15 Oktyabr 2024 17:50
649
İDMAN
A- A+
Mahir Emreli: “Mənə təzyiqiniz çoxdur – Bu, məni qorxutmur”

Mahir Emreli: “Mənə təzyiqiniz çoxdur – Bu, məni qorxutmur”

Azərbaycan millisinin forvardı Mahir Emreli UEFA Millətlər Liqasında ötən gün baş tutan Slovakiya ilə oyundan sonra azarkeşlərə müraciət edib.

Hazırda Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən hücumçu fanatların dəstəyinin vacib olduğunu vurğulayıb.

Slovakiya ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu daha çox məşq və inkişaf etməyə çalışacağını bildirib:

"Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiniz.

Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur.

Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox,

Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqə ilə sonuclanır.

Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam!

Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir.

Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarım ilə sizləri sevindirəcəyəm!

Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!"

Dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Slovakiya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli görüşün 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:49
16 Oktyabr

“Benfika” korrupsiyada ittiham olunur

23:46
15 Oktyabr

Sahil Babayev: Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır  

23:42
15 Oktyabr

Fransa Ukraynaya yardımı azaldır

23:37
15 Oktyabr

Samir Abasov: "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm"

23:26
15 Oktyabr

Harris Bloomberg-ə müsahibə verməkdən imtina edib  

23:07
15 Oktyabr

Tramp Baydeni büdcəni israf etməkdə ittiham edib  

22:47
15 Oktyabr

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

22:25
15 Oktyabr

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə siyahıya daxil olub

22:07
15 Oktyabr

Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb  

22:04
15 Oktyabr

Cəlilabadda zəlzələ olub

21:27
15 Oktyabr

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

20:51
15 Oktyabr

Ağdam “Çay evi” olduğu kimi bərpa olunacaq

20:39
15 Oktyabr

Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib

20:28
15 Oktyabr

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

20:03
15 Oktyabr

Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib  

19:46
15 Oktyabr

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb  

19:12
15 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

18:58
15 Oktyabr

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

18:28
15 Oktyabr

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

18:14
15 Oktyabr

İran Avropaya uçuşları dayandırdı

17:53
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!