03 Oktyabr 2025 12:39
434
CƏMİYYƏT
A- A+
NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub 

NDU-da Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub 


Oktyabrın 1-də Naxçıvan Dövlət Universitetində (NDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Universitetin birgə təşəbbüsü ilə Naxçıvan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.  

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “İnnovativ texnologiyalar” adlı videoçarx nümayiş olunub.  

Tədbirdə  rəsmi qurumların, ölkə ali təhsil müəssisələrinin, Türkiyə universitetlərinin rəhbər heyəti və nümayəndələr, ziyalılar, universitetin müəllim-tələbə heyəti və digər dəvətlilər iştirak ediblər.

Tədbiri açıq elan edən NDU-nun rektoru Elbrus İsayev ölkədə təhsil siyasətinin uğurlu icrasından, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və innovativ layihələrdən söz açıb. O, Naxçıvan İnnovasiya Mərkəzini təhsilalanların yenilikçi ideyalarının reallaşdırılmasında müasir texnologiyaların və tədris metodlarının tətbiqi baxımından dövrün tələbi, inkişaf meyarı olaraq dəyərləndirib. Eləcə də, Mərkəzin yalnız NDU üçün deyil, ümumilikdə region üçün innovativ yanaşma potensialına təkan verəcəyini əlavə edib. Rektor son dörd il ərzində ali təhsil ocağının startap uğurlarını xatırladıb: “2021-ci ildə I Startap müsabiqəsi, 2022-ci ildə “İdeyadan Biznesə”, 2023-cü ildə ASAN Xidmət “Ekoloji Hakaton”, Robotex International, Enactus Milli Çempionatı, StartupFest Naxçıvan, 2024-cü ildə AgroChat startapı “INMerge Innovation Summit”də iştirak, IDDA Awards-da “İlin Kəşfi” nominasiyası, 2025-ci ildə   Innostart Grand Final (Bakı), İstanbul Bilişim Vadisi və digər bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan qalibliklər regional ekosistemdə NDU-nun rolunu gücləndirib” –deyə E.İsayev vurğulayıb.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında ekosistemi sürətlə inkişaf edən ölkələrdə innovasiya məkanlarının aparıcı rol oynadığını ifadə edib.  Bildirib ki, “Azərbaycanın rəqəmsal gələcəyini qururuq” devizi ilə fəaliyyətimiz çərçivəsində bu gün ölkədə artıq üçüncü innovasiya mərkəzinin açılışını etdiyimiz Naxçıvan İnnovasiya Mərkəzi genişlənən innovasiya şəbəkəsinin növbəti mərhələsidir. Bu mərkəz həm də Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfədir ki, Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayıb. O, həmçinin bildirib ki, bu mərkəzlər təkcə binalar və laboratoriyalar deyil, ideyaların yarandığı, biliklərin paylaşıldığı və innovasiya mədəniyyətinin formalaşdığı məkanlardır. Fərid Osmanov: “Əməkdaşlıq bu mərkəzin əsas istiqamətlərindən biri olacaq. Universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEAM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsində yer alacaq”- deyə qeyd edib.

Açılış mərasimində çıxış edən Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, Naxçıvan İnnovasiya Mərkəzi dövlətimiz tərəfindən ölkəmizdə innovativ yeniliklərin tətbiqi yönündə uğurlu fəaliyyətlərin davamıdır və bura müxtəlif innovasiyayönümlü layihələr həyata keçirilməsində texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.

Sonra Ərzurum Texnik Universitetinin prorektoru Ceren Sultan Elmalı, Bakı Mühəndislik Universitetinin prorektoru Ağası Məlikov, İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev, İstanbul Cerrahpaşa Universitetinin professoru Aysel Ersoy, NDU-nun İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli,  Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) sədri İlhamə Cəfərli çıxış ediblər.  Natiqlər innovasiya məkanlarının yaradılmasının innovativ təfəkkürlü yeni nəsil yetişdirmək yönündə mühüm və özünəməxsus önəm daşıdığını qeyd ediblər.

Çıxışlar dinlənildikdən sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb, sonda xatirə fotosu çəkdirilib.

Mərkəzin açılış mərasimindən sonra 1-2 oktyabr tarixlərini əhatə edəcək  “İnnovasiya və davamlı inkişaf yeni ideyalar və həllər” mövzusunda I Beynəlxalq Elmi konfrans öz işinə başlayıb.

Qeyd edək ki, konfrans 6 bölmədə 28 panel olaraq işini davam etdirəcək. Konfransa 500-dən çox müraciət daxil olub,  413 iştirakçının tezisi şifahi təqdimat üçün qəbul olunub ki, beləliklə 11-i xarici olmaqla 71 müəssisədən məruzəçi konfransda çıxış edəcək. Bölmə iclaslarında Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən 61 müəssisədən məruzəçilər dinləniləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!