25 Dekabr 2025 13:34
326
CƏMİYYƏT
A- A+
Vladanka Andreyeva: Azərbaycanda qazandığım təcrübə gələcək fəaliyyətim üçün önəmlidir  

Vladanka Andreyeva: Azərbaycanda qazandığım təcrübə gələcək fəaliyyətim üçün önəmlidir  


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT və onun ixtisaslaşmış qurumları ilə uzunmüddətli əməkdaşlığın ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük probleminin yaratdığı çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətdə də daim prioritet istiqamətlərindən olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyətində bu kateqoriyadan olan xüsusi insanlara diqqət və qayğı göstərilməsi mühüm yer tutub.

Vladanka Andreyevanın ölkəmizdə öz missiyasını dövlətimiz və xalqımız üçün çox əlamətdar bir dövrdə uğurla yerinə yetirdiyi vurğulanıb. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində məcburi köçkünlərin doğma yurd yerlərinə geri dönüşü başlayıb və Böyük Qayıdışa dair I Dövlət Proqramı icra edilir. Azərbaycan hökumətinin qayıdış prosesinin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə aparılmasını təmin etmək üçün gördüyü tədbirlərin, Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq miqyasda maraqla qarşılandığı vurğulanıb. Eyni zamanda, həmin ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin hələ də qaldığı, beynəlxalq təşkilatların bu təhlükənin aradan qaldırılması sahəsində ölkəmizlə davamlı əməkdaşlığının vacibliyinə toxunulub.

Vladanka Andreyevanın BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi kimi fəaliyyəti dövründə Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründə BMT təsisatları ilə tərəfdaşlığın daha da dərinləşdiyi, qaçqınların və məcburi köçkünlərlə bağlı humanitar və inkişaf yönümlü layihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyi bildirilib.

Vladanka Andreyeva Azərbaycanda qazandığı təcrübənin gələcək fəaliyyəti üçün önəmli olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqla maraq doğuran bir sıra məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!