01 Noyabr 2022 02:29
825
Təhsil
A- A+
Mingəçevir Dövlət Universiteti beynəlxalq təşkilatın idarə heyətində təmsil olunacaq

Mingəçevir Dövlət Universiteti beynəlxalq təşkilatın idarə heyətində təmsil olunacaq

 

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov oktyabrın 25-dən 28-dək İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) 16-cı Baş Konfransında iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Dublin Universitet Kollecinin (UCD) evsahibliyi etdiyi konfrans "Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti" mövzusuna həsr olunub. Konfransa 100-ə yaxın ölkədən 300-dən artıq universitet rektoru, ali təhsil üzrə ixtisaslaşan beynəlxalq və regional təşkilatların rəhbərləri qatılıb.
Konfransın açılışında IAU prezidenti Pam Fredman, İrlandiyanın ali təhsil naziri Simon Harris, UCD prezidenti səlahiyyətlərini icra edən Mark Rogers və UNESCO-nun baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini çıxış ediblər.
MDU-nun rektoru Ş.Bayramov konfrans çərçivəsində keçirilən "Ali təhsilin transformativ gücü" (The Transformative Power of Higher Education), "Bir-birinə bağlı gələcək üçün bilik sistemlərinin açılması" (Unlocking Knowledge Systems for an Interconnected Future), "Sabahın dünyası üçün öyrətmək və öyrənmək" (Teaching and Learning for Tomorrow's World) və "Qarşılıqlı bağlılıq və qlobal kontekstdə ali təhsilin gələcəyi" (The Future of Higher Education in an Interconnected and Global Context) adlı bölmə iclaslarında müzakirələrdə fəal iştirak edib. Bölmə iclaslarında postpandemiya dövründə ali təhsil, rəqəmsallaşma, beynəlmiləlləşmə, Davamlı İnkişaf Məqsədləri və universitetlərin davamlı inkişafda artan rolu, elmin açıqlığı, universitetlərin təhsil, tədqiqat və cəmiyyətə xidmət missiyasına yeni baxış, lokal və qlobal çağırışların balanslı şəkildə nəzərə alınması və universitet dəyərləri barədə müzakirələr aparılıb. Müzakirələr zamanı universitetlərarası əməkdaşlıq və rəqabət, ali təhsildə müxtəliflik, akademik azadlıq, universitetlərin muxtariyyəti, elm, texnologiya və innovasiya arasında qarşılıqlı bağlılıq və təsir, kurikulumun davamlı təkmilləşdirilməsi, bilik, bacarıq və səriştə arasında qarşılıqlı bağlılıq, təhsildə sosial ədalət və hamı üçün bərabər imkanlar, gələcəyin vətəndaşının hazırlanmasında ali təhsilin əvəzolunmaz rolu və ali təhsildə qazanılan müsbət təcrübənin bölüşdürülməsi məsələlərinin önəmi vurğulanıb.
Tədbir çərçivəsində Ş.Bayramov müvafiq universitetlərin rektorları ilə çoxsaylı ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rektor MDU-nun strateji hədəfləri, yeni dövrün universitetinə çevrilmə yolunda atılan addımlar barədə ətraflı məlumat verib, IAU çərçivəsində universitetlərarası əməkdaşlıqdan gözləntilərini diqqətə çatdırıb.
Bundan əlavə, 16-cı Baş Konfrans çərçivəsində IAU-nun əvvəlki dövr üçün hesabatı, 2022-2030-cu illər üzrə strategiyası və 2022-2026-cı illər üzrə büdcəsi müzakirə və təsdiq edilib. Həmçinin IAU-nun "Qlobal ümumi rifah naminə ali təhsil müəssisələrinin rəqəmsal dünyada transformasiyası" adlı qətnaməsi qəbul olunub.
Konfrans 2022-2026-cı illər üçün IAU prezidentinin və idarə heyəti üzvlərinin seçilməsilə öz işinə yekun vurub. MDU-nun rektoru Ş.Bayramov IAU İdarə Heyətinə üzv seçilib.
Məlumat üçün bildirək ki, IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir. Hazırda 17 üzvü var. İdarə heyəti hər il toplanır, Baş Konfransın qərarlarının icrasını təmin edir və İAU Katibliyinin işinə rəhbərlik edir. Onun işlərinin bir hissəsi konkret komitələr və işçi qruplar vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, MDU cari ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobalmiqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!