02 Oktyabr 2025 16:01
589
İQTİSADİYYAT
A- A+
Nazir Pərviz Şahbazov Astanada bir sıra görüşlər keçirib

Nazir Pərviz Şahbazov Astanada bir sıra görüşlər keçirib


Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.

Nazirlikdən AZƏRTACA bildiriblər ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq, dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4,2 dəfə artaraq 500 milyon dollara çatdığı bildirilib. Birgə Hökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızın inkişafına təkan verən rolu qeyd olunub. Bu xüsusda komissiyanın oktyabrda Bakıda keçirilməsi planlaşdırılan 21-ci iclasına hazırlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin Orta Dəhliz və onun mühüm seqmenti olacaq Zəngəzur dəhlizi üzərindən nəqliyyat əlaqələrinin gücləndirilməsi, yükdaşımaların artırılması istiqamətində perspektivli layihələr və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında əməkdaşlığın inkişafına dair Kompleks Proqram”ın icrası və növbəti mərhələdə davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə görüşdə isə energetika sahəsində əməkdaşlığın gündəliyindəki aktual məsələlər müzakirə edilib. 2023-cü ildən indiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,383 min ton qazax neftinin nəql olunduğu vurğulanıb. Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinin artırılması, SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının cari vəziyyəti dəyərləndirilib. Layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin tenderin nəticələri əsasında noyabrda müəyyənləşəcəyi bildirilib. Nazir Erlan Akkenjenov strateji əhəmiyyətli bu layihəyə ölkəsinin dəstəyini ifadə edib.

Energetika naziri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə də görüşüb. IRENA Şurası və yaşıl enerji keçidi çərçivəsində Agentliklə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın regional əhəmiyyətli layihələri Agentliyin təşəbbüsləri müstəvisində dəyərləndirilib və bərpa olunan enerjinin inkişafının təşviqinə dəstək ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!