30 İyul 2025 09:22
410
İQTİSADİYYAT
A- A+
   Müasir texnologiyalar imkan verir ki...

   Müasir texnologiyalar imkan verir ki...


istehsal prosesində Ətraf mühit Çirklənməsin

  

Gələcək nəsillər bəlkə də heç təsəvvür edə bilməyəcək ki, Bakıda Qara şəhər adlı bir yer olub. Çünki tüstülü, mazutlu Qara şəhər indi Ağ şəhərə çevrilib. Bir zamanlar Balaxanı zibilxanası daim yanır, tüstü buraxırdı və şəhəri elə bil böyük, tutqun bulud bürüyürdü. Ora da təmizləndi, yerində böyük zavod tikildi, poliqon inşa edildi. Daha sonra Olimpiya stadionu istifadəyə verildi, böyük bir park salındı. Yaxınlıqdakı Böyükşor gölü təmizləndi.

  Hələ Sumqayıtı demirik! Bu, sovet dönəmində ekoloji cəhətdən ən çirklənmiş şəhər hesab olunurdu. O vaxt Sumqayıtdan şimal istiqamətində gedən maşınların sərnişinləri havadan zəhərli iy gəldiyi üçün şüşələri bağlayardılar. İndi Sumqayıt həm öz sənaye potensialını qoruyub saxlayan, həm də ekoloji cəhətdən təmiz şəhərdir.

Bunlar ölkəmizdə son onilliklər ərzində ekoloji problemlərin həllinə yönəldilən ardıcıl tədbirlərin nəticəsidir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təbiətin xilası üçün həyata keçirilən çoxsaylı layihələr sayəsində mümkün olub.

Ekologiya ilə mübarizədə Bakıda və Sumqayıtda yerləşən neft-qaz emalı və neft-kimya müəssisələri genişmiqyaslı işlər aparır. Məlumdur ki, neftin və qazın emalı prosesi zamanı ətraf mühitə müxtəlif təsirlərin olması riski mövcuddur. Həmin təsirlərin qarşısının alınması və yumşaldılması işlərə peşəkar mütəxəssislərin cəlb olunmasını, müvafiq ləvazimatların tətbiqini, həmçinin uyğun plan və prosedurların müəyyənləşdirilməsini tələb edir. Bu məqsədlə "SOCAR Downstream Management" (SDM) şirkəti ixtisaslaşmış kadrlar cəlb etməklə ətraf mühitin idarə olunması sistemini qurub. Burada istehsalat fəaliyyətlərinin ekoloji sahədə qəbul edilmiş yerli qanunlara və beynəlxalq standartlara uyğun həyata keçirilməsi prioritet məsələlərdəndir. Şirkətin ətraf mühit komandası bu istiqamətdə ölkə üçün əhəmiyyətli olan bir sıra layihələr reallaşdırıb. Bəzi layihələrin icrası isə davam edir.

Ekoloji baxımdan təmiz nəqliyyatın inkişaf etdirilməsi bu gün qlobal səviyyədə ətraf mühitin qorunması üçün vacib şərtlərdən biridir. Statistik rəqəmlər göstərir ki, ətraf mühitin çirklənməsinin 70-80 faizini məhz avtomobillərin buraxdığı zərərli qazlar təşkil edir. Bu isə ekosistemin sağlamlaşdırılması üçün ilk növbədə yanacağın keyfiyyətinin yaxşılaşdırılmasını zərurətə çevirir.

Bir neçə il əvvəl SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) istehsal olunan neft məhsullarının, xüsusilə benzin və dizelin keyfiyyətinin ən müasir beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinə başlamaqla bu məsələlərə həssas yanaşma nümayiş etdirib.

Bu baxımdan zavodda mühüm tədbirlər həyata keçirilib. Yeri gəlmişkən, burada çirkab suları təmizləyən qurğuların tikintisini də misal gətirmək olar. Müəssisədə aparılan yenidənqurma layihəsinin ikinci mərhələsi dekarbonizasiya texnologiyalarının tətbiqi, şəhərdaxili ekoloji risklərin azaldılması ilə səciyyələnəcək. Layihənin tam həyata keçirilməsi növbəti 15-25 il ərzində ölkəmizin yanacağa olan tələbatını ödəməyə və ixrac potensialını artırmağa imkan verməklə yanaşı, müəssisənin istismar xərclərini optimallaşdıracaq. Təbii ki, bu layihənin ətraf mühitin sağlamlaşdırılmasına xeyli müsbət təsiri olacaq.

Xatırladaq ki, SOCAR-ın dəstəyi ilə zəhərli və zərərli, ekologiyaya mənfi təsir göstərən istehsalatlar ləğv edilib, səmərəli işləyə bilən istehsalat sahələri isə yenidən qurulub. Məsələn, "Azərikimya" İstehsalat Birliyinin əsas istehsalat sahələrinin yerləşdiyi Etilen-Polietilen Zavodunda yeni azot-oksigen kompleksi və müasir tipli soyutma qurğusu tikilib. Bir sıra sahələr əsaslı təmir olunub. Eyni zamanda kimyəvi suları təmizləyən qurğu inşa edilib. Bu, Xəzər dənizinə axıdılan suların təmizlik həddinin maksimal dərəcədə təmin edilməsinə, təmizlənən suların irriqasiya məqsədilə istifadə olunmasına imkan verib. 10 il əvvəl burada butan-butilen fraksiyasının hidrogenləşdirilməsi qurğusu istismara daxil olub.

Karbamid zavodunda isə 2024-2025-ci illərdə bir sıra rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi nəticəsində müəssisə maksimum istehsal gücü ilə fəaliyyət göstərməklə yanaşı, hər ton karbamid üçün sərf olunan təbii qaz miqdarının azalması da təmin ediləcək. Təbii qaz sərfiyyatının azalması isə öz növbəsində atmosferə atılan karbon emissiyalarının azalmasına və zavodun ekoloji cəhətdən daha təmiz müəssisəyə çevrilməsinə şərait yaradacaq.

Metanol Zavodunda da ekoloji problemlərin həll olunması üçün əhəmiyyətli tədbirlər görülüb. Belə ki, istehsalat prosesinin ekoloji cəhətdən təmiz olması, ətraf mühitə zərərli təsirlərin azaldılması məsələsi daim diqqət mərkəzindədir. Zavodda istismar edilən istehsalat və məişət-sanitar tullantı sularının təmizlənməsi qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, tullantıların çeşidlənməsi nəzarətdə saxlanılır. Bir sözlə, bu müəssisədə biznes prosesinin təhlükəsiz idarə edilməsi, aktivlərin bütövlüyü, bütün işlərin və əməliyyatların təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsi sırasında ətraf mühitin mühafizəsi də qarşıya qoyulan başlıca vəzifələrdəndir.

Onu da qeyd edək ki, neft-qaz emalı və neft-kimya müəssisələrinin tikintisində və yenidən qurulmasında da ekoloji tələblərə riayət olunub. Belə ki, "SOCAR Polimer" MMC-nin Polipropilen Zavodunun və Yüksək Sıxlıqlı Polietilen Zavodunun tikintisində ekoloji və sosioloji təsirləri minimuma endirmək üçün beynəlxalq "Ekvator" prinsiplərinə riayət olunub və bu sahədə məşhur Kanada şirkəti "Golder Associates" ilə əməkdaşlıq edilib.

Sadalanan tədbirlər görülmüş işlərin yalnız kiçik bir hissəsidir. Ona görə də qısaca belə demək olar: ölkəmizin neft-qaz emalı və neft-kimya müəssisələrində ətraf mühit məsələləri daim diqqət mərkəzindədir.

 

Flora SADIQLI,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!