21 Sentyabr 2025 08:15
1453
SİYASƏT
A- A+
O gün keçirdiyimiz hisslər unudulmazdır

O gün keçirdiyimiz hisslər unudulmazdır


19-20 sentyabr 2023-cü il tarixi xalqımız üçün olduqca müqəddəs və əzizdir. Çünki həmin gün, həmin tarixdə şanlı Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun Qarabağda qalmış tör-töküntülərinə və uzun illərdən bəri burada kök atmış  separatçılara ağır zərbə vuruldu. Uğurla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olundu.

Müstəqillik tariximizin səhifəsinə böyük hərflərlə yazılmış bu əməliyyat həm regionda sülh və sabitliyin bərqərar olması, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyimizin tam şəkildə bərpası baxımından tarixi əhəmiyyət daşıyır. Düşmən qüvvələrinin qüdrətli ordumuzun qarşısında heç bir sutka da olsun dayanmağa gücü çatmadı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular, silahı yerə qoydular.

27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Daim işğalçılıq siyasəti yürüdən Ermənistanın silahlı qüvvələri darmadağın edildi. Buna görə də düşmən ölkə 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atdı. Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarından bir güllə belə atmadan qoşunlarını çıxartdı. Kapitulyasiya aktına imza atmasına baxmayaraq, Ermənistan qanunsuz silahlı birləşmələrini Qarabağ bölgəsindən çıxarmadı. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin silahlı birləşmələr ərazidən çıxarılmalı idi.  

Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin qanunsuz tör-töküntüləri və uzun illərdən bəri bölgədə kök salmış erməni separatçıları tez-tez təxribatlar törədir, gərginlik yaradırdılar. Dövlətimiz Qarabağda yaranan bu gərginliyin qarşısını almaq, bölgədə sabitlik və əmin-amanlıq yaratmaq, qarşıya çıxan problemləri danışıqlar yolu ilə həll etmək üçün daim humanist mövqe nümayiş etdirirdi, sülh çağırışları edirdi. Amma təəssüflər olsun ki, işğalçılıq siyasəti yürüdən erməni separatçıları sülh çağırışlarına müsbət cavab vermirdi. Erməni separatçıları müharibə ocağını qızışdırmaq, bölgədə gərginliyi artırmaq məqsədilə yeni silahlar alır, canlı qüvvələrinin sayını artırır, yeni döyüş texnikaları gətirirdi. Təbiidir ki, erməni separatçılarının atdığı bütün bu addımlar sülhə, əmin-amanlığa xidmət etmirdi.  

İkinci Qarabağ müharibəsində böyük Zəfər qazanan, 30 ilə yaxın işğalda qalmış torpaqlarını 44 gün ərzində azad edən Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin, erməni separatçılarının mövcudluğunun qanunsuz olduğunu vurğulamışdı. Erməni separatçılarının bölgədə qalmasının sülhə təhdid olduğunu dönə-dönə nəzərə çatdırmışdı. Amma təəssüflər olsun ki, Ermənistan rəhbərliyi havadarlarına arxalanaraq dövlətimizin dəfələrlə etdiyi xəbərdarlığı qulaqardına vurur, layiqincə qiymətləndirmirdi.

Ermənistanın, eləcə də illərdən bəri Qarabağda kök salmış erməni separatçılarının təxribatçı hərəkətləri bölgədə növbəti antiterror əməliyyatını həyata keçirməyi zəruru edirdi. Nəyin bahasına olursa-olsun tez-tez baş verən təxribatlara, gündən-günə artan gərginliyə son qoyulmalıydı. Çünki həyata keçiriləcək antiterror əməliyyatı bölgəyə sülh, əmin-amanlıq gətirəcəkdi. Dövlətimizin illərcə əvvəl pozulmuş suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də qısamüddətli və lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi. Uğurla başa çatan əməliyyat nəticəsində düşmənin əsas hərbi infrastrukturları zərərsizləşdirildi, qanunsuz silahlı dəstələr tərksilah edildi. Bölgədə gərginlik yaradan təxribatçı qüvvələr Qarabağdan çıxarıldı. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Uğurla başa çatan antiterror əməliyyatı bölgədə hökm sürən gərginliyi aradan götürdü, uzunmüddətli sülh və sabitlik üçün yeni imkanlar yaratdı.

Antiterror əməliyyatından sonra qanunsuz erməni hərbi birləşmələrindən silahların təhvil alınmasına, separatçıların döyüş mövqelərinin ləğv edilməsinə, silah və sursat anbarlarının nəzarət altına götürülməsinə başlandı. Xeyli sayda silah və sursat müsadirə olundu. Araşdırma zamanı məlum oldu ki, müsadirə olunan silahların bir qismi 2021-ci ildə istehsal olunub. Bu fakt bir daha onu sübut etdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinin əksinə olaraq, Ermənistan rəhbərliyi daim Qarabağdakı qanunsuz hərbi birləşmələrini silahlandırırmış. Bütün bunlar isə rəsmi İrəvanın işğalçılıq siyasəti yürütdüyünü bir daha bütün dünyaya göstərdi.

Bir sutkadan da az davam edən antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri, erməni separatçılarının döyüş potensialı tamamilə məhv edildi. Sentyabrın 20-də günorta saatlarına qədər Ermənistan silahlı qüvvələrinin əlində olan döyüş mövqeləri, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik ordumuzun nəzarətinə keçdi. Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı ürəyi vətənpərvərlik hissi ilə döyünən zabit və əsgərlərimiz əsl qəhrəmanlıq göstərdilər. Məhz hərbçilərimizin göstərdiyi igidlik nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu.

Antiterror əməliyyatının iştirakçısı olmuş əsgərlərlə söhbət edərkən hərbçilərimizin döyüşlər zamanı göstərdikləri şücaətləri yenidən gözlərimiz qarşısında canlandı. Əməliyyat başa çatandan bir müddət sonra həmsöhbət olduğum əsgərlərin söylədiklərini heç vaxt unutmayacağam.  Əsgər Rəvan Əsədov iştirak etdiyi antiterror əməliyyatından söz açaraq dedi: "Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olmuşam. Rayonu cəsur oğulları həm Birinci, həm də İkinci Qarabağ müharibələrində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşublar. Mən də onların döyüş yollarını uğurla davam etdirdim. Antiterror əməliyyatı zamanı düşmən hərbi qulluqçularımızın igidliyi və qəhrəmanlığı qarşısında aciz qalaraq geri çəkildi. Kiçik yaşlarımızdan Zəfər ovqatı ilə böyümüşük. Ata-babalarımızın igidliyini, qəhrəmanlığını dərindən mənimsəmişik. Antiterror tədbirlərində iştirak etdiyim üçün qürur duyuram. Bir vaxtlar Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi arzulamışdım. Şükürlər olsun ki, xidmətimin son günlərində bu mənə qismət oldu. Qarabağda erməni separatçılarına qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatmasında mənim də əməyim oldu. Düşmən müasir ordumuzun güclü zərbələri qarşısında çox duruş gətirməyərək ağ bayraq qaldırdı, silahı yerə qoyaraq mövqelərindən çıxıb təslim oldu. İllərdən bəri xalqımıza düşmən kəsilmiş erməni faşizmini, erməni separatizmini məhv etdik. Qazandığımız qələbə nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olundu".

Söhbətimizə qoşulan əsgər Mahsun Cəfərov da dedi ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun hərbi qulluqçuları cəsarətlə vuruşaraq, 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı azad etdi. "Mən də onların şərəfli döyüş yollarını uğurla davam etdirdim. Ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin iştirakçısı oldum. Topçu kimi üzərimə düşən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdim. Xalqımız bu döyüşlər zamanı hərbi qulluqçularımızın göstərdiyi igidlik və qəhrəmanlıqlarından həmişə iftixarla danışacaq".

Şanlı Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qəhrəmanlıq tariximizdə əbədi olaraq qalacaq. Gələcək nəsillər tərəfindən həmişə qürur və iftixar dolu səhifə kimi xatırlanacaq. Çünki həmin gün, həmin tarixdə həyata keçirilən antiterror əməliyyatı zamanı qazanılan qələbə nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olundu.  


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!