21 Sentyabr 2026 13:24
138
CƏMİYYƏT
A- A+
Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB


Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın qədim dövlətçilik tarixində Qafqaz Albaniyasının yeri və rolu, onun siyasi, mədəni və dini irsi ilə bağlı məsələlər müzakirə olunub.

BMTMM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamlarının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O qeyd edib ki, ölkəmizin ərazisində tarix boyu müxtəlif dövlətlər mövcud olub və onların hər biri Azərbaycan xalqına zəngin tarixi və mədəni irs qoyub. Bu irsi geniş şəkildə araşdıraraq ictimaiyyətə təqdim etməsək, müəyyən boşluqlar yaranır və həmin boşluqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr meydana çıxır.

“Qafqaz Albaniyası tarixinin araşdırılması istiqamətində elmi fəaliyyət daha da genişləndirilməlidir. Bu baxımdan erməni və gürcü dillərinin öyrənilməsi, eləcə də Qafqaz tarixinin ilkin mənbələr əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən “albanlaşdırıldığını” iddia edirlər. Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir”, - deyə İdarə heyətinin sədri vurğulayıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev bildirib ki, Qafqaz Albaniyasında katolikosluğun formalaşması mühüm məsələlərdən biridir. Xristianlığın Albaniyada yayılması və burada müstəqil kilsə institutlarının fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan tarixşünaslığında, o cümlədən görkəmli tarixçi Ziya Bünyadovun əsərlərində araşdırılıb.

“Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır. Həmin dövrdə Albaniyada fəaliyyət göstərən katolikosluq və kilsə institutlarının müstəqilliyi məsələsi də tarixi mənbələr əsasında araşdırılıb. Təəssüf ki, bəzi hallarda bu irsin başqa xalqların adına çıxarılması cəhdləri müşahidə olunur. Lakin belə məsələlərə yanaşarkən ilkin mənbələrdən, epiqrafik abidələrdən və elmi araşdırmalardan çıxış etmək lazımdır”, - deyə tarixçi bildirib.

Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov qeyd edib ki, ümumiyyətlə, Qarabağda prinsipial əhəmiyyət daşıyan və yalnız Qarabağ, yaxud Qafqaz xristianlığı üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyətli olan üç kilsə var. Bunlardan biri Gəncəsər, digəri Xudavəng, üçüncüsü isə Amaras, yəni Ağoğlan kilsəsidir.

“Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb. Diplomatik korpusun nümayəndələri dəfələrlə Qarabağa səfər ediblər. Burada müəyyən ideoloji məsələlər də var ki, erməni tərəfi onları konservasiya edərək saxlayır ki, gələcəkdə vəziyyət dəyişərsə, həmin məsələlərdən yenidən istifadə edə bilsin”, - deyə ekspert vurğulayıb.

BMTMM-nin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov hazırda radikal ermənilərin dini irsdən silah kimi istifadə etməyə çalışdıqlarına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur.

“Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ancaq bu yolla elmi və siyasi səviyyədə təsiri görüləcək”, - deyə Fərhad Məmmədov bildirib.

Tədbir müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

14:07
21 Sentyabr

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

14:05
21 Sentyabr

Neftçala rayonunda sərbəst güləş üzrə rayon turniri keçirilib  

14:04
21 Sentyabr

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır  

14:02
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

14:00
21 Sentyabr

Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

13:57
21 Sentyabr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

13:41
21 Sentyabr

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!