16 Oktyabr 2025 08:55
2669
Mədəniyyət
A- A+
Müasir ədəbiyyatın gənc tədqiqatçısı

Müasir ədəbiyyatın gənc tədqiqatçısı


Cəmiyyətin aparıcı qüvvəsi olan gənclər daim yenilik axtarışındadırlar. Dövlətimiz də onların sağlam, ölkəyə, xalqa layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradır. Çünki sağlam gənclik sağlam nəsil, sağlam gələcək deməkdir. 

Prezident İlham Əliyevin gənclərimiz haqqında dediyi bu sözlər çox qürurvericidir. "Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik".

Doğma vətəninə ürəkdən bağlı olan Azərbaycan gəncliyi   bütün sahələrdə uğur qazanmağa çalışır. Belə fəal, çalışqan gənclərimizdən biri də Nəzrin Əliyevadır. Bu gənc xanım elm adamıdır - ədəbiyyatçıdır. Yaşı az olsa da, çalışdığı sahədə xeyli uğurlar əldə edib. 

Qazandığı uğurlardan söhbət açmazdan əvvəl onun ömür yoluna nəzər salaq. 1999-cu il yanvarın 11-də Bakıda dünyaya göz açan Nəzrin 2016-cı ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbi yüksək göstəricilərlə bitirib. Kiçik yaşlarından ədəbiyyata böyük maraq göstərib. Dünyaca məşhur olan şair və yazıçıların həyatını, yaradıcılığını öyrənib. Oxuduğu kitablar onun bu sahəyə olan maraq və həvəsini artırıb. O üzdən orta təhsilini uğurla başa vurduqdan sonra arzularının ardınca ali məktəbə üz tutub. Sınaqlardan uğurla keçərək Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2020-ci ildə ali təhsilini bitirərək Masallının Ərkivan qəsəbəsindəki 3 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Azərbaycan ədəbiyyatını və dilini sevə-sevə şagirdlərə öyrədib. Bir il sonra - 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı) ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Təhsil aldığı illər ərzində bir sıra müxtəlif  beynəlxalq və respublika elmi konfranslarında iştirak edib və bu tədbirlər onun təcrübə və biliklərini daha da artırıb. Bundan başqa, Nəzrin xanım elmi jurnallara müxtəlif mövzularda məqalələr yazıb. 

Onun üçün 2023-cü il düşərli olub. Həmin il Nəzrin xanım filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin rəhbərliyi ilə "1970-ci illər qırğız və Azərbaycan nəsrində arxetiplər (Çingiz Aytmatov və Mövlud Süleymanlı yaradıcılığı əsasında)" adlı dissertasiya işini müdafiə edərək magistratura təhsilini qırmızı diplomla başa vurub. Gənc filoloq həmin ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatı üzrə dissertantdır. O həmçinin institutun direktorunun köməkçisidir.

Bacarığı, işgüzarlığı və elmi bilikləri sayəsində Nəzrin xanım 2024-cü ildə də bir sıra yaddaqalan uğurlar əldə edib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Polşanın Bialystok Universiteti arasında təşkil olunmuş  "Erasmus+" proqramı çərçivəsində tələbə mübadiləsi proqramında iştirak etmək hüququ qazanan Nəzrin mədəniyyətlərarası və elmi əlaqələrin daha da gücləndirilməsi məqsədilə təşkil olunan tələbə mübadiləsi proqramı çərçivəsində universitetin Filologiya fakültəsində 5 aylıq təhsil alma imkanı əldə edib.

Nəzrin xanım bir gün də olsun elmi və yaradıcılıq işlərindən qalmır. Daim çalışır, araşdırmalar aparır. Gənc alim hazırda "XXI əsr qazax və Azərbaycan romanlarında bədii məkan və zaman problemi" mövzusunda fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Onu qeyd edək ki, bu mövzu müasir roman poetikasının dərkində mühüm əhəmiyyət daşıyır. Çünki məkan və zaman anlayışları yalnız bədii təsvir elementləri deyil, həm də insanın varlıq duyumunu, milli kimliyini və tarixi yaddaşını formalaşdıran əsas göstəricilərdir. Gənc alim deyir ki, müasir Qazaxıstan və Azərbaycan romanlarında məkan təkcə coğrafi anlayış kimi deyil, həm də ictimai-siyasi transformasiyaların, mədəni yaddaşın ifadəsi kimi təqdim olunur: "Zaman isə bu məkanların yaddaşla, keçmişlə və gələcəklə bağlı olan ilmələrini açır. Bu baxımdan romanlarda məkan və zaman strukturunun tədqiqi həm nəzəri baxımdan həm də milli ədəbiyyatların tipoloji müqayisəsi üçün geniş imkanlar yaradır. Mövzunun əhəmiyyəti həm də ondadır ki, Azərbaycan və Qazax ədəbiyyatlarında XXI əsrdə yazılmış əsərlər bir çox halda qlobalizm, miqrasiya, identiklik böhranı, yaddaş siyasəti kimi problemlərə toxunur. Bu problemlərin bədii məkan və zaman vasitəsilə necə təqdim olunması müasir insanın dünyagörüşü, milli kimlik axtarışları və postsovet məkanında ədəbiyyatın rolu haqqında yeni nəticələr çıxarmağa imkan verir. Tədqiqatın nəticələri yalnız nəzəri ədəbiyyatşünaslıq üçün yox, həmçinin müqayisəli ədəbiyyat, mədəniyyətlərarası dialoq və regionun ədəbi inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir".

İnanırıq ki, gənc alim Nəzrin Əliyeva araşdırdığı elmi işləri ilə ədəbiyyatımıza yeni töhfələr verəcək, Azərbaycan və Qazaxıstan ədəbiyyatı arasında möhkəm təməllərə söykənən körpü quracaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!