01 İyun 2026 16:54
147
DÜNYA
A- A+
N.Paşinyan seçkiqabağı sorğularda liderdir  

N.Paşinyan seçkiqabağı sorğularda liderdir  

Moskva isə İrəvana “Ukrayna ssenarisi”ni xatırladır


Yeni sorğuya görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyası parlamentdə əhəmiyyətli çoxluq qazana bilər. Bu arada, Rusiya İrəvanın qərbyönümlü dönüşünə qarşı kampaniyasını gücləndirir və Ermənistan hakimiyyətinə "Ukrayna ssenarisi" barədə xəbərdarlıq edir.  

Ermənistanda  iyunun 7-də keçiriləcək həlledici seçkilərdən əvvəl təşkil olunmuş son sorğu göstərir ki, Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin təxminən 65 faizini qazana bilər və bu, qarşıdan gələn parlamentdə inandırıcı qələbə və əhəmiyyətli çoxluq vəd edir. Breavis təşkilatının 5-11 may tarixlərində 1551 respondent arasında apardığı sorğu göstərib ki, “Vətəndaş müqaviləsi” parçalanmış müxalifət üzərində rahat bir üstünlük əldə edəcək və qalan partiyaların heç biri 12 faizdən çox səs toplaya bilməyəcək, baxmayaraq ki, onlardan bəziləri Rusiya tərəfindən açıq şəkildə dəstəklənir.

Ekspertlər hesab edirlər ki, əgər gələn bazar günü keçiriləcək səsvermə bu proqnozları təsdiqləsə, ermənilər N.Paşinyana ölkənin strateji istiqamətini Avropa və qərbyönümlü kursa yönəltmək üçün həlledici mandat verəcək, onu Kremllə birbaşa qarşıdurma yoluna çıxaracaq və Qarabağla bağlı Azərbaycanla tarixi sülh müqaviləsini möhkəmləndirəcək, regional sabitliyi və əməkdaşlığı daha da təşviq edəcək. Breavis sorğusu həmçinin İrəvanın milli strategiyasının yenidən nəzərdən keçirilməsini və Rusiyanın postsovet orbitində onilliklərdən sonra Qərbə doğru daha da irəliləyişini göstərir.

Son həftələr Moskva İrəvana təzyiqi durmadan artıraraq kritik ticarət məhdudiyyətləri tətbiq edir və Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü dayandırmaqla hədələyir. Rusiya Prezidenti Vladimir Putin isə amerikalı həmkarı Donald Trampın N.Paşinyana tam və hərtərəfli dəstəyini bildirməsindən bir neçə gün sonra Ermənistanla Ukrayna arasında paralellər aparıb.

Yeni sorğunun dərc olunması həmçinin Rusiyanın İrəvanın AI-yə üzvlüyünü sürətləndirmək qərarı ilə əlaqədar Ermənistandakı səfirini "məsləhətləşmələr üçün" geri çağırmaq qərarı ilə üst-üstə düşüb. Rusiya Xarici İşlər Nazirliyinin şənbə günü verdiyi açıqlamada deyilir: "Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin Ermənistan rəhbərliyinin Avropa Ittifaqı  ilə yaxınlaşma addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya geri çağırılıb".

Bir gün əvvəl isə Kreml iqtisadi xəbərdarlıqlar və tədbirlərlə hücumunu davam etdirərək Ermənistandan müəyyən meyvə və tərəvəzlərin ixracına müvəqqəti məhdudiyyətlər elan etmiş, Ermənistanın mineral suyu, şərabı və konyakına qoyulan son qadağalara əlavə olaraq, ölkə üçün həyati əhəmiyyət kəsb edən ucuz qaz və neft tədarükünün kəsilməsi ilə bağlı təhdidlər irəli sürmüşdü. Məlumat üçün bildirək ki, təxminən 3 milyon nəfər əhalisi olan Ermənistan ötən il qazının 80 faizdən çoxunu Rusiyadan idxal etmişdir.

Elə həmin gün Aİİ liderləri Ermənistanı Avropa İttifaqına qoşulmaq planlarının bütün üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı barədə xəbərdar edən birgə bəyanat yayıblar. Astana sammiti zamanı Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri İrəvanı Ermənistanın Aİ ilə Moskvanın rəhbərlik etdiyi blok arasında seçim etməsi ilə bağlı mümkün qədər tez bir zamanda milli referendum keçirməyə çağırıblar. Vadimir  Putin isə Astanada keçirilən sammitdən sonra  mətbuat konfransında "Ukraynadakı böhran Kiyevin Aİ-yə qoşulmaq cəhdləri ilə başladı" deyə yenidən Ukrayna ilə Ermənistan arasında paralellər aparıb.

Dünən Vladimir Putin Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib. Kreml saytında yerləşdirilən təbrik teleqramında Rusiya Prezidenti Moskva ilə İrəvan arasındakı münasibətlərin dostluq xarakterini qeyd etməklə yanaşı, onların davamlı mütərəqqi inkişafında maraqlı olduğunu vurğulayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

17:33
01 İyun

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər  

17:32
01 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:31
01 İyun

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

17:30
01 İyun

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

17:28
01 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

17:06
01 İyun

N.Paşinyan seçkiqabağı sorğularda liderdir  

16:54
01 İyun

Ən çox allergiya yaradan qidalar hansılardır?

16:45
01 İyun

Qazax gümçülərinin builki hədəfi 2000 kiloqram barama təhvil verməkdir  

16:36
01 İyun

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib  

16:33
01 İyun

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

16:19
01 İyun

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

16:18
01 İyun

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

16:18
01 İyun

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır  

16:17
01 İyun

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı  

16:16
01 İyun

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

16:14
01 İyun

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB 

16:13
01 İyun

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

16:07
01 İyun

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

16:05
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!