13 Dekabr 2024 15:25
307
DÜNYA
A- A+
Nüvə enerjisi ilə işləyən plazma raketi

Nüvə enerjisi ilə işləyən plazma raketi

Alimlər nüvə elektrikli hərəkət sistemini Günəş sisteminə dair araşdırmaların potensialını ortaya çıxaracaq inqilabi texnologiya kimi görürlər. İndi isə bu texnologiyanın əsas komponentləri üzərində sabit irəliləyiş əldə edən 2 şirkət güclərini birləşdirərək bu məqsədi reallığa çevirmək üçün mühüm bir addım atıb.

“Ad Astra Rocket Company” uzun müddətdir “Variable Specific Impulse Magnetoplasma Rocket” (VASIMR) üzərində işləyir. Lakin bu tip elektrikli hərəkət sistemi böyük miqdarda enerji tələb etdiyindən şirkət bu problemi həll etmək üçün sistemi nüvə reaktoru ilə təkmilləşdirməyi hədəfləyir. Bu məqsədlə “Ad Astra” kosmik missiyalarda istifadə üçün 1 kVt gücündə nüvə reaktoru olan “Kilopower”ı inkişaf etdirən “Space Nuclear Power Corporation” (SpaceNukes) ilə strateji tərəfdaşlıq qurub.

“Ad Astra”nın 20 ildən artıq müddətdir üzərində çalışdığı “VASIMR” elektrik hərəkət sistemi kimi seçilir. Bu sistem plazmanı maqnit sahələri vasitəsilə sürətləndirərək itələmə gücü yaradır. “VASIMR” ion itələyiciləri kimi elektrikli hərəkət sistemlərinə bənzəsə də, daha böyük enerji tələbatına malikdir. Hazırkı elektrikli hərəkət sistemləri, adətən günəş panelləri və ya radioizotop termoelektrik generatorlar (RTG) ilə enerji alır. Lakin bu mənbələr “VASIMR” kimi yüksək enerji tələbi olan sistemlər üçün kifayət deyil. “VASIMR”in maksimum itələmə və səmərəlilik səviyyəsinə çatması üçün 100 kilovatdan çox elektrik enerjisi tələb olunur.

Bu texnologiyaların tamamilə kosmosda sınaqdan keçirilib, istifadəyə verilməsi üçün hələ də uzun bir yol var. Beləliklə, Marsa səyahət etmək artıq xəyal deyil, sadəcə vaxt məsələsidir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

09:28
20 Yanvar

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı 

09:25
20 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

00:25
20 Yanvar

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

23:59
19 Yanvar

Komitə sədri: Diaspor təşkilatları Azərbaycanın milli maraqları naminə səylərini birləşdirməlidir  

23:58
19 Yanvar

Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək

23:57
19 Yanvar

Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

23:55
19 Yanvar

XİN 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb

23:53
19 Yanvar

Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb

23:51
19 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

23:50
19 Yanvar

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

23:15
19 Yanvar

Qarsda Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyət yolları nəzərdən keçirilib  

21:25
19 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar Sumqayıtda treninqlərə start verib

21:23
19 Yanvar

Salonikidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21:22
19 Yanvar

Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib

21:21
19 Yanvar

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək  

18:50
19 Yanvar

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib  

18:49
19 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub 

18:47
19 Yanvar

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

18:42
19 Yanvar

Azərbaycanda yanvarın 20-də olan hava proqnozu açıqlanıb  

18:19
19 Yanvar

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

17:45
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!