08 May 2024 14:44
323
İQTİSADİYYAT
A- A+

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar  

 

Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 65 sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda investorlar üçün münbit şərait yaradılıb.

“Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir. Onlar əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar”, - deyə nazir müavini əlavə edib.

S.Məmmədov qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır: “Bunun nəticəsidir ki, hər iki ölkə nəqliyyat və tranzit sahələrində də əməkdaşlıq edəcək. Orta Dəhlizin fəaliyyəti nəinki Azərbaycanla Bolqarıstanı, eləcə də Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirir. Biz Bolqarıstan şirkətlərini Qarabağın bərpa olunmasında iştirak etməyə dəvət edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video