19 Oktyabr 2026 11:31
218
CƏMİYYƏT
A- A+
Neftçalada “Şəhərsalma və Memarlıq İli” şərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib  

Neftçalada “Şəhərsalma və Memarlıq İli” şərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib  


Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Xıllı qəsəbəsində ətraf yaşayış məntəqələrinin inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul şəxslərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində qanunvericiliyin tətbiqi və dayanıqlı inkişaf prinsipləri” mövzusunda  növbəti ictimai maarifləndirici tədbir keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Burcalı Ağayev Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətinin əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri, Dövlət Şəhərsalma Normaları və Qaydaları, Ekoloji və Enerji Səmərəliliyi Normaları ilə tənzimlənməsi, müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın əsas prinsipləri olan Ekoloji Dayanıqlılıq (Yaşıl Artım), Su İdarəçiliyi, Polisentrik Şəhər Modeli və Kompaktlılıq, Sosial Bərabərlik və İnklüzivlik,  İqtisadi Səmərəlilik və Rəqəmsallaşma, Mədəni İrsin Qorunması barədə geniş məruzə edərək yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

RİH-in sektor müdiri Dilavər Əliyev isə çıxışında Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin qaydaları, məcəllənin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırıb.

Sonra RİH-in Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verib. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə və barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1; 395.1-2-ci bəndi ictimaiyyət nümayəndələrinə şərh edilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul əməkdaşı  Faiq Kazımzadə çıxışında ərazilərdə qanunsuz, özbaşına tikililərin aparılması və bunun qarşısının alınması istiqamətində həyata keçirilən inzibati tədbirlər barədə ətraflı məlumat verərək sakinlərin daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmadan qanunazidd əməllər törədərsə, tikinti işlərinin aparılmasına qarşı nəzarətinin gücləndirilməsini diqqətə çatdırıb.

İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb. 


Seyran CAVADOV,

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında  

12:19
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında  

12:14
19 Oktyabr

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında  

12:13
19 Oktyabr

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında  

12:12
19 Oktyabr

Alimlər xərçənglə mübarizədə immun hüceyrələrinin gücünü artırmağın yolunu tapıblar  

12:10
19 Oktyabr

Üç rübdə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 13 faiz artıb  

11:32
19 Oktyabr

Neftçalada “Şəhərsalma və Memarlıq İli” şərçivəsində ictimai maarifləndirmə tədbiri keçirilib  

11:31
19 Oktyabr

Gəncədə YAP-ın VIII qurultayında Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə olunub  

11:30
19 Oktyabr

Gəncədə mülki şəhidlərin xatirəsi yad edilib  

11:19
19 Oktyabr

Ötən həftənin iqtisadi icmalı  

11:12
19 Oktyabr

Körfəzdən neft daşınması gündəlik 8,5 milyon barelə enib

11:10
19 Oktyabr

Bu il ixraca göndərilən neft məhsullarının həcmi 52 faizdən çox artıb  

11:08
19 Oktyabr

Bu il Azərbaycandan Ermənistana ixrac olunan malın dəyəri 23 milyon dolları ötüb  

11:07
19 Oktyabr

İrpen şəhəri raketlə vurulub, dağıntılar var

11:07
19 Oktyabr

Makron: “Heç kim cəzasız qalmayacaq!”

10:59
19 Oktyabr

Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

10:26
19 Oktyabr

Kiyev şəhəri ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:55
19 Oktyabr

Hərbi prokuror Bəhruz Əhmədov Laçın rayonunda hərbi qulluqçularla görüşüb  

09:48
19 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!