsas səbəbi çirkli sulardır

 

Son illər vəba sözünü yenə tez-tez eşidirik. Əsasən inkişaf etməmiş ölkələrdə müşahidə edilən xəstəliyin yayılma səbəbi sanitar qovşaqların olmaması, əhalinin su təchizatı ilə mərkəzləşmiş qaydada təmin edilməməsi, çirkli su hövzələrindən içməli su kimi istifadə olunması və yaxud həmin sularda yuyunma, o suların məişətdə gündəlik istifadəsidir.
Malavi, Hindistan, Haiti, Livan, Keniya, Nigeriya, Banqladeş, İranın Kirmanşah, Kürdüstan əyalətləri,  İraqın Ərbil, Süleymaniyyə və Kərkük şəhərləri vəba epidemiyasının aktivləşdiyi ərazilərdir.
Afrikanın cənub-şərqində yerləşən Malavidə vəba epidemiyası nəticəsində ölənlərin sayı sürətlə artır. Malavi Səhiyyə Nazirliyinin məlumatına görə, 20 milyon əhalisi olan ölkədə ümumi yoluxma sayı 30 min, həyatını itirənlərin sayı isə 1000 nəfərdən artıqdır. Vəbadan ən çox əziyyət çəkən ölkələrdən biri olan Haitidə  yüzlərlə insan ölüb, xüsusən də ölkənin paytaxtı Port-o-Prensdə 10 minə yaxın yoluxma qeydə alınıb.

 

Azərbaycanda vəbaya yoluxma qeydə alınmayıb

 

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyir ki, ölkəmizdə uzun müddətdir ki, bu xəstəliyə yoluxan yoxdur: "Səbəbi isə içməli su hövzələrinin, mərkəzləşmiş su sistemlərinin ərazi üzrə fəaliyyət göstərən gigiyena-epidemiologiya mərkəzləri tərəfindən daimi nəzarətidir. Günlük, həftəlik və aylıq planlara əsasən, su nümunələrinin götürələrək işlənməsi prosesi uzun illərdir davam edir".
A.Kərimova qeyd edir ki, vəbaya yoluxma fekal-oral yolla baş verir: "İnsanlar vəbaya, əsasən, su vasitəsilə yoluxurlar. Digər xəstəliklərdə də olduğu kimi, burada da yaşlılar, uşaqlar, hamilələr, bədən çəkisi az olanlar və az maye qəbul edənlər daha tez yoluxurlar. Qorunmaq üçün sanitar-gigiyena qaydalarına riayət etmək, immunitetin zəifləməsinə yol verməmək tövsiyə olunur".
İnfeksionist onu da xüsusilə vurğulayır ki, bu xəstəliyi turistlərdə görmək ehtimalımız daha yüksəkdir: "Vətəndaşlara epidemik-endomik zonalara səfər etməmişdən öncə həmin bölgənin hansı xəstəliklərə görə endomik olduğunu araşdırmaq, ona uyğun davranmaq tövsiyə olunur. Məsələn, Hindistan kimi sanitar səviyyəsi çox aşağı olan ölkələrə səfər edərkən hətta marketdən alınan suyun belə qaynadılması mütləqdir. Səfərdən döndükdən sonra ciddi ishal şikayətləri ilə rastlaşanlar dərhal mütəxəssisə müraciət etməlidirlər. Bakteriya daşıyıcısı olan insan təmas zamanı digər şəxslərə də yoluxdura bilər".
"Ölkəmizdə uzun illərdir yoluxma olmamasına baxmayaraq, sanitar-epidemioloji nəzarət sisteminə əsasən, müəyyən mərkəzlərdə vəba otaqları yaradılaraq xüsusi təchizatla təmin olunub. Səhiyyə qurumları tərəfindən tibb personalına vaxtaşırı olaraq vəbayla bağlı təlimlər keçirilir", - deyə həkim-infeksionist bildirib.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!