25 Dekabr 2025 12:36
111
Məktublar
A- A+
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri Murad Pirməmmədovdan  

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri Murad Pirməmmədovdan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırıram.

Sizin müdrik, prinsipial və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikası müasir çağırışlara layiqincə cavab verən, beynəlxalq arenada nüfuzu daim artan güclü və suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Milli maraqlara əsaslanan ardıcıl dövlət siyasətiniz, sosial-iqtisadi inkişaf strategiyanız və müstəqil xarici siyasət kursunuz gənc nəsil üçün nümunə və ilham mənbəyidir.

Bizim üçün xüsusi qürur və mənəvi dəyər kəsb edən məqam ondan ibarətdir ki, Siz MDBMİ-nin məzunu olaraq bu ali məktəbin tarixi və intellektual irsinin parlaq nümayəndələrindən birisiniz. Bu fakt MDBMİ-də təhsil alan azərbaycanlı tələbələr üçün böyük stimul olmaqla yanaşı, üzərimizə xüsusi və məsuliyyətli bir missiya qoyur. Azərbaycanı beynəlxalq akademik mühitdə təmsil edən tələbələr kimi biz ölkəmizin adını daim uca tutmağı, dövlətçilik ənənələrinə və milli maraqlara sadiq qalmağı özümüz üçün yüksək mənəvi borc hesab edirik.

Sizin rəhbərliyinizlə həyata keçirilən gənclər və təhsil siyasəti, intellektual potensialın inkişafına göstərilən diqqət Azərbaycanın gələcəyinə yönəlmiş strateji baxışın bariz nümunəsidir. Xaricdə təhsil alan gənclər, o cümlədən MDBMİ tələbələri ölkəmizin uğurlarını böyük qürur hissi ilə izləyir və Vətənlə mənəvi bağlılıqlarını daha da möhkəmləndirirlər.

Biz Sizə güclü, müasir və qalib Azərbaycanın Prezidenti, milli birliyin və dövlətçilik ənənələrinin simvolu kimi dərin hörmət bəsləyirik. Sizin fəaliyyətiniz Azərbaycan gəncliyində dövlətə, xalqa və milli dəyərlərə xidmət idealını möhkəmləndirir.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz ali missiyada yeni-yeni uğurlar arzulayırıq. Qoy yorulmaz fəaliyyətiniz ölkəmizə davamlı inkişaf, sülh və tərəqqi gətirsin!

Dərin hörmət və ehtiramla,

Murad Pirməmmədov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu

nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa ediliblər  

14:22
25 Dekabr

Çövkən üzrə Prezident Kubokunun qalibi məlum olub  

14:21
25 Dekabr

Ağdamdakı metal elektrik dirəklərinin istehsalı müəssisəsinin məhsulları həm də ixrac olunacaq FOTO  

13:55
25 Dekabr

Azərbaycan yeni beynəlxalq sazişə qoşulur  

13:53
25 Dekabr

Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL-ın təyyarəsinin qəzasının birinci ildönümündə bir-birilərinə başsağlığı veriblər  

13:52
25 Dekabr

Bu ay Ağdam şəhərinə 104 ailə köçürüləcək  

13:45
25 Dekabr

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir  

13:43
25 Dekabr

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

13:39
25 Dekabr

Azərbaycanın rayonlarında sabah axşama doğru yağıntılar tədricən kəsiləcək  

13:37
25 Dekabr

Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qrefdən

13:36
25 Dekabr

Vladanka Andreyeva: Azərbaycanda qazandığım təcrübə gələcək fəaliyyətim üçün önəmlidir  

13:34
25 Dekabr

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Albir həzrət Krqanovdan  

13:33
25 Dekabr

Aktauda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirəsi anılıb  

13:32
25 Dekabr

Dövriyyәdә olan ödәniş kartlarının sayı artıb  

13:31
25 Dekabr

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

13:30
25 Dekabr

AZAL-a məxsus təyyarə qəzasının ildönümündə həlak olanların xatirəsi anılıb 

13:26
25 Dekabr

Xankəndi, Sumqayıt və Bakıda “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

13:17
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!