06 İyun 2025 09:15
1149
Mədəniyyət
A- A+
Niyə hələ də Zəfərimizi dünyada təbliğ edəcək sanballı filmlər çəkilməyib?

Niyə hələ də Zəfərimizi dünyada təbliğ edəcək sanballı filmlər çəkilməyib?


44 günlük müharibədə Azərbaycan tarixinin ən qürurverici, ən şanlı səhifələri yazıldı.  Heç bir mübaliğəyə yol vermədən deyirik ki, dünyanın heyrətlə izləyib taktiki gedişlərinə heyran qaldığı Vətən savaşımız həm də real qəhrəmanları, həyatdan alınmış süjet xətti ilə nüfuzlu beynəlxalq kino mükafatlarına layiq filmlərin mövzusudur. 

Bu Zəfər bizə gerçək qəhrəmanlar - bütün dünyanı qarşısına alaraq Azərbaycan adlı məmləkətin Qordi düyününə çevrilmiş Qarabağ problemini "dəmir yumruq" sayəsində bir həmləsi ilə çözən İlham Əliyev kimi qalib lider, Vətənin səsinə dörd bir yerdən səs verərək düşməni qarşısında diz çökdürən cəsur oğullar bəxş etdi. Lakin aşılmaz sıldırımlara dırmaşaraq Vətən qibləmiz Şuşanı azadlığına qovuşduran azman oğullarımızın qəhrəman obrazları filmlərimizdə görünmür. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gözünü qırpmadan canından keçən hər bir şəhidimizin taleyi böyük qəhrəmanlıq dastanıdır. Şərəflə yaşanan bu gənc ömürlər haqqında yaddaşlarda əbədi iz buraxan elə bədii filmlər çəkmək olar ki...

 Kino ən effektiv təbliğat vasitələrindən biri, həm də tarixi gələcəyə daşıyan vasitədir. Holokostla bağlı çəkilən yüzlərlə film sayəsində dünya bu qanlı tarix haqqında öyrənib. Amma təəssüf ki, Birinci Qarabağ müharibəsindən ötən 30 ildən çox zaman ərzində bu mövzudan bəhs edən filmlərimizlə dünya tamaşaçısına çıxış əldə edə bilməmişik. İllərlə çadır şəhərciklərində, yataqxanalarda yaşayan keçmiş məcburi köçkünlərimizin zillətini bu vasitə ilə dünyaya çatdıra bilməmişik. 

 Zəfər qazandıqdan sonrakı dövrdə bu sahədə yenə də fundamental iş ortaya qoyulmayıb. Bu mövzuda indiyə qədər çəkilən filmlər isə heç öz yaddaşımızda qalmayıb. Belə olan halda haqlı sual yaranır ki, bəs bu filmlər dünyanın yaddaşında necə qala bilər? 

Məsələnin ən faciəvi tərəfi isə ermənilərin beynəlxalq kino festivallarda, müsabiqələrdə Qarabağla bağlı uydurma kinoları ilə qalib gəlmələridir. 

Süjet xətti başdan-başa yalan və iftira üzərində qurulmuş və beynəlxalq mükafatlar qazanmış bu erməni filmlərinin adlarını çəkməyə ehtiyac görmürük, amma istəyənlər axtarış verərək internet resurslarında onlar haqqında məlumat əldə edə və saxtakarların bu vasitə ilə dünya ictimaiyyətini necə çaşdırdıqlarına şahid ola bilərlər. 


Yaradıcılıq böhranı, yoxsa... 


Halbuki bizim film ssenarisi quraşdırmağa belə ehtiyacımız yoxdur. 30 ildə Qarabağda yaşanan vəhşətin hər səhifəsi gerçək həyatın əksi, filmlərə ən yaxşı mövzudur.

30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda törədilən və erməni vəhşiliyini şərhsiz formada gözlər önünə sərən dağıntılar bu filmlər üçün təbii dekor ola bilər.  

Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Azərbaycan oğul və qızlarının göstərdikləri misilsiz şücaətlər filmlərimiz üçün əsl mənbə və heç bir güclü bədii təxəyyülə lüzum olmayan ssenarilərdir. 

Prezidentin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülən (ölümündən sonra) Natiq Qasımovun bioqrafiyasına nəzər salaq. 

Azərbaycan bayrağını sinəsinə sıxaraq bir ölkə, bir xalq, ordu adından təkbaşına düşmənə qarşı savaşan Natiq Qasımovun gerçək həyat hekayəsi xarici kinematoqrafçılara aid və dünyanın bəh-bəhlə izlədiyi, nüfuzlu mükafatlara layiq görülən şöhrətli kinoların ssenarisinə bənzəyir, deyilmi? Lakin burada bir fərq var. Bu filmlər, onların obrazları təxəyyülün məhsuludur, amma Natiq Qasımov gerçək qəhrəmandır... 

Yaxud 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində kahalara sığınaraq 113 gün mühasirədə yaşayan və sonda düşməndən qurtulmağı bacaran, həmçinin həmin il Laçında 54 gün mühasirədə qalaraq düşməndən canlarını qurtara bilən sakinlərimizin faciəvi və mübarizələrlə dolu yaşantıları əsl film ssenariləridir.  

Bu cür nümunələr onlarca yox, yüzlərlədir... 

Birinci Qarabağ müharibəsindən Vətən savaşına qədərki üç onillik dövr ərzində adətən bir çox yaradıcı adamlarımız torpaqlarımızın işğalda olması, müharibədən qısa zaman ötməsi kimi məsələləri sözün həqiqi mənasında bəhanə gətirərək yaradıcı iş ortaya qoymağın mümkün olmadığını iddia edirdilər. Guya müharibədə uduzmağımız onları da dərin yaradıcılıq böhranına sürükləmişdi... 

Torpaqları azadlığına qovuşdurulan, suverenliyi təmin olunan Azərbaycan tarixinin ən qüdrətli çağını yaşayır. Ancaq biz Zəfər tariximizə həsr olunmuş sanballı filmlər izləməmişik. Belə çıxır ki, hələ də yaradıcı insanlarımızın ilham pəriləri gəlməyib?.. 

 "Cocuqlar duymasın", "Diriliş Ərtoğrul", "Quruluş Osman", "Söz" və sair kimi məşhur türk teleseriallarında Milli Qəhrəmanımız Mübariz İbrahimovla, Azərbaycanın Şuşa zəfəri ilə bağlı epizodlar çəkilib, fikirlər səsləndirilib... 

Təəssüf ki, bizdə bu cür nümunələr yoxdur. Hazırda televiziya məkanımızda nümayiş etdirilən və əksəriyyəti xəyanət motivi üzərində köklənmiş teleseriallar isə bir ayrı yazının mövzusudur. 

İşğaldan azad edilən ərazilərimizdə beynəlxalq təcrübədən istifadə edilərək möhtəşəm quruculuq işləri gerçəkləşdirilir. Təkcə kilometrlərlə yüksəkdə inşa edilən və bu yaxınlarda açılışı həyata keçirilən Laçın Beynəlxalq Hava Limanını və Kəlbəcərdə Murovdağın altı ilə çəkilən 14 kilometrlik tuneli möcüzə adlandırsaq, heç də şişirtməyə yol vermərik. Görülən yüksəksəviyyəli işlərin nəticəsidir ki, indi xalqımız quruculuq və qayıdış zəfərləri yaşayır.

Gözlərimizin qarşısında İlahi ədalət adlandıracağımız hadisələr baş verir, Xocalıda körpələr doğulur, Qarabağın dirçəliş tarixi yazılır, ruhu özünə qayıdır.


Ötən il bu filmlərin çəkilişinə 10 milyon manat ayrılsa da...


Bütün bu sözlərlə təsviri mümkünsüz qələbələrə malik qalib xalq olaraq Zəfər kinomuza baxmaq da bizim halal haqqımızdır. Amma 5 ilə yaxındır ki, həsrətlə bunun gerçəkləşməsini gözləməkdəyik... 

Bəs Zəfər kinomuzla bağlı Azərbaycan tamaşaçısının gözünü yollarda qoyan səbəblər nələrdir? Yaradıcılıq böhranımı, istedadlı ssenarist, rejissor, aktyor... qıtlığımı, maliyyə problemlərimi? 

Apardığımız kiçik araşdırmada bu suallara aydınlıq gətirməyə çalışmışıq. 

2024-cü ilin noyabrında mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib ki, "Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində 40 filmin çəkilişinə cəmi 4,4 milyon manat xərclənib".

Həmçinin bu ilin yanvarında Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan etdiyini bildirib. 

Məlumat verilib ki, bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə otuz min, tammetrajlı sənədli filmlər üzrə iyirmi min, qısametrajlı bədii və sənədli filmlər üzrə on beş min, qısametrajlı animasiya filmləri üzrə isə on üç min AZN müəyyən olunub. 

O da vurğulanıb ki, yeni şərtlərə əsasən, yerli şirkətlərin tərəfdaş olduğu beynəlxalq layihələrə ayrılacaq vəsaitin maksimal həddi göstərilən məbləğlərdən 50 faiz çox olacaq: "Qeyd edək ki, ötən il keçirilən birinci müsabiqədə qalib gələn 6 filmə ("Geri dönüş", "Sən haralısan, durna?", "Tərsinə kölgələr", "Səssiz zaman", "Qara pişik, ağ şanı", "Yaddaş sarayları") yüz on bir min yüz on üç AZN  maliyyə dəstəyi ayrılıb". 


"Borc" və "44" bədii filmlərinin çəkilişləri başa çatıb 


Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişi üçün indiyə qədər hansı işlərin həyata keçirilməsi ilə bağlı "Azərbaycan" qəzetinin Kino Agentliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, ARKA Prezidentin fərmanı ilə 20 aprel 2022-ci il tarixdə yaradılmış və fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın tarixi qələbəsini özündə əks etdirən filmlərin istehsalına  dəstək vermişdir: "Belə ki, "Hadrut, sən azadsan", "Doğma torpaq", "Tənha insanın monoloqu", "Torpağı sanı yaşayasan", "Vəsiyyət" kimi layihələrə agentlik tərəfindən maliyyə vəsaiti ayrılmışdır".  

Qeyd olunur ki, eyni zamanda ARKA-nın keçirdiyi müsabiqənin qaliblərindən olan "Borc" və "Səssiz zaman" tammetrajlı bədii filmlərinin istehsalına maliyyə dəstəyi göstərilmişdir. ARKA-nın keçirdiyi müsabiqələrdə qalib gəlmiş və bu mövzuya aid "Ölüm axtaran qadın", "Danışır və göstərir Şuşa", "Müharibənin gözləri", "Qayıdış" kimi sənədli filmlərin, "Narqız" animasiya filminin istehsalı başa çatdırılmışdır: "Bundan başqa, agentliyin dəstəyi ilə "44", "Mənə bənzər adam görməmisiniz ki?", "Ağalı" tammetrajlı bədii filmlərinin istehsalı davam edir. Hazırda "Nağıl istəyirəm" və "44 gün" animasiya filmlərinə, habelə "Şuşa həbsxanasının əsirləri" və "Ad günü şamları" sənədli filmlərinə maliyyə vəsaitinin ayrılması üçün rəsmiləşdirilmə işləri həyata keçirilir". 

Agentlikdən məlumat verilib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərin 5-ci ildönümündə Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə ərsəyə gələn və Bakı Media Mərkəzi tərəfindən istehsal olunan "Borc" və "44" tammetrajlı bədii filmlərinin çəkilişləri başa çatmışdır. Vətən müharibəsində baş verən hadisələri əks etdirən hər iki filmin təqdimatlarının yaxın tarixlərdə keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildirilib ki, ARKA 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsini elan etmiş və həmin müsabiqədə prioritet mövzular  Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük Vətən müharibəsi, hərb salnaməsi, müharibə qəhrəmanlarıdır. 


Yüksəkkeyfiyyətli filmlər çəkmək üçün...


Sözügedən məsələyə münasibətini öyrəndiyimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas dedi ki, Zəfər kinomuzun çəkilməsi üçün istedadlı aktyorlarımız da, rejissorlarımız da, ssenaristlərimiz də var. Burada problem sadəcə maliyyə məsələsidir.  

Vurğulayaq ki, Aqil Abbasın ssenarisi əsasında torpaqlarımızın işğalı dövründə çəkilmiş "Dolu" filmi də bu mövzuya həsr olunmuş tək-tük seçilən ekran işlərindən biridir. Deputat məlumat verdi ki, ssenarisini yazdığı "Dolu 2" filmi də Mədəniyyət  Nazirliyi tərəfindən artıq bəyənilib və qəbul edilib. Amma filmin nə zaman çəkiləcəyi hələ məlum deyil, bunun üçün dövlət tərəfindən  pul ayrılmalıdır: "Əslində, hesab edirəm ki, hər şeyi dövlət etməməlidir. Özəl şirkətlər bu sahəyə dəstək verməlidirlər. Onlar pul ayırıb ssenari yazdırıb film çəkdirə bilərlər. Bu da onların Qarabağda qazandığımız Qələbəyə hədiyyəsi olar". 

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinotənqidçi Sevda Sultanova söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra müstəqil büdcə ilə rejissorlar - Saida Haqverdiyeva "Köhnə çamadanlar" və Qulu Əsgərov "Mən burdayam, İlahi" bədii filmlərini çəkiblər. Dövlət büdcəsilə isə bu mövzuda rejissor Vaqif Mustafayev "Həyat deyəsən gözəldir" filmini ekranlaşdırıb: "İlk iki film dram janrındadır, "Köhnə çamadanlar"  müharibədə əzab çəkmiş qadın talelərini anladır, eyni zamanda Birinci və İkinci Qarabağ müharibələrini əhatə edir. "Mən burdayam, İlahi" isə 44 günlük müharibədən qayıtmış qazinin həyat hekayəsi, onun cəmiyyətə adaptasiyası haqdadır. "Həyat deyəsən gözəldir" isə tragikomediya janrındadır". 

O bildirdi ki, bundan başqa, müharibə mövzusunda çoxlu sənədli, həmçinin qısametrajlı bədii filmlər çəkilib: "Yəni "çəkilməyib" demək doğru deyil. Və zaman-zaman telekanallarda da göstərilir. Təbii ki, hər filmin zəif və güclü tərəfləri var. Amma ümumilikdə, müstəqil büdcə ilə çəkilmiş filmləri reallıqdan çıxış etsək, qənaətbəxş, yaxşı hesab edirəm. Amma bu mövzuda məsuliyyət - yəni daha yüksəkkeyfiyyətli filmlər çəkmək sözsüz ki, əlaqədar rəsmi qurumların üzərinə düşür. Lakin hələ ki, ortada nəticə yoxdur".


Kino strategiyası doğru və savadlı qurulmalıdır


Kinotənqidçinin fikrincə, Zəfərimizlə bağlı hələ dünya səviyyəli filmlərimizin çəkilməməsinin müəyyən səbəbləri var: "Bunun üçün hər şeydən öncə intensiv istehsalat olmalıdır. İstehsalat prosesi intensiv olanda, rejissor da, ssenarist də, operator da, rəssam da, prodüser də daha çox təcrübə toplayır. Təcrübə topladıqca keyfiyyətli işlər də meydana gəlir. Ümumiyyətlə, yaxşı filmin ortaya çıxmasında yalnız bir faktor rol oynamır. Bura təhsil, tədris, maliyyə, düzgün kino siyasəti, ədəbiyyatla kinematoqrafiya arasında əlaqələrin qurulması və sair daxildir". 

Sevda Sultanova əlavə etdi ki, bizim rejissor, ssenarist, aktyor və digər kino peşələrində də yaxşı potensialımız var. Sadəcə, bu potensialın realizəsi üçün kino strategiyası doğru və savadlı qurulmalıdır: "Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il ssenari müsabiqələri keçirir. Bir neçə ssenari müsabiqəsinin mövzusu Qarabağla bağlı olub. Qalib gəlmiş ssenarilər indiyədək ekranlaşdırılmayıb. Başlıca səbəblərindən biri bayaq dediyim, kino siyasəti məsələsi, həmçinin kinoya məsul məmurların yaradıcı insanlarla, yaradıcı qurumlarla koordinasiyanı qura bilməməsidir. Bundan başqa, kino ilə bağlı bəzi hüquqi məsələlər də tənizmlənməlidir". 

Kinotənqidçi vurğuladı ki, dövlət rəhbərliyi tərəfindən kinoya həmişə xüsusi diqqət olub, yaxşı maliyyə ayrılıb, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" qəbul edilib: "Sadəcə, xüsusən keçmiş məmurlar bu etimadı doğrultmayıb, vəsaiti səmərəsiz xərcləyib və dövlət proqramını həyata keçirməyiblər".  

Reallıqdır ki, məğlubiyyətimizi göstərən "Fəryad" filmi səviyyəsində Zəfərimizi əks etdirən bədii filmlərimiz hələ də çəkilməyib. Düzdür, indiyə qədər Vətən müharibəsindən bəhs edən bəzi filmlər çəkilib, müəyyən işlər ortaya qoyulub, amma etiraf etməliyik ki, onlara yeddidən yetmişə hər kəsin baxdığı, bəyəndiyi və dünya səviyyəli, unudulmaz filmlər deyə bilmirik. Səbəblər isə araşdırmamızdan da bəlli olduğu kimi, müxtəlifdir...  

Ümid edirik ki, bütün bu problemlər tezliklə aşılacaq və nəhayət, Azərbaycan tamaşaçısı Zəfərimizi olduğu kimi tərənnüm edən dünya miqyaslı filmə, filmlərə baxa biləcək.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

17:55
17 İyun

Daha bir şirkət beyin implantı hazırlayıb

17:20
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib

17:19
17 İyun

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib 

17:18
17 İyun

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

16:59
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

16:54
17 İyun

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

16:52
17 İyun

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

16:50
17 İyun

Komitə: Əhalinin gəlirləri artıb

16:49
17 İyun

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

16:48
17 İyun

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

16:47
17 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:46
17 İyun

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib  

16:45
17 İyun

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

16:45
17 İyun

Azərbaycanda qızıl istehsalı 64 faiz artıb

16:44
17 İyun

“ADA” Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır

16:37
17 İyun

Cari ildə Azərbaycanın neft-qaz sektoruna 2 milyard manat investisiya qoyulub

16:30
17 İyun

Bu ilin 5 ayında hər bir istehlakçının orta hesabla ayda xərclədiyi vəsait 586 manatı ötüb

16:30
17 İyun

Neft-qaz sektorunda 16 milyard manata yaxın ÜDM istehsal olunub

16:29
17 İyun

Beş ayda ölkədə 50 milyard manatlıq ÜDM istehsal olunub

16:28
17 İyun

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 milyard kubmetrdən çox təbii qaz ötürülüb

16:27
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!