22 Oktyabr 2025 08:35
458
İQTİSADİYYAT
A- A+
Orta aylıq əməkhaqqı 14,2, orta aylıq pensiya 22,6 dəfə artıb

Orta aylıq əməkhaqqı 14,2, orta aylıq pensiya 22,6 dəfə artıb


Bu, son 22 ilin yeganə sosial uğuru deyil


Bu günlər İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilməsinin 22-ci ili tamam oldu. Bu, özlüyündə adi tarix, sıradan ildönümü deyildi. Ötən 22 ildə ölkəmizin həyatında çox vacib hadisələr baş vermiş, dövlətimiz və xalqımız çox sınaqlardan çıxmışdır. Təkcə 30 illik Qarabağ probleminin və savaşının möhtəşəm Zəfərlə başa vurulmasını qeyd etmək yetər ki, həmin zamanın Azərbaycan üçün misilsiz əhəmiyyəti etiraf olunsun.

Amma bu da hələ hamısı deyil. 22 ildə ölkənin sosial-iqtisadi həyatında da görünməmiş uğurlar qazanılmışdır. Müstəqil Azərbaycanın təməli Heydər Əliyev tərəfindən qoyulan iqtisadiyyatı xammal bazasından çoxşaxəli, ixracyönümlü sənaye müstəvisinə keçmiş, qeyri-neft sektoru prioritet istiqamət elan olunmuş, regionların tarazlı inkişafı təmin edilmişdir. Bütün bunlar təbii ki, əhalinin güzəranına, sosial güvənliyinə təsirsiz ötüşməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd etdiyimiz ildönümü ərəfəsində bu sahə üzrə əldə edilən nailiyyətləri bir daha xatırlatmışdır.

Beləliklə, 2003-cü ildən ötən dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 2025-ci ilin 1 sentyabr tarixinə 1093,8, orta aylıq pensiya 22,6 dəfə artaraq 539, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata yüksəlib.

Prezident İlham Əliyevin tapşırığı əsasında 2018-2025-ci illərdə 5 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 milyard manatdır. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1, orta aylıq əməkhaqqında 2, əməkhaqqı fondunda 3,2, orta aylıq pensiyada 2,6, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın artım baş verib.  Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 milyard manatı ötüb.  Bununla yanaşı, əlavə 10 yeni sosial ödəniş növü təsis olunub.

Son illər pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi qurulması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan elektron sistem üzərindən avtomatik olaraq  yaşa görə pensiya təyin olunur. Eyni zamanda erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırasının son illər əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin edilib.

Həssas kateqoriyaya aid şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramının icrası uğurla davam edir. Xüsusən möhtəşəm Zəfərdən sonra mənzillə təminat 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Həmçinin müharibə bitdikdən sonra  567, ümumən ötən dövr ərzində isə 7800 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Dövlət başçısının apardığı sosial islahatlar proqramının uğurlarından biri də 2019-cu ildən ölkəmizdə yaradılan DOST mərkəzləridir. Bu mərkəzlər dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. DOST modeli tərəfindən əhaliyə vahid platformadan 161 sosial xidmətin göstərilməsi, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunması hamını məmnun edir. Artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, "Smart DOST" xidmət məntəqəsi, DOST məntəqəsi, DOST filalı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,6 faizə çatması DOST modelinin uğurlu bir islahat nümunəsu olduğunu göstərir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək verir. Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir. Ötən dövrdə mərkəzdən və onun İsmayıllı və Bərdədəki filiallarından 800-dən çox şəxs istifadə edib.

Prezident İlham Əliyevin həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində ötən dövrdə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də xeyli genişlənib. Əlilliyi olan şəxslər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, günərzi və icma əsaslı sosial reabilitasiya, sosial xidmət mərkəzləri şəbəkəsi, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz Naftalan, Lənkəran, Yevlax, Qəbələ, Şəmkir və digər bölgələrdə əlilliyi olan şəxslər üçün Reabilitasiya Mərkəzləri yaradılıb.

Dövlət başçısının tapşırığına əsasən son illər sosial xidmətlərin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra edilir. Artıq əmək və məşğulluq, sosial müdafiə üzrə xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb. Sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb və 2019-cu ildə ölkəmizin sosial reyestri olan "e-sosial" portalı, 2022-ci ildə vahid əmək münasibətləri platforması olan, həmçinin əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidə imkan verən "Əmək və Məşğulluq" altsistemi işə salınıb. Təkcə ötən ildə əmək və məşğulluq, sosial müdafiə üzrə e-sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyona çatıb. Onu da qeyd edək ki, DOST konsepsiyası və rəqəmsal xidmətlər 240-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!