13 Avqust 2026 12:57
650
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir

Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir


"Prezident İlham Əliyevin  avqust 11-də Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibə, ölkənin regional inkişaf strategiyasında yeni və sistemli bir mərhələnin anonsu kimi dəyərləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlərin əsas mahiyyəti və şərhi bir neçə mühüm strateji istiqaməti əhatə edir". 

Bu fikirləri Milli Məclisin deputatı Samir VƏLİYEV deyib.  Deputat bildirib ki, ilk növbədə, vahid regional inkişaf konsepsiyası xüsusi vurğulanmalıdır. Prezidentin bəyan etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Bu yanaşma, işğaldan azad edilmiş ərazilərin bərpasında sınaqdan çıxmış effektiv müasir idarəetmə və quruculuq modelinin (məsələn, Prezidentin xüsusi nümayəndəlik institutu) Naxçıvanda da tətbiqini sürətləndirir. Muxtar respublikanın statusu qorunmaqla, idarəetmə qaydalarının təkmilləşdirilməsi və kadr islahatları bu üç strateji bölgəni inzibati və iqtisadi nöqteyi-nəzərdən bir-birinə bağlayır. Digər tərəfdən, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair yeni Baş planının təqdim edilməsi muxtar respublikanın tamamilə müasir infrastruktur standartlarına keçidini təmin edir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı Naxçıvanın Azərbaycanın əvəzolunmaz nəqliyyat qovşaqlarından birinə çevriləcəyi və beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərdiyi də vurğulayıb. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olması logistik zəncirin tamamlanmaqda olduğunu göstərir. Bu xətt regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə düşməsi ilə Naxçıvanı blokada rejimindən tamamilə çıxararaq onu Şərq-Qərb tranzit marşrutunun mühüm mərkəzi edəcək. Cənab Prezident Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin də hazır olduğu və Ordubad rayonunda yeni su elektrik stansiyasının tikintisinin nəzərdə tutulduğu bəyan edib. Bu, o deməkdir ki, Azərbaycan təkcə daxili tələbatı ödəmir, həm də Naxçıvan üzərindən Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir. Bu, regionun gələcəkdə mühüm enerji dəhlizinə çevriləcəyinin birbaşa göstəricisidir.

"Prezident İlham Əliyevin Naxçıvana səfəri hərbi təhlükəsizlik və müdafiə qabiliyyətini də nümayiş etdirdi. "Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" tezisi və Naxçıvanda hərbi potensialın, xüsusilə yeni yaradılan komando hərbi hissələrinin davamlı gücləndirilməsi diqqətə çatdırılıb. Bu bəyanat, Ermənistandakı bəzi revanşist qüvvələrə və xarici dairələrə ciddi xəbərdarlıqdır. Naxçıvanın təhlükəsizliyi rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə təmin olunur və istənilən mümkün təhdidin qarşısının dərhal alınacağı mesajı verilir.

"Beləliklə, cənab Prezidentin bu müsahibəsi göstərir ki, Azərbaycan iqtisadi baxımdan tam müstəqildir, güclü siyasi iradəyə malikdir və heç kimdən asılı deyil. Ölkə daxili resursları hesabına həm Qarabağda, həm də Naxçıvanda irimiqyaslı layihələri paralel şəkildə həyata keçirməklə regionda tamamilə yeni geosiyasi və iqtisadi reallıq bərqərar edir" - deyə Samir Vəliyev vurğulayıb.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!