27 Fevral 2026 09:30
671
İQTİSADİYYAT
A- A+
Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb


Dövlət Statistika Komitəsi ötən ilin demoqrafik göstəricilərini açıqlayıb. Məlumatda ölkə əhalisinin sayı, doğum və ölüm, nikah və boşanmalara aid vəziyyət öz əksini tapıb. Rəqəmlər eləcə də miqrasiya haqqında aydın təsəvvür yaradır. 

Beləliklə, 2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 min 462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvarın 1-i vəziyyətinə 10 milyon 262 min 351 nəfərə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə  təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1 Dövlət Proqramı"na əsasən, bu il fevralın 1-dək işğaldan azad edilmiş ərazilərə 27 min 123 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 74 min 750 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,3 faizi şəhər, 45,7 faizi kənd sakinləridir. Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 119 nəfər olub. Hazırda ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əgər ötən illərin müvafiq göstəricilərinə diqqət yetirsək, qadınların sayının azaldığının şahidi olarıq. Bunun da başlıca səbəbi qız uşaqlarının dünyaya göz açmağa macal tapmamış məhv edilməsidir. Təbiətin özünün yaratdığı mütənasibliyə əl qaldırmaq, əslində, genofondumuza vurulan ağır zərbədir. Biz bunun ağrısını yaxın gələcəkdə hiss edəcəyik. Odur ki, bu mövzunun gündəmdən düşməməsi təsadüfi deyil. Deyilənləri statistik rəqəmlər də təsdiq edir.  

2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 min 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,4-ə düşüb. Doğulan körpələrin 3170-i əkiz, 117-si isə üçəmdir. 

Ölkə üzrə doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqlarıdır. Təbiətin qoyduğu normada isə bu rəqəmlər müvafiq olaraq 51 və 49 faiz təşkil edir. 

Bəs regionlar üzrə doğumun səviyyəsi necədir? Statistik rəqəmlər göstərir ki,   əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3), Lənkəran-Astara (11,2), Şərqi Zəngəzur (11,1), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz və  Mərkəzi Aran (10,6), Quba-Xaçmaz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.

Ötən il ölkədə 59 min 834 ölüm halı qeydə alınıb və ondan əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb. Ölənlərin 3,8 faizi 0-17 yaşda, 9,8 faizi 18-49 yaşda, 23,8 faizi 50-64 yaşda, 62,6 faizi isə 65 və yuxarı yaşda olub. 

Qeyd edək ki, son illər ərzində Azərbaycanda ölümün səviyyəsi ya azalıb, ya da dəyişməz olaraq qalıb. Bu da ölkəmizdə insanların həyat səviyyəsinin yüksəlməsindən, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşmasından qaynaqlanır. Bir mühüm səbəb də xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir. Kədəri bölmək, sevincə şərik çıxmaq, yaşlılara hörmət və qayğı ilə yanaşmaq kimi xüsusiyyətlərimiz ömrü uzadan şərtlərdəndir. 

Dövlət Statistika Komitəsi Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatlarına istinadən bildirir ki, keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb. 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə düşüb. Cavanların toy qurmağa tələsməməsi, ailə ocağı yandırmağa ləngiməsi, əlbəttə, təəssüf doğurur. Boşanmaların sayının 2,1-dən 2-yə enməsi isə xoş bir xəbərdir. Bir mahnıda deyildiyi kimi, təki "belə ola həmişə!". 

Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5), Mərkəzi Aran (4,9), Bakı şəhəri və Quba-Xaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksəkdir.

Miqrasiyamız həmişə olduğu kimi, yenə də müsbət göstərici ilə səciyyələnir. Belə ki, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3436 nəfər gələn, ölkədən  isə 2015 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 1421 nəfər təşkil edib. Bu faktın özü heç bir şərh olmadan miqrasiya haqqında aydın təsəvvür yaradır. Bununla belə vurğulayaq ki, Azərbaycanda yaşamaq və işləmək istəyənlərin sayı ilbəil artır. Həm də ötən illərdə ölkəyə gələnlər əsasən vaxtilə buranı dolanışıq üçün tərk edən soydaşlarımız idisə, indi yaşamaq üçün Azərbaycanı seçənlərin sırasında əcnəbilərin də sayı çoxalmaqdadır.   


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paris ətrafında minlərlə sakin irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyasına çıxıb  

13:03
06 Aprel

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub

12:40
06 Aprel

ABŞ və İran sülh təklifini nəzərdən keçirir

12:40
06 Aprel

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır 

12:34
06 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!