26 İyul 2025 08:07
697
SİYASƏT
A- A+
  "Vaşinqton bataqlığı"nın təmsilçiləri sülhü hədəf alıb

  "Vaşinqton bataqlığı"nın təmsilçiləri sülhü hədəf alıb


Ancaq onların bu istəkləri də gözlərində qalacaq


1992-ci ildə "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. Həmin vaxt ermənipərəst ABŞ konqresmenlərinin əli ilə qəbul olunan bu ədalətsiz qərar yurdundan zorla didərgin salınan, suya, çörəyə möhtac, acınacaqlı vəziyyətdə vaqonlarda, çadır düşərgələrində, yataqxanalarda yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlının həyatına göstərilən amansız laqeydliyin, biganəliyin ən ikrahedici təzahürü idi. 

Üzərindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günün özündə də ABŞ-nin erməni lobbisinin əsirinə çevrilən bəzi siyasətçiləri Azərbaycana qarşı qərəzlərindən hələ də əl çəkməyiblər. Bu günlər 87 konqresmenin ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağıq Qarabağa" qayıtmasına  dəstək verilməsinə çağırmaları bunun bariz göstəricisidir. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar.

Təbii ki, həmin qərəzli müraciətin məhz Azərbaycan ilə Ermənistan arasında sülhə yaxın indiki həssas məqamda edilməsi bunun arxasında başqa mətləblər olduğundan xəbər verir. Məlumdur ki, iyulun 10-da Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində bir araya gələrək ikitərəfli danışıqlar aparıblar. Heç bir vasitəçi olmadan keçirilən və sülh gündəliyinin irəliləməsi baxımından mühüm əhəmiyyətə malik olan görüş zamanı iki ölkə arasında sülh prosesi istiqamətində müzakirələr aparılıb və bunun davam etdirilməsi üçün razılaşmalar əldə edilib.  Ardınca beynəlxalq birlik də sülh prosesi ilə əlaqədar əldə olunan müsbət irəliləyişlərlə bağlı dəstəyini bildirib. Əbu-Dabidə iki ölkə liderlərinin görüşündən sonra ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağına inandığını açıqlayıb. 

Bölgədə normallaşmaya nail olunması üçün mövcud maneələrin bir-bir aradan qaldırılmasını görən və sülh sənədinin imzalanmasına elə də çox zaman qalmadığını anlayan ermənipərəst ABŞ konqresmenləri belə bir həssas məqamda əllərində olan təzyiq rıçaqlarını yenidən işə salıblar. Onsuz da  Azərbaycana qarşı qərəzi olan, eyni zamanda erməni lobbisinin pulla ələ aldığı rüşvətxor xarici qurum və siyasətçilər  Qarabağdan könüllü köçən erməniəsilli sakinlərdən özlərinin çirkin əməlləri üçün bir alət kimi vaxtaşırı istifadə edirdilər. Bu dəfə də ABŞ konqresmenleri həmin "rəqs"ə oynayırlar. 

Əslində, Qarabağda yaşayan erməniəsilli sakinlərin yaşamı, həyatı üçün heç bir risk olmadığı halda kütləvi şəkildə Ermənistana köç etmələri aydın göstərirdi ki, bu bir quramadır və gələcəkdə Azərbaycana qarşı təzyiq, təsir kartı kimi istifadə üçün planlaşdırılıb. İndi biz bu məkrli planın işə salındığını görürük. Ancaq reallıqlar tam fərqlidir. Fərq də bundan ibarətdir ki, Ermənistan tərəfindən yüzminlərlə azərbaycanlının fundamental hüquqları pozulub. Təcavüzkar ölkənin apardığı etnik təmizləmə siyasəti nəticəsində 1980-ci illərin sonlarında 300 min azərbaycanlı ata-baba yurdundan didərgin salınıb. Ermənistandan deportasiya edilən soydaşlarımıza qarşı görünməmiş qəddarlıqlar törədilib. Bu gün də qərbi azərbaycanlıların qayıdış hüququ təmin olunmayıb. Eyni zamanda Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı həyata keçirdiyi işğalçı müharibə yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirmişdi. Həmin vaxt Ermənistan dinc sakinlərimizə qarşı qətliam həyata keçirmiş, insanlarımızı kütləvi məzarlıqlarda basdırmışdır. Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar bunları sübut edir. Riyakar konqresmenlər isə azərbaycanlıların pozulmuş hüquqlarından indiyə qədər bir dəfə də olsun danışmağı lazım bilməyiblər. 

Digər yandan, sözügedən qərəzli konqresmenləri rahatsız edən əsas məsələlərdən biri də Azərbaycan və ABŞ arasında münasibətlərin müsbət istiqamətdə dinamik inkişafıdır. İki ölkə liderləri - Donald Tramp və İlham Əliyev arasındakı şəxsi səmimi münasibətlərdən bəhrələnərək inkişaf edən bu əlaqələr gündən-günə möhkəmlənir. D.Trampın Azərbaycanın sülh səylərinə xüsusi dəstəyi də diqqətdən yayınmır. 

Ümumiyyətlə, bəzi riyakar ABŞ siyasətçilərinin Vaşinqtonla digər ölkələrin arasında gərginlik formalaşdırdığı məlum həqiqətdir. O cümlədən Trampa etimadı zəiflətmək cəhdlərinin arxasında həm də indiyədək erməni diasporundan alınan pullar hesabına qeyri-şəffaf korrupsiya sxemləri qurmuş konqresmenlərin ifşa olunmaq qorxusu da məlumdur. B.Menendez korrupsiya və rüşvətxorluğa görə ittiham olunaraq həbs edilib, Adam Şiffi də eyni aqibət gözləyir. Keçən ilin payızında A.Şiffi ABŞ üçün daxili təhlükə adlandıran Tramp bu yaxınlarda onu oğru adlandırıb və vergi fırıldaqçılığında ittiham edib.

İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulamışdır ki, ABŞ lideri beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır: "Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun". Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşıb. Beləliklə, ABŞ və Azərbaycan arasında müşahidə edilən bu münasibətlərin isə ermənipərəst konqresmenləri qane etməməsi gün kimi ortadadır. 

Məlumat üçün bildirək ki, Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayaraq bildiriblər ki, sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub: "Biz bu cür birtərəfli yanaşmaları rədd edirik. Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar".

Müraciətdə deyilir ki, regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dəki erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atmaları təəssüf doğurur: "Ötən il COP29 tədbiri zamanı Bakıya səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən "Rədd ol!" şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq ölkəni rüsvayçılıqla tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlər ilk növbədə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar". 

QHT-lərin müraciətində qeyd edilir ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar: "İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası "Vaşinqton bataqlığı"nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir".

Bütün hallarda ABŞ-dəki erməni lobbisinin bölgədə barışı hədəf alan planları bu dəfə də suya düşəcək. Bu lobbiyə rəhbərlik edənlər isə öz layiqli cəzalarına çatacaqlar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!