26 Yanvar 2026 13:44
436
SİYASƏT
A- A+
 Sülh Şurasına üzvlük Azərbaycanın artan strateji rolunun göstəricisidir

 Sülh Şurasına üzvlük Azərbaycanın artan strateji rolunun göstəricisidir


Son zamanlar Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir. Əlbəttə, dünyanın supergüc dövləti olan ABŞ-la münasibətlərin genişlənməsi məmnunluq doğurur. ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında yüksək fikirlər söyləyib. Bu fakt dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir.

Donal Tramp fevral ayında vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfər edəcəyini bəyan edib. Səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır. Bu, çox müsbət haldır. Müstəqillik tariximizdə ilk dəfədir ki, ABŞ-dan ən yüksək ranqlı rəsmi şəxs Azərbaycana gələcək. əlbəttə, bu, təsadüfi sayıla bilməz.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla-ABŞ arasında münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən iki faktı xüsusi qeyd edə bilərik. Bunlardan biri Ağ Evdə  “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədin imzalanması və artıq tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqləyir ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır.

İkinci mühüm məqam isə “Azadlığa Dəstək Aktı”na  907-ci düzəlişin fəaliyyətinin D.Tramp tərəfindən dayandırılmasıdır. Hazırda hər iki tərəf bu bədnam düzəlişin tamamilə ləğv edilməsi istiqamətində fəal iş aparır.

Bundan əlavə, 8 avqustda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasında da cənab Trampın vasitəçiliyi mühüm rol oynayıb.

Davos Forumunda Prezident İlham Əliyevlə Donald Tramp arasında görüş olub. Görüşdə Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ənənəvi olaraq beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ tərəfdaşlığının səciyyəvi cəhətlərini təşkil edib.

Digər vacib məqam isə Azərbaycanın Sülh Şurasında təmsil olunmasıdır. Rəsmi Bakının ABŞ Prezidentinin dəvəti ilə Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq göstəricisidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır.

Bildirildiyi kimi, cənab Vensin səfərində TRIPP layihəsi də xüsusi diqqət mərkəzində olacaq. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki Zəngəzur dəhlizi mühüm ticarət qovşağı olmaqla yanaşı regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bütövlükdə, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmizin bu siyasəti Donald Trampın sülh çağırışları ilə üst-üstə düşür. Ona görə də, cənab Vensin ölkəmizə səfərini Azərbaycan Prezidentinin şəxsi nüfuzu, eləcə də regionda yaratdığı yeni reallıqların təsdiqi kimi dəyərləndirə bilərik.


Samir Vəliyev,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!