06 Sentyabr 2023 10:10
3109
Təhsil
A- A+
Mübariz İbrahimovun adını daşıyan məktəb qəbul imtahanında 100 faizlik nəticə göstərib 

Mübariz İbrahimovun adını daşıyan məktəb qəbul imtahanında 100 faizlik nəticə göstərib 

 

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan təhsil kompleksini bitirən 37 məzun qəbul imtahanlarında 100 faizlik nəticə ilə növbəti uğura imza atıb.
Artıq 13 ildir Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bu il 37 məzun bitirib. Onların 7-si fərqlənmə, 1-i isə qızıl medala layiq görülüb. İmtahanlarda 660 bal toplayan Zəhra İbişova deyir ki, gələcəkdə ixtisası üzrə peşəkar mütəxəssis olmaq ən böyük arzusudur: "2023-cü ildə keçirilən imtahanlarda 660 bal toplamışam və ADA Universitetinin Kompüter elmləri fakültəsinə daxil olmuşam. Ümumiyyətlə, çoxdankı arzum idi ki, kompüter sahəsində təhsil alım. İnformatika qrupunu seçəndə də bunu nəzərə almışdım. Həm müəllimlərimin dəstəyi, həm də çəkdiyim əziyyət hədər getmədi, yüksək bal toplayaraq istədiyim ixtisasa qəbul oldum".
"Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq ticarət və logistika fakültəsinə daxil olmuşam. Ənənəmizə sadiq qalaraq 100 faiz qəbul nəticəsi göstərdik. Hər kəsə məqsədindən asılı olmayaraq Mübariz olmağı arzulayıram. Bu, sadəcə mənim deyil, böyük komandanın uğuru idi. Əməyi keçən hər kəsə təşəkkür edirəm" , - deyə tələbə adını yeni qazanan Cavid Hacıyev bildirib.
Təhsil Kompleksinin icraçı direktor müavini Müşfiq Dadaşovun sözlərinə görə, ölkə və dünya səviyyəsində təhsil yeniliklərinin tətbiqinə çalışan məktəbin bu il iki məzunu həm də Türkiyənin nüfuzlu təhsil ocaqlarına daxil olub: "Sevindirici haldır ki, hər bir şagird hədəfini dəqiq bilir və öz ixtisasını qabaqcadan hədəfləmiş olur. Bu baxımdan əvvəlki nəticələrimizi saxlamaqla, yeni nailiyyətlər əldə etdiyimizi düşünürəm".
AZƏRTAC xəbər verir ki, bu günədək Təhsil Kompleksini 283 məzun bitirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!