13 Avqust 2026 11:12
387
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri respublikamızın siyasi-ictimai həyatının əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən tədbirlər, təməlqoyma və açılış mərasimləri muxtar respublikanın inkişafına göstərilən diqqətin təcəssümünə çevrildi. Prezidentin AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlər isə Naxçıvanın Azərbaycanın strateji inkişaf hədəflərindəki yerinə və roluna işıq saldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev səsləndirib.

O bildirib ki, Naxçıvanın dövlətçilik tariximizdə xüsusi yeri var. Buradakı abidələr tariximizin, milli kimliyimizin və zəngin keçmişimizin nişanələridir. Naxçıvan həm də görkəmli şəxsiyyətlərimizin doğulub boya-başa çatdığı yurd yeridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş edib. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindəndir. Onun qətiyyətli fəaliyyəti nəticəsində Ermənistanın Naxçıvanı işğal etmək planlarının qarşısı alınıb, sosial-iqtisadi dirçəlişi təmin edilib. Bu gün isə Naxçıvanın inkişafı, ölkənin iqtisadi proseslərinə inteqrasiyası və təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Naxçıvana 17 dəfə səfər etməsi də bu xüsusi diqqətin təzahürüdür. Hazırda Naxçıvanda qazlaşdırmanın səviyyəsi 100 faizdir, enerji təhlükəsizliyi tam təmin olunub. 2023–2027-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində əldə olunan nəticələr inkişafın davamlı olduğunu göstərir.

“Avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvanda Sənaye Parkının, “Naxçıvan” Mehmanxana Kompleksinin və 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlqoyma mərasimlərində, DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin və memar Əcəmi Naxçıvaninin abidəsinin açılışlarında iştirak etmələri, Möminə xatun türbəsində bərpa işləri, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı”, Günəş Elektrik stansiyaları və dəmir yolu infrastrukturu ilə tanış olmaları muxtar respublikanın inkişafına kompleks yanaşmanı göstərdi. Naxçıvanda iqtisadi, sosial, turizm və tarixi irsin qorunması məsələləri diqqət mərkəzindədir. Əlahiddə Ümumqoşun Orduda komando hərbi hissələrinin yaradılması isə təhlükəsizliyin prioritet olduğunu göstərir. Avqustun 12-də Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən layihələrin maliyyələşdirilməsi məqsədilə 258 milyon manat ayrılması qarşıda duran vəzifələrin daha sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verəcək”, - deyə deputat vurğulayıb.

Hazırda Azərbaycanın əsas milli prioritetlərindən birinin Zəngəzur (TRIPP) dəhlizi fəaliyyətə başlaması olduğunu xatırladan X.Fətiyevin sözlərinə görə, bu məsələdə dövlətimizin ümdə milli marağı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır. Prezident İlham Əliyev də müsahibədə bu barədə ətraflı şəkildə fikirlər səsləndirdi, Zəngəzur dəhlizinin inkişafını çoxdankı arzu, hədəf adlandırdı. Azərbaycan dövləti bu milli hədəfə doğru qətiyyətlə irəliləyir. Artıq respublikamızın ərazisində Zəngəzur dəhlizinin infrastrukturu ilə bağlı işlər başa çatmaq mərhələsindədir. Bu nəqliyyat dəhlizi Azərbaycanın tranzit imkanlarını möhkəmləndirəcək, muxtar respublikanın inkişafını sürətləndirəcək. Naxçıvan ərazisində yeni nəqliyyat arteriyası formalaşacaq və Prezident İlham Əliyevin təbirincə desək, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək.

“Naxçıvan Muxtar Respublikasının Azərbaycanın strateji hədəflərindəki digər mühüm yeri elektrik enerjisinin ixracı ilə bağlı olacaq. Naxçıvanda, xüsusən Günəş enerjisi potensialı böyükdür. Bu bölgənin “yaşıl enerji” zonası elan edilməsi də bundan irəli gəlir. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır və yeni inşa edilən elektrik stansiyaları bu gücü daha da artıracaq. Zəngəzur dəhlizinin yaradılması da Naxçıvan vasitəsilə Azərbaycanın elektrik enerjisinin ixracı imkanlarını artıracaq. Birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun qurulması barədə göstəriş də bu strateji məqsədə xidmət edir.

Ümumilikdə isə dövlətimizin başçısının Naxçıvana səfəri muxtar respublikanın ardıcıl və hərtərəfli inkişaf yolunda olduğunu nümayiş etdirdi. Müsahibədə toxunulan məsələlər Naxçıvanın iqtisadi və tranzit imkanlarının, habelə Azərbaycanın gələcək inkişafında oynayacağı mühüm rolun təqdimatı idi. Naxçıvan tezliklə Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevrilə bilər. Prezident İlham Əliyevin müsahibəsini torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan yeni reallıqlar müstəvisində Naxçıvanın yüksəlişinin yeni yol xəritəsi də adlandırmaq olar”, - deyə o fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

Qusarda Respublika Şahmat Olimpiadası başa çatıb

14:00
13 Avqust

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib

13:55
13 Avqust

Yaponiya süni intellektə keçidə ehtiyatla yanaşır

13:53
13 Avqust

“Twitch”də süni intellekt qadağası

13:50
13 Avqust

Fransada 40 mindən çox insan içməli su sarıdan korluq çəkir

13:48
13 Avqust

Ekranlar uşaqların təxəyyülünü məhdudlaşdırır

13:46
13 Avqust

Dünyada tərəvəzin növləri sürətlə azalır

13:44
13 Avqust

Delfinlərin balıq ovlamaq üçün balıqqulağından istifadə etdiyi görüntülənib

13:42
13 Avqust

Bədənimizdəki mikroblarla psixopatik meyillər arasında əlaqə ortaya çıxıb

13:40
13 Avqust

Avropada Günəş tutulması böyük maraqla izlənilib

13:38
13 Avqust

Almaniyada PUA-larla bağlı təhlükəsizlik problemləri aşkarlanıb

13:37
13 Avqust

DST: Ebola epidemiyası rekord həddə çata bilər

13:35
13 Avqust

Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır

13:20
13 Avqust

Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 

13:03
13 Avqust

DİM sədri: III ixtisas qrupunda yüksək müsabiqə vəziyyəti müşahidə olunur

13:01
13 Avqust

Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir

12:57
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!