30 İyul 2025 15:36
531
İQTİSADİYYAT
A- A+
Nazir: Azərbaycan qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəkləyir  

Nazir: Azərbaycan qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəkləyir  

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) işə başlayıb. Tədbirdə təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları, ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Toplantısında çıxış edən Məcnun Məmmədov artan çağırışlar fonunda bəşəriyyətin gələcəyi üçün qida sistemlərinin transformasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İqlim dəyişikliyi və digər qlobal çağırışların aqroərzaq sistemlərinə təhdid yaratdığını deyən nazir vaxtında və koordinasiya olunmuş fəaliyyətin vacib olduğunu, qida sistemlərinin transformasiyasının zəruri olduğunu diqqətə çatdırıb. Nazir Məcnun Məmmədov əlavə edib ki, elm və innovasiya kənd təsərrüfatının transformasiyasının mərkəzində olmalı, aqrar sahədə innovasiya və davamlılığı təşviq etmək üçün birgə layihələr həyata keçirilməli, texnologiya transferi təşəbbüsləri və maraqlı tərəflər arasında ən yaxşı təcrübələrin mübadiləsi təşviq olunmalıdır.

M.Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə iqlim maliyyəsi üzrə tarixdə ilk dəfə mühüm razılığın əldə olunduğunu vurğulayıb. Nazir Məcnun Məmmədov Azərbaycanın qida sistemlərinin transformasiyası istiqamətində qlobal səyləri dəstəklədiyini və bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu qeyd edib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Qida Sistemləri üzrə II Sammiti (UNFSS+4) çərçivəsində Somali, Efiopiya, Ruanda respublikalarının kənd təsərrüfatı nazirləri, eləcə də Konqonun xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso və Afrika İttifaqının Kənd təsərrüfatı komissarı Moses Vilakati ilə görüşüb. Görüşlərdə Afrika dövlətləri ilə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlı sahibkarların Afrika ölkələrində investisiya imkanlarını dəyərləndirməsi, müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq, beynəlxalq təşkilatlar səviyyəsində ölkələrin bir-birini dəstəkləməsi məsələləri müzakirə olunub. Görüş zamanı afrikalı rəsmilər Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar əldə etdiyini, bu sahədə ölkəmizin təcrübəsini öyrənməkdə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Melkassa Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub, sınaq əkin sahələrinə baş çəkib. Bildirilib ki, mərkəzdə aqrar sahədə məhsuldarlığın artırılması, iqlim dəyişikliyinin əkinçiliyə təsiri, zərərvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır və davamlı əkinçilik təcrübələri təşviq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!