26 Yanvar 2022 23:25
656
SİYASƏT
A- A+
Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib

Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib

 

Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə Azərbaycanın sədrliyi ilə keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində (TƏF) təşkil olunmuş “Beynəlxalq humanitar hüquqa əməl olunması və mülki şəxslərin müdafiəsi” mövzusunda Təhlükəsizlik Dialoqunda məruzə ilə çıxış edib.

S.Əliyeva beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn təməl prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlərin icrasında dövlətlərin üzərinə düşən öhdəliklər, beynəlxalq humanitar hüquq normalarının implementasiyası, bu normaların pozulması hallarının müstəqil araşdırılmasında milli insan hüquqları təsisatlarının rolu barədə danışıb.

Dünyada humanitar problemlərdən biri kimi diqqət mərkəzində olan məcburi köçkün probleminin 30 ilə yaxın müddət ərzində Azərbaycan üçün aktual problemlərdən biri olduğunu bildirən ombudsman çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş bir milyonadək azərbaycanlının yaşamaq, işgəncəyə məruz qalmamaq, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ kimi bir çox fundamental hüquqlarının kobudcasına pozulduğunu bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, “ağıllı kənd” və “ağıllı şəhər”lərin salınmasına başlandığı, Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə verildiyi, yol və nəqliyyat infrastrukturunun yenidən qurulduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə bütün yaşayış binalarının və digər sosial obyektlərin tamamilə dağıdılması, eləcə də minaların və digər partlayıcı qurğuların basdırılması səbəbindən məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilmədiyi vurğulanıb. Müharibədən sonra mina partlayışları nəticəsində həlak olan və yaralanan şəxslərlə bağlı statistikanı nəzərə çatdıran ombudsman Ermənistan tərəfinin tam və dəqiq mina xəritələrini təqdim etməməsi səbəbindən çoxsaylı mülki şəxslərin və hərbçilərin qurbana çevrildiyini bildirib.

Ombudsman tədbir iştirakçılarına 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması məqsədilə təsisat tərəfindən həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. Fərq qoyulması prinsipinə zidd olaraq Ermənistanın Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən bölgələrə etdiyi hücumların mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələndiyini qeyd edən ombudsman beynəlxalq humanitar hüququn pozuntusu olan bu faktlarla bağlı hesabatların beynəlxalq təşkilatlara ünvanlandığını nəzərə çatdırıb.

Ombudsman, həmçinin Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab edilən şəxslər barədə iştirakçılara məlumat verib, itkin düşmüş 3890 azərbaycanlı barədə qarşı tərəfin bu günədək məlumat vermədiyini vurğulayıb.

Məruzənin yekununda Ombudsman beynəlxalq humanitar hüququn implementasiyası və təbliği sahəsində milli insan hüquqları institutlarının roluna diqqət çəkərək, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin insan hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra iclasda digər məruzələr dinlənilib.

Qeyd edək ki, Azərbaycan ombudsmanı iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi əsassız iddialara tutarlı cavab verərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətləri, çoxsaylı beynəlxalq humanitar və insan hüquqları pozuntuları faktlarını əsaslı dəlillərlə Forum iştirakçılarının diqqətinə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!