06 Mart 2024 16:01
317
CƏMİYYƏT
A- A+
Mütəxəssis: Allergik xəstəliklər irsi keçir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür  

Mütəxəssis: Allergik xəstəliklər irsi keçir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür  

 

“Allergik xəstəliklər irsi keçən, xroniki xəstəliklərdir, genlər vasitəsilə nəsildən-nəslə ötürülür”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova açıqlayıb. Onun sözlərinə görə, hansı situasiyalarda allergik xəstəliklər astmaya keçə bilər sualı yarandıqda ilk növbədə hansı allergik xəstəliklərdən söhbət getdiyinə diqqət yetirmək vacibdir: “Bu proses astmaya doğru “allergik marş” olaraq adlanır. Nə üçün bu şəkildə adlandırıldığına diqqət yetirsək, görərik ki, astmadan öncə uşaqda proses digər allergik simptomlar şəklində müşahidə olunur. Proses kiçik yaşlarda əsasən dəridə lokalizasiya olunur və atopik dermatit adlanır. Atopik dermatit yeni doğulan zaman müşahidə olunur. Xəstəliyin simptomları dəridə quruluq, səpgi və qaşınmadır. Kiçik yaşlarda bu şikayətlər üz nahiyəsində, ətraf büküşlərində görünür. Bu reaksiyalar qidaya, istifadə olunan təmizlik vasitələrinə, geyim əşyalarına, yataq dəstlərinə qarşı yarana bilər. İrəliləyən yaşlarda qoruyucu tədbirlər görülməsə, proses həm dəri səthində yayılır, həm də üst tənəffüs yollarında lokalizasiya olunur. Üst tənəffüs yollarına lokalizasiya olunan reaksiyalar allergik rinit adlanır. Xəstəliyin simptomları burunda qaşınma, tutqunluq, şəffaf axıntının gəlməsi ilə müşahidə olunur. Bu şikayətlərdə eyni şəkildə atopik dermatitdə qıcıqlandırıcı rol oynayan amillərin təsirinə məruzqalma zamanı yaranır”.

Allerqoloq qeyd edib ki, bu mərhələlərdə uşaqlarda düzgün həyat tərzi, hipoallergik pəhriz və müalicə aparılmadıqda artıq növbəti mərhələ olan astmanın yaranma ehtimalı artır: “Bu proses nəsildə astmadan əziyyət çəkən şəxs olduqda daha çox müşahidə edilir. Biz kiçik yaşlarda uşaqda atopiya hallarını gördükdə bu halı yaradan qidanı, ətraf mühit amillərini araşdırıb tapmalı və uşaqdan kənarlaşdırmalıyıq. Əlavə olaraq xəstəlik barədə geniş məlumat verilməli, müalicə planı təyin edilməlidir. Bu şəkildə yanaşma ilə uşaqlarda gələcəkdə astma kimi xəstəliklərin inkişaf riski azala bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!