15 Oktyabr 2024 22:25
428
İDMAN
A- A+
MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsində (MOK) Namibiya, Toqo, Burkina-Faso, Komor adaları, Çad, Lesoto, Nigeriya, Madaqaskar və Esvatini Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə görüşün əhəmiyyətindən danışıb.

MOK-un baş katibi Azər Əliyev Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb. Qurumun Beynəlxalq Proqramlar idarəsinin müdiri Anar Bağırov qonaqlara Azərbaycan idmançılarının qazandığı mükafatlar barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanıblar. Bunun nəticəsidir ki, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.

Komor adlarının Milli Olimpiya Komitəsinin baş katibi Hilmi Abud Said, Toqo Milli Olimpiya Komitəsinin prezidenti Deladem Akpaki, Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub qeyd ediblər ki, ölkəmizə səfərləri zamanı burada olan idman infrastrukturu Afrika qitəsindən olan rəsmilərin diqqətindən yayınmayıb.

Onlar vurğulayıblar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı yüksək nailiyyətləri barədə kifayət qədər məlumatları var və əldə olunan medallar ölkəmizdə idmanın inkişafının göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:49
16 Oktyabr

“Benfika” korrupsiyada ittiham olunur

23:46
15 Oktyabr

Sahil Babayev: Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır  

23:42
15 Oktyabr

Fransa Ukraynaya yardımı azaldır

23:37
15 Oktyabr

Samir Abasov: "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm"

23:26
15 Oktyabr

Harris Bloomberg-ə müsahibə verməkdən imtina edib  

23:07
15 Oktyabr

Tramp Baydeni büdcəni israf etməkdə ittiham edib  

22:47
15 Oktyabr

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

22:25
15 Oktyabr

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə siyahıya daxil olub

22:07
15 Oktyabr

Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb  

22:04
15 Oktyabr

Cəlilabadda zəlzələ olub

21:27
15 Oktyabr

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

20:51
15 Oktyabr

Ağdam “Çay evi” olduğu kimi bərpa olunacaq

20:39
15 Oktyabr

Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib

20:28
15 Oktyabr

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

20:03
15 Oktyabr

Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib  

19:46
15 Oktyabr

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb  

19:12
15 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

18:58
15 Oktyabr

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18:28
15 Oktyabr

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

18:14
15 Oktyabr

İran Avropaya uçuşları dayandırdı

17:53
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!