20 Mart 2024 09:30
1982
Mədəniyyət
A- A+
Novruz ümumbəşəri bayramdır

Novruz ümumbəşəri bayramdır

 

Novruz tarixin yaddaşından süzülüb gələn, xalqımızın mənəvi dünyasında əbədiyaşarlıq ömrü qazanmış, min illərin adət-ənənəsini ehtiva edən milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun türk xalqlarının həyatı, adət-ənənəsi ilə mədəni köklər və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Azərbaycandan başqa bir sıra ölkələrdə də Novruz bahar bayramı kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Novruz 1993-cü ildən milli bayram statusu alaraq dövlət bayramı kimi qeyd olunur. Novruz həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə bir yerdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahasına daxil edilib. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. İnsanlar evlərdə, meydanlarda, təbiət qoynunda şənlik mərasimləri keçirir, şadlanır, küsülülər barışırlar. Bərabərlik, ruzi-bərəkət, rifah, sülh bayramı olan Novruzda insanlar bir-birini təbrik edir. 2010-cu ildə BMT-nin Baş Məclisi martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. 
Novruzda müxtəlif oyunların keçirilməsi bu bayramı daha maraqlı, yaddaqalan edir. Belə oyunlardan ən maraqlısı "Kosa- kosa"dır. Bu qədim oyun haqqında müxtəlif mülahizələr var. Bu mülahizələrdən biri də odur ki, Kosa da, Keçəl də bərəkətin rəmzidirlər. Onlar həm insanları güldürmək, həm də şər qüvvələri aldatmaq üçün maskalanırlar. Kosa və Keçəlin bərəkət rəmzi olmasını onlara aid xalq şeiri nümunələrində də görmək olur. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar... Əlində bəzəkli, qırmızı çömçə tutar, çiynindən boş xurcun sallanar. İnanclara görə, Kosa kimin evinə girsə, o ev bərəkətli olar, il boyunca həmin evdən bol ruzi əskik olmaz. Bəzi bölgələrdə bu oyun uşaqlar, bəzilərində isə qadınlar tərəfindən oynanır.
Tamaşanın digər qəhrəmanı isə Keçəldir. Xatırladaq ki, qədim meydan tamaşaları "Kəndirbaz" və "Gözbağlıca" oyunlarında da Keçəl obrazı var. Şübhəsiz ki, Keçəl  mifoloji düşüncə ilə bağlı olan obrazdır. Maraqlı olan tərəfi budur ki, Keçəlin  də bolluq, bərəkət rəmzi olması ilə bağlı nümunələr  az deyil. "Keçəl, keçəl mərəndə, arpa buğda sərəndə, bir arpanı beş eylər, yeddi qazan aş eylər" ifadəsi bolluğa, məhsuldarlığa işarədir. Bu tamaşada əsas ideya yazla qışın mübarizəsini əks etdirməkdir. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. 
Məzəli hərəkətlərlə meydana daxil olan Kosa zurna və nağaranın müşayiəti ilə  "Novruz, Novruz bahara, güllər-güllər nübara, kim yığa, kim apara. Bağçamızda gül olsun, Gül olsun, bülbül olsun. Mən gəlmişəm kef görüm, Zurna görüm, dəf görüm" mahnısını oxuyar.
Qeyd olunduğu kimi, oyunun personajları Kosa qışın, Keçəl isə yazın gəlişini simvolizə edir. Kosa uzun səfərə hazırlaşır, bununla da mərasim iştirakçıları bilirlər ki, qış gedir, yaz gəlir. Ancaq Kosa öz mövqeyini asanlıqla vermək istəmir. Mərasimdə Kosaya belə bir nəğmə oxunur: "Mənim Kosam canlıdır, Qolları mərcanlıdır: Kosama əl vurmayın, Kosam ikicanlıdır". 
"Kosam ikicanlıdır" ifadəsi heç də təsadüfi işlənilmir. Kosa - yəni qış yazı doğacağı üçün ikicanlıdır. Yaz qışdan doğulur. Qış istəsə də, istəməsə də, yaz gəlməlidir. Qışın doğacağı "uşaq" - yaz əkinçiliklə, maldarlıqla məşğul olan insanlar üçün həyatdır.
Burada bir məsələni də qeyd edək ki, Keçəl bəzi tamaşalarda Keçi adı ilə çıxış edir. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. 
Bəzən məzhəkənin sonunda Kosa ölür. Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa - torpaq ölmür, dirilir, təbiət oyanır. Əslində, tamaşanın məğzini də bu təşkil edir. Təbiətin gözəlliklərini göstərmək, torpağı əkib-becərmək üçün bu oyunlar quraşdırılır və bununla da tamaşa gözəl sonluqla yekunlaşır.
Yurdumuza bahar gəlir. Bolluq, bərəkət gəlir. Novruz ətirli bahar bayramınız mübarək!

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!