10 İyul 2025 17:09
402
İQTİSADİYYAT
A- A+
Muxtar Babayev: Karbon bazarının potensialı 2050-ci ilədək 1 trilyon dollara çata bilər 

Muxtar Babayev: Karbon bazarının potensialı 2050-ci ilədək 1 trilyon dollara çata bilər 


Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli paneldə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Muxtar Babayev hazırkı mürəkkəb geosiyasi dövrü qeyd edərək dünyada müharibələr, enerji böhranı, müxtəlif ölkələrdə seçkilər və enerji bazarlarında proqnozlaşdırılmayan dəyişikliklər fonunda çoxtərəfli əməkdaşlıq və beynəlxalq razılaşmaların təşviqinin son dərəcə vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu baxımdan OPEC Seminarı mühüm nümunədir, burada OPEC, OPEC+ və digər ölkələrdən olan nazirlərin iştirakı ilə ölkələr bir araya gələrək enerji bazarının gələcəyi ilə bağlı mühüm məsələlər üzrə fikir mübadiləsi aparırlar.

Muxtar Babayev çıxışında COP29-da əldə olunan əsas nəticələrdən danışaraq bildirib ki, Qlazqo, Şarm əl-Şeyx və Dubayda keçirilmiş əvvəlki konfransların davamı olaraq, Bakıda mühüm razılıq əldə olunub. Belə ki, inkişaf etmiş ölkələr iqlim maliyyəsi üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar ayırmağı öhdələrinə götürüblər. Bu məbləğ, əvvəlki 100 milyard dollarlıq vədə nisbətən üç dəfə çoxdur.

Digər mühüm nəticə isə karbon bazarının tənzimlənməsi ilə bağlıdır. Paris Sazişinin 6-cı maddəsi çərçivəsində qəbul olunan qaydalar və qeydiyyat prosedurlarının təsdiqi nəticəsində xüsusilə inkişaf etməkdə olan ölkələrdə özəl sektorun bu bazara daxil olması üçün şərait yaradılıb. Muxtar Babayev bildirib ki, bu bazarın indiki tutumu 250 milyard dollar səviyyəsində qiymətləndirilir və 2050-ci ilə qədər bu rəqəmin 1 trilyon dollara çatacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu sahəyə əsas sərmayə mənbəyi özəl sektor olacaq.

O əlavə edib ki, karbon bazarının tam işlək olması üçün şəffaflıq mexanizmlərinin tətbiqi də zəruridir. Ölkələr bu layihələrin necə həyata keçirildiyini aydın şəkildə göstərməlidirlər ki, əlavə sərmayələr cəlb oluna bilsin.

Muxtar Babayev, həmçinin qeyd edib ki, dünyanın bir çox enerji şirkətləri artıq özləri üçün dekarbonizasiya və xalis sıfır hədəfləri qəbul ediblər. Onların əksəriyyəti yaşıl enerji siyasəti həyata keçirir. O vurğulayıb ki, artıq dünya üzrə hər üç sərmayə dollarından ikisi alternativ enerjiyə yönəldilir. Bu, ölkə və şirkətlərin yaşıl enerjiyə yönəldiyini göstərir və bu prosesin gələcək illərdə daha da intensivləşəcəyi gözlənilir.

Sonda o bildirib ki, son illərdə COP-a ev sahibliyi edən Misir, BƏƏ, Azərbaycan və gələcəkdə Braziliya kimi ölkələrin ortaq xüsusiyyəti onların hər birinin iri neft və qaz istehsalçısı olmasıdır. Lakin bu, onların enerji keçidinə sadiqliyinə mane olmur. Əksinə, bu ölkələr öz regionlarında enerji keçidində liderlik edirlər, bərpaolunan enerji zonaları, enerji dəhlizləri və yaşıl şəbəkə layihələri həyata keçirirlər. Muxtar Babayev bildirib ki, Braziliya da bu baxımdan böyük potensiala malikdir və inklüziv enerji keçidinə töhfə verə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!