17 Sentyabr 2026 15:04
146
CƏMİYYƏT
A- A+
                                Ağdam kəndlisi fəallıq göstərir  

                                Ağdam kəndlisi fəallıq göstərir  


Ağdam rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib.

Tədbir Ağdam rayonunda fəaliyyət göstərən fermer təsərrüfatlarına baxışın keçirilməsi ilə başlanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Əlaqələndirmə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri fermer təsərrüfatlarına gediblər.

Baxış zamanı təsərrüfatların mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi, istehsal imkanları və qarşıya çıxan problemlərlə yerində tanış olunub. Fermerlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə müzakirələr aparılıb.

Daha sonra Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında fermer və sahibkarların, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Proqramının rayonda icrası, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, suvarma məsələləri, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görüləcək işlər müzakirə olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Rayon rəhbəri Ağdamda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin dövriyyəyə cəlb olunması, məhsuldarlığın yüksəldilməsi və fermerlərin qarşılaşdıqları problemlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının 8 iyul 2026-cı il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən rayon ərazisində kənd təsərrüfatı ilə bağlı məsələlərin operativ həlli, fermer və sahibkarların müraciətlərinin aidiyyəti qurumlara yönləndirilməsi və görülən işlərin əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında Dövlət Proqramının kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi, istehsalın və məhsuldarlığın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və aqrar sahibkarlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının 8 iyul 2026-cı il tarixli  sərəncamı ilə təsdiq edilmiş “İş Planı” üzrə görülmüş işlər barədə məlumat verilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib. Qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi müəyyənləşdirilib.

Sonda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, aqrar sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək, kənd təsərrüfatının inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını, Dövlət Proqramının icrasında fəal iştirak edəcəklərini, kənd təsərrüfatının inkişafı və istehsalın artırılması istiqamətində mövcud imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.


Lazım QULİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü qeydə alınıb  

15:46
17 Sentyabr

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNƏCƏK

15:11
17 Sentyabr

Zirədə 100 MVt-lıq günəş elektrik stansiyası tikiləcək  

15:07
17 Sentyabr

Yaponiya 2031-ci ilə qədər 52 min dron almağı planlaşdırır

15:06
17 Sentyabr

                                Ağdam kəndlisi fəallıq göstərir  

15:04
17 Sentyabr

Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası   

15:02
17 Sentyabr

Fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib

15:00
17 Sentyabr

Kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir  

14:54
17 Sentyabr

Deputatlarımız Rusiya Federasiyasında keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər  

14:53
17 Sentyabr

YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib  

14:52
17 Sentyabr

Qlobal kosmos iqtisadiyyatında özəl sektorun rolu sürətlə artaraq rekord səviyyəyə çatıb  

14:45
17 Sentyabr

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNƏCƏK

14:43
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub YENİLƏNƏCƏK

14:42
17 Sentyabr

İcma: Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir  

14:41
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

14:40
17 Sentyabr

Emin Əmrullayev: Fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır  

14:40
17 Sentyabr

Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq  

14:39
17 Sentyabr

Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının genişləndirilməsi razılaşdırılıb  

14:38
17 Sentyabr

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır  

14:37
17 Sentyabr

Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır  

14:36
17 Sentyabr

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib YENİLƏNİB

14:35
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!