21 Yanvar 2026 11:28
172
CƏMİYYƏT
A- A+
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb  

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb  

Yanvarın 20-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 32, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 33 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə – 35 kiloqrama yaxın marixuana, 4,4 kiloqramdan artıq heroin və 3,5 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər də saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

15:22
21 Yanvar

Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb  

14:39
21 Yanvar

Minimum əmək haqqı ilə bağlı yeni qanun layihəsi müzakirə olunur

14:32
21 Yanvar

Azərbaycan Prezidentinin Davosa səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir  

14:31
21 Yanvar

İlk köç karvanı Xankəndi şəhərinə çatıb  

14:27
21 Yanvar

Şimali Aral dənizində suyun həcmi 5 il ərzində 34 milyard kubmetrə qədər arta bilər  

14:11
21 Yanvar

Dünya bazarında qazın qiyməti artmaqda davam edir  

13:51
21 Yanvar

Rumıniya mətbuatı: Avropanın qaz tədarükündə Azərbaycanın rolu danılmazdır  

13:49
21 Yanvar

Gürcüstan ötən il turizmdən rekord gəlir əldə edib

13:47
21 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, yollar buz bağlayacaq  

13:23
21 Yanvar

Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb  

13:16
21 Yanvar

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb  

13:16
21 Yanvar

İsrailin Baş naziri Sülh Şurasına qoşulacağını açıqlayıb  

12:55
21 Yanvar

Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq 

12:54
21 Yanvar

ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib 

12:53
21 Yanvar

Səhiyyə Nazirliyində beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş olub  

12:53
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

12:51
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

12:48
21 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 26 500 bilet satılıb  

12:32
21 Yanvar

Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  

12:32
21 Yanvar

Zelenski və həyat yoldaşının varidatı açıqlanıb  

12:30
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!