28 Oktyabr 2025 09:05
794
Mədəniyyət
A- A+
Nəğməkar şair, etibarlı dost, səmimi insan

Nəğməkar şair, etibarlı dost, səmimi insan


Çox böyük hikmət sahibləri müdrikcəsinə deyiblər ki, şairlərin, yaradıcı insanların yaşı olmur. Çünki onlar ölümlərindən sonra əsərlərində yaşayırlar, insanların qəlbində, ürəyində məskən salırlar, bütün dövrlərdə yad edilirlər, xatırlanırlar, unudulmurlar. Sanki ölümlərindən sonra onların ikinci - əbədi həyatları başlayır. 

Ölkənin ədəbi-mədəni ictimaiyyəti bu günlər ötən əsrin 60-cı illərində ədəbiyyata gəlmiş, poetik yaradıcılığı ilə yanaşı, mətbuatda, həmkarlar orqanlarında və bir sıra məsul vəzifələrdə çalışmış istedadlı şair, tərcüməçi, jurnalist, ictimai xadim, Əməkdar incəsənət xadimi Həmid Abbasın 90 illik yubileyini qeyd edir.  Həmid Abbas sadə bir ömür yaşayıb. Elə sadəliyi, səmimiliyi ilə də ürəklərə, qəlblərə köçüb. Qələmindən bir-birindən dəyərli əsərlər çıxıb, neçə-neçə kitabları nəşr olunub. Şairin yazdığı əsərlər ondan xalqımıza, ədəbiyyatımıza qalan mənəvi bir sərvətdir, dəyərli və qiymətli yadigardır. Sevimli şairimiz Səməd Vurğun çox gözəl yazıb: "De gəlsin hər nəyin vardır, deyilən söz yadigardır". Şair Həmid Abbasın da yazdıqları xalqımız üçün əvəzsiz yadigardır. 

Daim xatirələrdə yaşayan şairin ömür kitabını vərəqləyəndə öyrəndik ki, Həmid Məmmədəli oğlu Abbasov 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində dünyaya göz açıb. Şəhərdəki 22 nömrəli dəmiryol məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub və 1958-ci ildə oranı bitirərək "Azərinform"da tərcüməçi köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonralar həmin təşkilatda ədəbi işçi, səyyar müxbir, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru, müxbirlər şəbəkəsinə rəhbərlik şöbəsinin böyük redaktoru vəzifələrində çalışıb. 

Həmid Abbas ədəbiyyata ötən əsrin 50-ci illərində gəlib.  İlk dəfə 1957-ci ildə "Dilican" adlı şeiri dərc edilib. Həmid Abbas bu şeiri ilə böyük ədəbiyyata kiçik cığır açıb, keçəcəyi yolları imzalayıb. Daha sonra "Gəncliyin səsi" adlı ədəbi külliyyatda və müxtəlif mətbuat orqanlarında şeirləri dərc olunub. Elə işıq üzü görən bu şeirləri ilə oxucular tərəfindən sevilib, bəyənilib.

Əsərləri bu gün də maraqla oxunan Həmid Abbas istedadlı şair idi. 200-dən çox şeirinə mahnı bəstələnməsi onun əsərlərinə oxucu sevgisindən, bəstəçi marağından xəbər verir. Buna görə də unudulmaz alim, görkəmli ədəbiyyatşünas Qulu Xəlilli onun "Ürəyə toxunma" kitabına yazdığı ön sözü "Nəğməkar şair" adlandırmışdı. Tənqidçi yazırdı ki, Həmid Abbasov şeirlərində həyatımızın ən işıqlı tərəflərini, adamlarımızın zərif və incə duyğularını, arzu və istəklərini, qurub-yaratmaq həvəsini, övlad, ata-ana məhəbbətini qələmə almışdır. Şair nəğmələrində adamlarımızın ağlını, zəkasını, zəhmətini, təbiətin füsunkar gözəlliklərini ilham və məhəbbətlə qovuşdurub tərənnüm etmişdir. Xalq yazıçısı Əzizə Cəfərzadə də "Ədəbiyyat və İncəsənət" qəzetində dərc etdirdiyi məqaləsində nəğmələr şairi kimi Həmid Abbasın yaradıcılığına yüksək dəyər vermişdir. 

Şair respublikamızın qazandığı uğurlardan bəhs edən "Nəğməli Azərbaycan", qüdrətli Xalq şairi Səməd Vurğuna həsr edilən "Zirvədə" poemalarında da insanların əməyini, nəcib arzularını, xeyirxah əməllərini bacarıqla əks etdirmişdir. Onun şeirlərindəki məna böyüklüyü şairin təfəkkürünün zənginliyindən, genişliyindən  xəbər verirdi.

Həmid Abbas Vətəninə, torpağına, millətinə, dövlətinə bağlı qeyrətli bir vətəndaş, son dərəcə sədaqətli  və səmimi bir insan idi. O həm də etibarlı dost, qayğıkeş ata, vəfalı ömür-gün yoldaşı idi. Həyat yoldaşı Solmaz xanım dünyasını dəyişəndən sonra qohumlar, dostlar, tanışlar, yaxın adamlar ona yenidən ailə qurmağı təklif edəndə gözləri dolmuş və kədərli səslə "Ailə bir dəfə qurular" demişdi. Üstündən  illər keçməsinə baxmayaraq, şairin həyat yoldaşının xatirəsinə həsr etdiyi həzin, qəm yüklü misraları həyəcansız oxumaq olmur. "Dirilə biləydin bircə anlığa", "Solmazıma vurğunam", "Qaldı", "Süzülür kağıza ürək sözlərim", "Gözüm səni axtarır", "Nağıl deyən vaxtı nağıla döndü", "8 Mart", "Əlimdə gül, gözümdə yaş" və onlarca başqa şeirləri ömür-gün yoldaşına həsr etdiyi əsl sədaqət nümunələridir. Bu şeirlər sevib-sevilən insanlar üçün əvəzsiz örnəkdir.

Ali partiya təhsili alandan sonra Həmid Abbas 1970-1981-ci illərdə Azərbaycan KP MK-da məsul vəzifədə işləmişdir. 18 il Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində çalışmışdır. Onun xidmətləri "Şərəf nişanı" ordeni və müxtəlif medallarla qiymətləndirilmişdir. Həmid Abbas ölkəmizin ictimai həyatında fəal iştirak etməklə yanaşı, həm də tərcüməçi, jurnalist və vətənpərvər bir şəxsiyyət idi. 

Şair ilk şeir kitabına "Tarla qızları" adı vermişdi. Sonrakı illərdə Həmid Abbasın "Ömrün elə çağıdır ki..." "Ürəyə toxunma", "Günahım olsa", "Dinlədi nəğməmi sirdaşım mənim", "Nər igidlər, alov saçın", "Şuşa həsrəti, türk həqiqəti", "Gözüm səni axtarır" və digər kitabları işıq üzü görmüşdür. Bir-birinin ardınca nəşr olunan bu kitablar şairə böyük şöhrət qazandırmışdır. 

Həmid Abbas şeirlərində insanların ağlını, zəkasını, zəhmətini, təbiətin füsunkar gözəlliklərini böyük sevgi və məhəbbətlə tərənnüm edir. Şairin daha çox oxunan və sevilən şeirlərindən biri də "Dayanın bircə an, dayanın barı"dır. Şeiri oxuduqca həyatımızın gözəl günləri, anları gözlərimiz qarşısında canlanır. O günlər, o anlar üçün çox darıxırıq, o çağlara qayıtmaq istəyirik.  


Dayanın bircə an, dayanın barı,

Ey, mənim ömrümün gözəl anları.

Tezcə xəyal olub uzaqlaşmayın,

Dayanın, keçmişlə qucaqlaşmayın.


Mən necə sevindim, necə ağladım?!

Necə ürək açdım, könül bağladım?

Sizsiniz şahidi, danışın aylar,

Ey, axan bulaqlar, kükrəyən çaylar.


Şərəfli ömür yaşamış Həmid Abbas 1969-cu ildən Æurnalistlər, 1983-cü ildən Azərbaycan Yazıçılar birliklərinin üzvü idi. O, 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülmüşdü. Şair Həmid Abbas 1999-cu il noyabrın 19-da vəfat etmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!