11 Aprel 2025 08:10
519
SİYASƏT
A- A+
Ölkəmiz balanslı siyasəti uğurla davam etdirir

Ölkəmiz balanslı siyasəti uğurla davam etdirir


"Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində təşkil edilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda dünya düzənində ölkəmizin yeri, ikitərəfli və çoxtərəfli beynəlxalq gündəliyimizdə duran məsələlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, habelə regional və qlobal miqyasda cərəyan edən son hadisələrlə bağlı əhəmiyyətli fikirlər səsləndirdi və mümkün proqnozları diqqətə çatdırdı. Artıq 7-ci dəfə təşkil edilən beynəlxalq foruma rekord sayda əcnəbi qonağın qatılması və onlardan 50 faizindən çoxunun tədbirdə ilk dəfə iştirak etməsi beynəlxalq miqyasda ölkəmizə marağın ilbəil artmasından, xüsusilə də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu kimi konfranslarda verilən mühüm mesajların və gerçəkliyə çevrilən siyasi proqnozların əhəmiyyətindən xəbər verir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib. O bildirib ki, dövlətimizin başçısının çoxsaylı suallara ətraflı və dəqiq cavabları bir çox məsələlərlə bağlı ölkəmizin mövqeyinə dair aydın təsəvvür formalaşdırır. Azərbaycanla türk dünyası, o cümlədən strateji müttəfiqimiz Türkiyə, habelə strateji tərəfdaşımız İsrail arasında münasibətlərin mövcud vəziyyəti və bu "siyasi üçbucaq"da ölkəmizin rolu barədə Prezidentimizin açıqlamaları xüsusilə diqqət çəkir. Azərbaycanın bu iki ölkə ilə əlaqələrinə dair Almaniya nümayəndəsinin sualını cavablandıran Prezident İlham Əliyev strateji müttəfiqimiz olan qardaş Türkiyə və uzun illər ərzində çətin zamanlarda qarşılıqlı dostluğumuzun davam etdiyi, strateji tərəfdaşımız İsrail arasında müşahidə edilən gərginliyin narahatlıq doğurduğunu bildirib. Prezident iki ölkə arasında əvvəllər müşahidə edilmiş gərginliyin aradan qaldırılmasında Azərbaycanın vasitəçi rol oynadığını qeyd edərək hazırkı problemin də həll edilməsi üçün Azərbaycanın öz mümkün səylərini davam etdirdiyini vurğulayıb. "İslam dünyasının fəal üzvlərindən olan dövlətimiz istər ikitərəfli, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv dövlətlərlə səmərəli əməkdaşlığı davam etdirir. Eyni zamanda İsraillə mövcud dostluq münasibətləri ölkəmizin mövqeyinin balanslı şəkildə formalaşdırılmasını zəruri edir. Uzun illər ərzində milli maraqlarımıza əsaslanan, bütün xarici təsir və diktələri istisna edən, eyni zamanda məxsus olduğumuz islam dünyası ölkələrinin də mövqelərini nəzərə alan Azərbaycan bu balanslı siyasətini uğurla davam etdirə bilib. Xüsusi olaraq vurğulanmalıdır ki, ölkəmizin sərgilədiyi prinsipial və müstəqil xarici siyasət kursu miqyasından və nüfuzundan asılı olmayaraq dünya dövlətləri tərəfindən qəbul olunmaqdadır", - deyə deputat əlavə edib.

Z.Şükürov qeyd edib ki, cənab İlham Əliyevin siyasi-diplomatik bacarığı və böhran vəziyyətlərini dünya liderlərinə xas olan şəkildə, yüksək peşəkarlıqla idarə edə bilməsi ölkəmizin nüfuzunun davamlı olaraq artmasına imkan verir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!