16 Sentyabr 2025 08:10
460
SİYASƏT
A- A+
Ölkəmiz və cəmiyyətimiz üçün daha müqəddəs amallar naminə

Ölkəmiz və cəmiyyətimiz üçün daha müqəddəs amallar naminə


QHT-lər vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynadıqlarına görə məsuliyyət daşıyırlar

 

Müxtəlif illərdə yaradılmış və fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır.

Dövlətimiz bu sahənin inkişafını daim diqqətdə saxlayır, qayğı göstərir. Ölkəmizin iqtisadi gücü artdıqca, regionda söz sahibinə çevrildikcə, dünyada söz sahibi olduqca vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətimizin imkanları daha da genişlənir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək və inkişaf etdirmək üçün dövlət siyasəti də daim təkmilləşir və çevik xarakter alır.

Qeyri-hökumət təşkilatlarının yaranması və fəaliyyət göstərməsi bu günün, dünənin işi deyil. Araşdırdıqca görürük ki, onun kökləri qədim dövrlərə gedib çıxır. Bəzi tarixi məlumatlara görə, ilk belə təşkilatlar eramızdan əvvəl VI əsrdə Yunanıstanda yaranıb. Onlar, əsasən, müxtəlif şəhərlərin birlikləri və cəmiyyətləri, şəhərlərin dini və yaxud siyasi birlikləri şəklində formalaşmış təşkilatlar olub. XIX əsrin ikinci yarısından sonra isə sənaye inqilabı nəticəsində dövlətlər arasında sıx əməkdaşlığa ehtiyac duyulduğuna görə bir-birinin ardınca müxtəlif təşkilatlar yaranmağa başlayıb.

Zaman-zaman yaradılmış qeyri-hökumət təşkilatlarının başlıca vəzifəsi elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək və sair kimi işlər görməkdir.

Ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəsi mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, dövlətimizin beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Yəni dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsi istiqamətində qeyri-hökumət təşkilatları səmərəli işlər görməlidirlər. Ölkəmizdə belə təşkilatların sayı olduqca çoxdur.

Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci ildə imzaladığı "Qeyri-hökumət təşkilatları ictimai birliklər və fondlar haqqında Azərbaycan Respublikasının Qanunu"nda aydın şəkildə qeyd edilir: "Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və Qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər".

1997-ci ildə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin bünövrəsi qoyulub. 1999-cu ildə Azərbaycan Milli QHT Forumunun qurulması ilə bu işlər daha da stimullaşıb. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun qəbul olunub. Ölkəmizdə qəbul olunmuş bu qanun MDB məkanında QHT-lərin fəaliyyətini tənzimləyən ilk qanun olmuşdur.

2000-ci ilin sentyabr ayında BMT-nin Nyu York şəhərində yerləşən qərargahında dünya dövlətləri başçılarının iştirakı ilə Minilliyin Sammiti keçirilib. 189 dövlət başçısı, o cümlədən Ulu Öndər Heydər Əliyev də sammitin yekun sənədi olan Minilliyin Bəyannaməsini imzalayıb. Həmin Bəyannamədə 2015-ci ilədək ifrat yoxsulluq, sağlamlıq, gender bərabərliyi, təhsil, ətraf mühit kimi sahələrdə inkişaf məqsədlərinin yerinə yetirilməsi öhdəliyi təsdiq olunub. Qeyd olunan həmin  öhdəliklərin realizə edilməsində QHT-lər dövlətə dəstək verib.

Azərbaycanda ilk qeyri-hökumət təşkilatlarının yaradılmasının təşəbbüskarları ziyalılar olublar. Onlar bu xeyirxah addımları ilə özlərinin potensial imkanlarından istifadə edərək xalqı düşdüyü çətin vəziyyətdən çıxarmağa çalışıblar. Keçmiş sovet dövlətinin dağılması ərəfəsində ali təhsil ocaqlarının, idarə və təşkilatların nəzdində dərnək və cəmiyyətlər yaranmağa başladı. Həmçinin müəssisələrdə vətəndaşları bir amal, bir məqsəd əhatəsində birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri yaradıldı.

Vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında ölkəmizdəki qeyri-hökumət təşkilatları böyük işlər görür, səmərəli fəaliyyət göstərirlər. Qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, həmin ölkədə mövcud olan başqa qurumlarla ümumi xüsusiyyətlər və məqsədlərin daşıyıcısı rolunda çıxış edirlər.

QHT-lər dövlətin qüvvədə olan qanunları ilə hesablaşmalı, fəaliyyəti zamanı mövcud qanunvericiliyə hörmətlə yanaşmalıdır. Başqa sözlə, QHT-lər səlahiyyətləri və fəaliyyətləri çərçivəsində  öz məsuliyyətlərini daim hiss etməli və düzgün addımlar atmalıdir. Məlumdur ki, qeyri-hökumət təşkilatının nizamnaməsi onun əsas təsis  sənədidir, bir növ fəaliyyət proqramıdır. Çünki nizamnamədə qeyri-hökumət təşkilatının fəaliyyəti haqqında dəqiq müddəalar öz əksini tapıb.

Demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçib. Bu sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və prioritetlər həmişə davamlı şəkildə aparılıb, beynəlxalq təcrübə diqqətlə öyrənilib, əhatəli müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilib.

Həmişə olduğu kimi, bu gün də ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, təkmilləşməsi və möhkəmlənməsi istiqamətində mühüm addımlar atılır. Qeyri-hökumət təşkilatlarının inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır. Məhz elə buna görədir ki, ölkəmizdə  fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı daim artır. Müqəddəs amal və xeyirxah işlər naminə yaradılmış qeyri-hökumət təşkilatları elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görürlər. Amma təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları nizamnaməsində öz əksini tapmayan addımlar atır, müxtəlif orden və medallar təsis edərək, onları ayrı-ayrı şəxslərə təqdim edirlər. Onlar bu addımları ilə olduqca mühüm işlər görən başqa qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kölgə salırlar. Təbiidir ki, bütün bunlar cəmiyyətimizi, vətəndaşlarımızı narahat edir.

Bəzi qeyri-hökumət təşkilatlarının belə xoşagəlməz fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb. Bəyanatda deyilir: "Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək, ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu qanundan başqa, digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən "orden" və ya "medal" ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır".

Nizamnaməsindən kənar fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatından nəticə çıxarmalıdırlar. Belə neqativ əməllərə, yanlış addımlara son qoyaraq fəaliyyətlərini dövlətimiz və cəmiyyətimiz üçün daha müqəddəs olan amallara, məqsədlərə yönəldəcəklər.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!