22 Avqust 2024 11:15
119
CƏMİYYƏT
A- A+

Multikulturalizm Mərkəzinin icraçı direktoru G20 Dinlərarası Forumunda iştirak edib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov avqustun 19-22-də Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunub. Azərbaycan Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yer alıblar.

BBMM-in mətbuat xidmətindən verilən xəbərə görə, Rəvan Həsənov “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan Forumun açılış mərasimində və panel müzakirələrində iştirak edib. Dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyi dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzuları əhatə edib. Forumda Rəvan Həsənovun məruzəsi “Dini savadlılığın araşdırılması” panelinin gündəliyinə daxil edilib.
Rəvan Həsənov Forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt, G20 Dinlərarası Forumunun Prezidenti professor Kole Durhamla görüşüb. Görüşlərdə Azərbaycanın multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq müzakirə olunub. Rəvan Həsənov Forum çərçivəsində G20 kanalına da müsahibə verib.
Qeyd edək ki, 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video