05 Fevral 2025 09:15
1130
Mədəniyyət
A- A+
Onun rənglər dünyası

Onun rənglər dünyası


Azərbaycan rəssamlıq məktəbinin formalaşması və inkişafı, eləcə də milli  peşəkar rəssam kadrların yetişdirilməsi istiqamətində Xalq rəssamı Kamil Xanlarovun xüsusi xidmətləri olmuşdur. Bu il onun 110 illik yubileyi tamam olur.

Kamil Əliabbas oğlu Xanlarov 1915-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931-1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda bu sənətin sirlərinə yiyələnib. O zaman İkinci Dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırıb. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artırmağa çalışıb. Bunu rəssamın yaradıcılıq nümunələrinə nəzər yetirməklə asanlıqla müşahidə etmək olar. 

K.Xanlarov 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Sənətkarın çoxşaxəli yaradıcılıq və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o, Əməkdar rəssam (1964), Xalq rəssamı (1992) fəxri adlarına layiq görülmüşdür. Onun yaratmış olduğu əsərlər respublikamızın bir sıra muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010-cu illər). K.Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərmiş (1938-1985) və şövqlə gənc rəssamlara sənətin incəliklərinə yiyələnmək vərdişlərini aşılamışdır.

Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaddaqalan yaradıcılıq fəaliyyəti göstərmişdir. Rəssam öz yaradıcılığında klassik Azərbaycan miniatür rəngkarlığı ənənələrindən yüksək məharətlə bəhrələnmişdir.

K.Xanlarovun yaradıcılıq dünyasına nəzər yetirmiş olsaq, onun daha çox mənzərə janrında yaradılmış, diqqəti cəlb edən, lirik-emosional, kolorit ustalığı və mövzunun bədii şərhi baxımından ustalıqla həll edilmiş mənzərə lövhələrini müşahidə edə bilərik. Bu faktı rəssamın digər janrlarda yaratdığı əsərlərinin bədii dəyərini kölgədə qoymaq üçün yox, əksinə, mənzərə janrında işlənilmiş lövhələrin əhəmiyyətini qabartmaq məqsədi ilə qeyd edirik. Onun mənzərə janrına xüsusi sevgisinin olması rəssamın doğma Azərbaycana olan məhəbbətindən qaynaqlanırdı. Sənətkar Azərbaycanın bütün guşələrini qarış-qarış gəzmiş, Abşeron, Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Lənkəran, Astara və başqa bölgələrdə yaradıcılıq ezamiyyətlərində olmuş və füsunkar təbiət lövhələrini yaradıcı həssas rəssam təxəyyülü ilə kətana köçürmüşdür. Bu əsərlərə  "Zaqatala dağları" (1946), "Astara" (1955), "Talış dağları" (1956), "Şuşanın ətrafı" (1957), "Şuşa" (1964), "Bilgəhdə axşam" (1964), "Araz sahilində" (1965), "Şərur vadisi" (1968), "Cənub sərhədində" (1972), "Murovdağın görünüşü" (1972), "Culfa. Araz sahilində" (1973), "Mənzərə. Şuşa" (1983), "Ceyranbatan gölü" (1987), "Ordubadda qış", "İlanlı dağ" və digər əsərlərini qeyd etmək olar. 

Rəssamın yaradıcılıq nümunələri arasında onun Şuşaya həsr edilmiş mənzərələri daha çox diqqəti cəlb edir. Bu, rəssamın Cıdır düzünün gözəlliklərini əsl ustalıqla və yüksək məhəbbətlə kətana köçürməsi ilə bağlıdır. Eyni zamanda rəssamın vətənə məhəbbət duyğularının ifadəsindən yaranmış belə əsərlərin müasir gənc rəssamlarımıza bir nümunə kimi görünməsini arzu edərdik. Bu yerdə həmçinin bir çox rəssamımızın Şuşaya yaradıcılıq ezamiyyətlərinə getməsi və bu bölgəyə bağlılığını vurğulamaq yerinə düşərdi. 

K.Xanlarovun mənzərələrinin yüksək bədii emosionallığı ilə yanaşı, həm də bu lövhələrdən həzin, intizar əhvali-ruhiyyəli melodiyalar "səslənir". Bu fikrimizi rəssamın bilərəkdən seçmiş olduğu obyektini - Şərur vadisini, Araz sahilini, sahildə yerləşən dağları və sairəni tutqun və nisgilli biçimdə təsvir etməsi ilə izah edə bilərik. Rəssam "Araz sahilində" (1965), "Şərur vadisi" (1968), "Cənub sərhədində" (1972), "Culfa. Araz sahilində" (1973) adlı əsərlərində bir növ öz vətəndaşlıq mövqeyini gizli mətləblərlə ifadə etməyə çalışmış və fikrimizcə, məqsədinə uğurla nail ola bilmişdir. 

Rəssamın "İlanlı dağ" mənzərəsində Nuhun diyarı Naxçıvanda yerləşən, adını dünya tufanı nəticəsində peyğəmbərin gəmisi toxunduğu zaman "İnan ki, dağdır" ifadəsindən aldığı və zamanımızda İlanlıdağ kimi tələffüz olunan əfsanəvi dağın ecazkar görüntüsünü yaddaqalan biçimdə təsvir etmişdir. 

"Ordubadda qış" əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir. "Ordubad dağları" adlı əsər də rəssamın diqqəti cəlb edən sənət nümunələrindəndir. 

K.Xanlarovun süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələrinə rast gələ bilərik. Əsasən səadəti, əmək romantikasını əxz edən bu cür tabloların əsas mayasını ülvi humanist duyğular təşkil edir. Belə tablolara nümunə kimi, "Sahədə" (1963), "Ailə" (1965), "Azərbaycan tarlalarında" (1967), "İşdən sonra", "Bulaq başında" və başqalarını qeyd etmək olar.

Görkəmli rəssam həmçinin portret janrında bir çox tablo yaratmışdır. Belə əsərlərdən "Balaca Dilarə" (1951), "Dilarə" (1953), "Qoca" (1954), "Şəkili xalq sənətkarı Məmmədəli", "Rövşanənin portreti", "Səttar Bəhlulzadənin portreti" (etüd), "Hacı Zeynalabdin Tağıyevin portreti", "Ənvər Paşanın portreti" və başqalarının adlarını çəkmək olar. Rəssamın portretləri içərisində daha çox diqqəti cəlb edən Hacı Zeynalabdin Tağıyevin və Ənvər Paşanın portret əsərləridir. Rəssamın tarixi şəxsiyyətlərin portretlərini yaratmaq təşəbbüsü təqdirəlayiqdir. XX əsrin əvvəllərində erməni daşnaklarından müdafiə olunmaq üçün Azərbaycan xalqının imdadına gəlmiş Ənvər Paşanın portret cizgilərini zəngin boyalarla əbədiləşdirmiş rəssam sonda maraqlı əsərin yaradılmasına müvəffəq olmuşdur. Sadalanan bədii kamillik xüsusiyyətlərini Hacı Zeynalabdin Tağıyevin portretinə də şamil etmək olar. 

"Şərq natürmortu" əsərinin rəssamın yaradıcılığında xüsusi bir çəkiyə malik olduğunu vurğulasaq, yəqin ki, yanılmarıq. Natürmort həm bədii, həm də texniki işlənilmə baxımından çox ustalıqla icra edilib. Kompozisiyada milli parça fonunda xalqımızın milli məişət əşyaları təsvir olunub. Əsərin kompozisiyası uğurla tapılıb və kolorit həlli olduqca mükəmməl işlənilib. Sarı, qırmızı, firuzəyi və göy rəng keçidləri əsərin baxımlılığını artırıb. 

K.Xanlarov 1961-ci ildə Çexoslovakiyada ezamiyyətdə olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək, vətənə məna və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Bu səfər rəssamın yaradıcılığında yeni bir uğurlu istiqamətin açılması ilə nəticələnmişdir. Çexoslovakiyaya həsr edilmiş tablolarına "Praqada küçə", "Karlovı Varıda meydan", "Qızıl küçə", "Praqada qüllə", "Yan Qusun abidəsi" və digər əsərlərini qeyd etmək olar. Bu əsərlər həm mövzunun şərhi, həm kolorit həlli, həm də professional texniki işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. 

Rəssam həmçinin "Kəndlilər" (1937) filmində kişi geyimlərinin eskizlərini vermiş, "Fətəli xan" (1945) filminin geyim üzrə rəssamı olmuş və Abdulla Şaiqin "Nüşabə" (1947) pyesinin bədii tərtibatını hazırlamışdır.

Öz ömür payını Azərbaycan incəsənətinin tərənnümünə və inkişafına sərf etmiş, ilhamlı tablolar müəllifi, sənət şöhrətinin zirvələrinə ucalmış bir çox rəssamın müəllimi olmuş Xalq rəssamı Kamil Xanlarov kimi sənətkarlar Azərbaycan incəsənət tarixində həmişə hörmətlə yad ediləcəkdir.


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli 813 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli 268 nömrəli, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 474 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:53
03 Noyabr

“Dövlət büdcəsindən dövlət investisiya proqramları çərçivəsində dövlət müəssisələrinə ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərə görə vergitutma məqsədləri üçün amortizasiya hesablanmasına yol verilən investisiya layihələrinə dair meyarlar”ın təsdiq edilməsi haqqında

00:52
03 Noyabr

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub  

23:00
02 Noyabr

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb  

21:27
02 Noyabr

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

20:49
02 Noyabr

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib  

19:26
02 Noyabr

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər  

19:08
02 Noyabr

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

18:52
02 Noyabr

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

18:23
02 Noyabr

Şəhid övladları Milli Məclisdə olublar

18:17
02 Noyabr

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

18:15
02 Noyabr

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib  

18:13
02 Noyabr

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər  

17:12
02 Noyabr

Azərbaycanda ayaqqabı istehsalında sıçrayış

17:11
02 Noyabr

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib  

16:50
02 Noyabr

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib  

16:47
02 Noyabr

Sənəddə gips, yük maşınlarında isə tütün

16:23
02 Noyabr

Macarıstanda 700-dən çox qədim Roma sikkəsi tapılıb  

16:16
02 Noyabr

173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb  

15:59
02 Noyabr

Xəyal qura bilməyənlərin yuxu sirri 

15:41
02 Noyabr

Yəməndə münaqişə səbəbindən 300 mindən çox insan evini tərk edib  

15:32
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!