12 İyun 2025 09:25
1337
Səhiyyə
A- A+
Orqanizmimiz yay mövsümünə hazırdırmı?

Orqanizmimiz yay mövsümünə hazırdırmı?


Yay fəslinin gəlişi ilə artan temperatur, Günəş şüalarının intensivliyi, havadakı rütubət səviyyəsinin dəyişməsi və gündəlik həyat ritminin yenilənməsi insan  orqanizminin də bu prosesə adaptasiyasına ehtiyac yaradır.  Bədənimiz də dəyişən hava şəraitinə, qidalanma rejiminə və həyat tərzinə uyğunlaşmağa çalışır.

Bu mövsümdən maksimum fayda əldə etmək sağlamlıq, əhvali-ruhiyyə və enerji ilə birbaşa bağlıdır. Buna görə də, bədənimizi bu dövrə fiziki, bioloji və emosional baxımdan düzgün hazırlamalıyıq. 


Toksinlərdən təmizlənmək üçün ideal vaxt


Yay ayları yüngül və təbii qidalanma ilə bədəni toksinlərdən təmizləmək üçün ideal vaxtdır. Enerjini bərpa etmək və orqanizmi mövsümə hazırlamaq üçün təbii detoks üsullarına üstünlük verilməlidir. Yay detoksu zamanı ilk və əsas addım düzgün qidalanmaya diqqət yetirilməsidir. Bunun üçün gündəlik qida rasionuna həm su, həm də vitaminlərlə zəngin xiyar, pomidor, göyərti, qarpız, yemiş, moruq, giləmeyvə, albalı kimi mövsümi meyvə və tərəvəzlər, liflə bol yulaf, çia və kətan toxumu, tam buğda məhsulları, orqanizmi sakitləşdirən bitki mənşəli zəncəfil, nanə, çobanyastığı və qarabaşaq çayları əlavə edilməlidir.

Detoks zamanı həm su, həm də çay şəklində hazırlanan içkilərdən istifadə etmək məqsədəuyğundur. Olduqca faydalı olan detoks çayları individual hazırlanmalıdır. Belə ki, bu içkinin tərkibində olan məhsullar insana mənfi təsir də edə bilər. Yüksək təzyiq, diabet, sümük, qanazlığı və ürək-damar  xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar detoks içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar.

Detoks çayları bir çox bitki və meyvə qarışığından ibarət olduğundan gün ərzində onları tez-tez içmək tövsiyə edilmir. Mütəxəssislər belə çayları səhər oyandıqdan sonra və gecə yatmazdan əvvəl istehlak etməyi məsləhət görürlər. Gecə yatmazdan əvvəl çayın sakitləşdirici təsirindən faydalanmaq imkanı artır və yuxu prosesində toksinlər təmizlənir. Səhər yuxudan duranda detoks çayı içmək  isə təravətləndirici təsir göstərir və gün ərzində bədəndən toksinləri çıxarmağa davam edir. 

Detoks içkisi hazırlayarkən suya meyvə və tərəvəzlərlə yanaşı, darçın çubuqları, mixək, qara bibər kimi ədviyyatların əlavə edilməsi də faydalıdır. Suyun 1-12 saat dəmlənməsini, yəni tərəvəz, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsini gözləmək lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə tərəvəz və meyvələr yüngülcə əzilib suya əlavə edilə bilər. Detoks suları bədəndən bütün zərərli maddələri çıxararaq, bağırsaqları təmizləməyə kömək edir. Lakin bu sular bağırsaq tənbəlliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur. Suya əlavə edilən ərzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fosfor və bəzi vitaminlərin bağırsaqlar tərəfindən sorulmasına mane ola və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də, detoks içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır.


Qidanı az-az və tez-tez qəbul etmək lazımdır


İsti havalarda ağır, yağlı yeməklər orqanizmi yorur və həzm sisteminə əlavə yük yaradır. Bu səbəbdən tərəvəzli yeməklər, buğda məhsulları, bişmiş və ya buxarda hazırlanmış qidalara üstünlük vermək daha münasibdir. Yay mövsümündə bol olan,  vitamin və minerallarla zəngin meyvə və tərəvəzlər orqanizmi ehtiyac duyduğu antioksidantlarla təmin edir. Orqanizmin zülala olan tələbatını qarşılamaq üçün isə toyuq və balıq kimi ət məhsulları, paxlalılar, yumurta və süd məhsulları istifadə edilməlidir. 

Gün ərzində az-az və tez-tez qidalanmaq bədəni yükləmədən enerji ilə təmin edir. Qızartmalar, yağlı və ağır yeməklər, şəkərli və qazlı içkilər, paketlənmiş və yarımfabrikat qidaların yeyilməsi tövsiyə olunmur. Xüsusilə günün isti saatlarında (12:00-16:00) ağır yeməklərdən çəkinmək məsləhətdir. Yayda qidalanma təkcə bədən formasını qorumaq üçün deyil, həm də sağlamlıq və enerji səviyyəsinin yüksək qalması üçün vacibdir.

Yayda orqanizmin bakterial və virus mənşəli infeksiyalara qarşı dözümlülüyü də zəifləyir. Buna isti havalarda qida məhsullarının tez xarab olması, su mənbələrinin çirklənməsi və günvurma halları səbəb olur. Sağlam bağırsaq mikroflorası isə orqanizmin immun sistemini gücləndirir. C, D və E vitaminləri ilə yanaşı, qəbul edilən sink və selen elementi də immunomodulyator rolunu oynayır.

Gündə minimum 2-2,5 litr sadə və ya detoks suyu içmək tövsiyə olunur


Yay fəsli imkan yaradır ki, açıq havada hərəkəti intensivləşdirəsən. Səhər saatlarında yürüş, üzgüçülük, velosiped sürmək orqanizmi həm fiziki, həm də psixoloji cəhətdən gücləndirir. Açıq səma altında idmanla məşğul olmağın əsas müsbət cəhəti beynin oksigenlə qidalanması və D vitamini qəbuludur. Günəş şüaları D vitamini sintezini artırsa da, uzun müddət qorunmadan gün altında qalmaq dəridə yanma, erkən qocalma və hətta onkoloji xəstəliklərə yoluxma riskləri yarada bilər. Buna görə də günəş kremi, papaq və gün eynəyi kimi qoruyucu tədbirlərdən istifadə etmək lazımdır.

Günvurma və dehidrasiya riski yüksək olduğu üçün fiziki aktivliklə günün isti saatlarında məşğul olmaq tövsiyə edilmir. Hər yaş üçün uyğun olan optimal variant isə 30 dəqiqəlik səhər gəzintisidir.

İdmanla məşğul olarkən, maye qəbuluna ciddi fikir vermək lazımdır. İsti havalarda bədən qəbul etdiyindən daha çox maye itirir. Dehidrasiyanın qarşısını almaq üçün gündə minimum 2-2,5 litr sadə və ya detoks suyu içmək tövsiyə olunur.

Yay aylarında gün işığının artması ilə hormonal balansda dəyişikliklər baş verir. Günəş işığı serotoninin (xoşbəxtlik hormonu) səviyyəsini artırır. Bu əhvalın yaxşılaşmasına səbəb olsa da, yuxu ritmini pozur. Yuxu rejimini qaydaya salmaq üçün meditasiya və nəfəs məşqləri etmək, sakitləşdirici musiqi dinləmək lazımdır. Mütəxəssislərin verdikləri bu tövsiyələrə əməl edərək yay mövsümünü sağlam və  enerjili keçirmək mümkündür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!