14 Sentyabr 2025 08:10
1121
SİYASƏT
A- A+
Müstəqil siyasət, iqtisadi güc, hərbi qüdrət

Müstəqil siyasət, iqtisadi güc, hərbi qüdrət


Azərbaycan yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın mühüm aktorlarından biri kimi qəbul olunur


Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və regional gücə çevrilməsi dünya ictimaiyyətinin diqqətindən yayınmır. Strateji mövqeyi, enerji siyasəti, uğurlu diplomatik addımları və hərbi potensialı sayəsində Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın mühüm aktorlarndan biri kimi qəbul olunur.

Dövlətin iqtisadi siyasəti, maliyyə sabitliyi və valyuta ehtiyatlarının artması Azərbaycanın iqtisadi qüdrətini gücləndirib. Neftdənkənar sektorun inkişafı, kənd təsərrüfatı və turizmin dirçəlməsi ölkənin iqtisadiyyatını daha dayanıqlı edir.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat və enerji əlaqələrinin bərpası Azərbaycanın regional geosiyasi mövqeyini daha da gücləndirib. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın enerji infrastrukturunun təhlükəsizliyini təmin edib. Bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan "Şərq-Qərb" marşrutu üzrə etibarlı tranzit ölkədir. 

Ümumiyyətlə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salanda görürük ki, ölkəmiz, sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 

Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb.

Azərbaycanın enerji siyasəti ölkəyə həm regional, həm də beynəlxalq səviyyədə siyasi güc qazandırır. Həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinə şərait yaradır, Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi yer almasına imkan verir, eyni zamanda Avrasiyada effektiv əməkdaşlıq və rəqabət əlaqələrinin qurulmasına səbəb olur. 

Coğrafi və geosiyasi baxımdan mühüm bir mövqedə yerləşən Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində fəal və balanslaşdırılmış xarici siyasət yürüdür. Bu siyasət bir neçə əsas istiqamətdə özünü göstərir - Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində fəal iştirak edir. Enerji sahəsində strateji tərəfdaşdır - xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bir sıra Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etdirilir.

Azərbaycanın BMT, ATƏT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda fəal iştirakı onun qlobal siyasətdəki rolunu artırır. Azərbaycanın bu təşkilatlarda mövqeyi onun həm regional, həm də qlobal məsələlərə təsir göstərən bir ölkə olduğunu göstərir.

Azərbaycanın qlobal mövqeyi onun enerji siyasəti, diplomatik əlaqələri, regional gücü və beynəlxalq təsiri ilə möhkəmlənir. Bu həm Azərbaycanın iqtisadi və siyasi gücünü artırır, həm də onu dünya miqyasında mühüm bir oyunçuya çevirir.

Azərbaycana rəhbərlik etdiyi 22 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.

Bu gün İlham Əliyev liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 

Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında sözünü deyən ölkələrdən biridir. Dünyanın kosmik ölkələr ailəsinin üzvü olan Azərbaycanın bu gün orbitdə 3 peyki mövcuddur.

Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Ordumuzun maddi-texniki bazası daha da modernləşir, istehsal edilən yerli və xaricdən alınan hərbi texnikalar, silahlar isə Silahlı Qüvvələrimizin gücünə güc qatır. 

Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. 

Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək silahlı qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərmiş oldu. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də silahlı qüvvələrinin gücünə güc qatmaqdadır. 

Müharibədən ötən müddət ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, silahlar və müasir texnika ilə təchiat, ən nahayət hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəltməkdədir.

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq edir ki, modernləşmə ən vasib şərtlərdən biridir. 

İlham Əliyevin həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Prezidentin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahl Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür. Yəni Cənubi Qazqazda ən güclü Zəfər Ordusu Azərbayana məxsusdur.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!