27 İyul 2025 08:41
758
İQTİSADİYYAT
A- A+
 Risk həyatın bir parçasıdır

 Risk həyatın bir parçasıdır


Ondan qorunmağın yolu isə sığortadır


Hər gün qarşılaşdığımız avtomobil qəzaları, yanğınlar, təbii fəlakətlər və digər gözlənilməz risklər maddi və mənəvi zərərə səbəb olur. Bu  hallarda qoruyucu bir mexanizmə ehtiyac duyulması mütləqdir. Qeyri-həyat sığortası məhz bu ehtiyacdan yaranan və fərqli sahələr üzrə maddi təhlükəsizliyi təmin edən vacib sığorta növüdür. 

Qeyri-həyat sığortası insanın ölümü və ya həyatı ilə bağlı olmayan, yəni başqa sahələrdə baş verə biləcək risklər nəticəsində yaranan maddi zərərləri qarşılayır. Bu kateqoriyaya əmlak, avtomobil, məsuliyyət (bir şəxsin başqasına vurduğu zərər) və digər obyektlərə dair sığorta məhsulları daxildir. Məqsəd hadisə baş verdikdə maliyyə itkilərinin qarşısını almaq və ya onların təsirini minimuma endirməkdir.  Bu sığorta növü ilk baxışdan sadə görünsə də, əslində gündəlik həyatımızın bir çox sahəsinə toxunan geniş imkanlar təqdim edir. Bəzən itkilərin altından təkbaşına çıxmaq çox çətin olur. Bu zaman həmin çətinliyi qeyri-həyat sığortası "boynuna götürərək" insanın arxasında dayanan güclü dayaq rolunu oynayır. 

Hazırda ən çox istifadə olunan qeyri-həyat sığorta növlərindən biri avtonəqliyyat vasitələrinin sığortasıdır. Bu, kasko və ya icbari sığorta formasında tətbiq olunur. Kasko könüllü xarakter daşıyır və avtomobilə dəyən ziyanın tam və ya qismən ödənməsini təmin edir. İcbari sığorta isə qanunla tənzimlənir və digər şəxslərə vurulan zərərin ödənilməsi üçün nəzərdə tutulur. Bundan əlavə, əmlak sığortası da geniş yayılan və getdikcə daha çox insan tərəfindən seçilən bir təminat növüdür. Sağlamlıq və tibbi xərclərin sığortası da xüsusilə son illər aktuallaşan sahələrdəndir. 

Daha spesifik sahələr üçün nəzərdə tutulan digər qeyri-həyat sığorta növləri də mövcuddur. Məsələn, yük sığortası  daşımalar  zamanı malların itməsi, zədələnməsi və ya oğurlanması kimi hallara qarşı təminat verir. Səyahət sığortası ölkə xaricinə gedərkən səhhət problemləri, ləğv olunmuş uçuşlar və digər risklərə qarşı müdafiə vasitəsidir. Kənd təsərrüfatı sığortası isə fermerlərin məhsullarını, texnikasını və heyvanlarını təbii fəlakətlər və xəstəliklərə qarşı qorumağa yönəlmiş mühüm bir alətdir. Bütün bu dediklərimizi bir cümlə ilə belə ifadə edə bilərik: sığorta  kiçik məbləğ ödəməklə (sığorta haqqı), böyük maliyyə zərərlərindən qorunmaq deməkdir.

Sığortanın tarixi çox qədimdir və min illər əvvələ gedib çıxır -  təqribən e.ə. 1750-ci illərə. O dövrdə Babilistanda Hammurabi qanunlarında sığorta prinsipinə bənzər maddələr mövcud olub. Çinlilər su yolu ilə daşınan malları müxtəlif qayıqlarla daşıyaraq risk alıblar. Hindlilər isə kənd təsərrüfatı ilə bağlı məhsul itkisinə qarşı cəmiyyət daxilində dəstək sistemi qurublar. Antik  Roma dövründə dəfn sığortası olub,  insanlar pul yığaraq ölümlə bağlı xərcləri bölüşüblər. 

Müasir sığortanın əsası isə XIV əsrdə İtaliyada qoyulub. 1347-ci ildə Genuyada ilk yazılı dəniz sığortası müqaviləsi bağlanıb. Sənəd ticarət gəmilərini və yükləri dəniz təhlükələrinə qarşı sığortalayırdı. Bu rəsmiyyət  forması daha sonra İngiltərədə həyata keçirilib. Nəticədə "əmlak və yanğın sığortası" anlayışı inkişaf etməyə başlayıb. Artıq insanlar əmlaklarını qorumağın yalnız fiziki yox, həm də maliyyə mexanizmləri ilə mümkün olduğunu dərk ediblər və  "Lloyd's of London" adlı sığorta şirkətini dövriyyəyə buraxıblar. 

Azərbaycana gəlincə, onu deyə bilərik ki, sığorta xidməti ölkəmizdə XIX əsrin sonlarından başlayaraq inkişaf edib. Zaman keçdikcə, sosial-iqtisadi dəyişikliklər və texnoloji inkişaf sığorta bazarının da çevik şəkildə transformasiyasını şərtləndirib. Müstəqillik əldə olunduqdan sonra Azərbaycanda sığorta sektorunda yeni mərhələyə keçid baş verdi. 1990-cı illərdən etibarən sığorta bazarının hüquqi və institusional əsasları formalaşdı. Müvafiq qanunvericilik aktları qəbul olundu, yeni sığorta şirkətləri yaradıldı və beynəlxalq təcrübəyə əsaslanan idarəetmə mexanizmləri tətbiq olunmağa başladı. Bu proses həm dövlətin, həm də vətəndaşların sığortaya olan münasibətində keyfiyyət dəyişikliyi yaratdı.

Bu gün Azərbaycanda sığorta artıq yalnız dövlət və böyük şirkətlərin maraq dairəsində deyil, həm də fərdi vətəndaşların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Hazırda  ölkədə 20-dən çox  qeyri-həyat sığorta şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, həmin şirkətlərin fəaliyyəti Mərkəzi Bank tərəfindən tənzimlənir və lizenziyalaşır. Sığorta sahəsində həyata keçirilən dövlət islahatları, normativ-hüquqi bazanın gücləndirilməsi və maliyyə savadlılığının yüksəlməsi sektorda ümumi canlanmaya səbəb olmuşdur. Bu dinamika ən çox qeyri-həyat sığortası istiqamətində özünü göstərir. Qeyri-həyat sığorta bazarının inkişafı təkcə xidmət çeşidlərinin artmasında deyil, həm də sığorta haqlarının həcminin ildən-ilə yüksəlməsində özünü göstərir. Rəsmi statistika bu tendensiyanı təsdiqləyir. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 177,578 milyon manat olub. Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 12,6 milyon manat və ya 7,6 faiz çoxdur. Eyni zamanda qeyd olunan 6 ayda qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 54,282 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,9 milyon manat və ya 5,6 faiz çoxdur.  Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyon manat və ya 12,7 faiz çoxdur. 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyon manat və ya 21,4 faiz  artım deməkdir.

Sığorta bazarının davamlı inkişafı, yeni məhsulların tətbiqi və rəqəmsallaşma qeyri-həyat sığortasında da yeni imkanlar yaradır. Əsas məsələ bu imkanlardan düzgün və vaxtında istifadə edə bilməkdir. Unutmayaq: risklər həyatın bir parçasıdır. Amma bu riskləri sığortalamaq gələcəyə inamla baxmağın ilk addımıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!