14 Oktyabr 2023 10:00
402
SİYASƏT
A- A+
Mina problemi qlobal səviyyədə həll edilməlidir

Mina problemi qlobal səviyyədə həll edilməlidir

 

Oktyabrın 13-də daha iki Azərbaycan vətəndaşı işğaldan azad edilmiş yerlərimizdə minaya düşdü. Mina hadisəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən məkanda baş verdi. Bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yaydılar. İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.
Bir neçə gün qabaq isə Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə faciə baş verdi. Piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Qəzənfər oğlu Həsənov xəsarət aldı, onun hər iki ayağı amputasiya edildi. Oktyabrın 6-da daha bir mina hadisəsi Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə baş verdi. OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak oldu. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətinin məlumatında bildirildi ki, bu il martın 9-da Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi. ANAMA bir daha xəbərdarlıq etdi: "Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir".
Otuz ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabir hissəsi işğalçı Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildi, bu ərazilərdə 1,5 milyondan çox mina basdırıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da Ermənistan terror əməllərini davam etdirdi. Qəsbkar ölkə tərəfindən Azərbaycan torpaqlarında yeni minalar basdırıldı. Nəticələri isə çox ağırdır. Prezident İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə bəyan etdiyi kimi: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır".
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, 2020-ci ildən 2023-cü ilin əvvəlinədək  Azərbaycanın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda oraya sayı milyonlarla ölçülən nəhəng döyüş silah-sursatı daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb: "Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbaycanlılar öz torpaqlarında həlak olmağa davam ediblər".
Ermənistanın isə terrorçu əməllərini davam etdirmək qəsdi ilə minaladığı ərazilərin dəqiq xəritəsini verməkdən boyun qaçırması yeni faciələrə səbəb olur. Basdırılmış minalar həmin ərazilərdə, öz dədə-baba yurdunda yaşayan, işləyən, yaxud o yerlərə qonaq gedən azərbaycanlıların həyatı, sağlamlığı üçün təhlükə mənbəyidir. 
Mina təhlükəsinin böyüklüyü, vəziyyətin acınacaqlı olması bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini labüd edir. Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları "Minadan azad dünya üçün qlobal təşəbbüs" adlı petisiyaya bu səbəbdən başlayıb. "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan edilən petisiyada bildirilib ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.
BMT-yə üz tutaraq bəyan edilib ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadırlar. Müraciətdə mina problemindən xeyli əziyyət çəkən ölkə olaraq Azərbaycana da geniş yer verilib. Vurğulanıb ki, son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub, onların 90 faizi mülki şəxslərdir.
Ermənistanın Azərbaycan ərazilərini minaladığı, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu prosesi davam etdirdiyi, yalnız ölkəmizdə Laçın yolunda sərhəd-keçid məntəqəsi qurduqdan sonra vəziyyətin nəzarətə götürüldüyü faktları sözügedən müraciətdə qeyd edilib. Bu ilin sentyabrın 19-20-də aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycanın 480 kilometrlik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minanın yerləşdirildiyi aşkarlanıb. Bu faktdan dəhşətə gələn müraciət müəllifləri tələb ediblər ki, Ermənistan yeni basdırılmış minaların xəritələrini də dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.
Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıb, qlobal mina probleminə diqqətini artırması üçün BMT-yə çağırış ediblər.
Elan edilməsindən qısa müddət keçməsinə baxmayaraq, artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalının minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan etməsi, problemin qlobal həllinə dəstək verməsi müraciətin cidd rezonans doğurduğunu söyləməyə əsas verir.
Azərbaycan dövləti yalnız ölkəsində, regionda deyil, bütün dünyada sülhün, əmin-amanlığın tərəfdarıdır. Eyni zamanda milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamasına səy göstərir. Azərbaycana qarşı işğalçılıq mövqeyindən uzun illər əl çəkməyən, terrorlar törədən Ermənistan, nəhayət, bəd əməllərindən, məkrli niyyətlərindən uzaqlaşmalı, sülh şəraitində, dinc yaşamağı öyrənməlidir. Bu yolda atacağı ilk addımlardan biri minaladığı ərazilərin dəqiq xəritəsini Azərbaycana verməsi olmalıdır. Bununla mina terrorunu dayandıra bilər.  Bir daha mina partlayışları nəticəsində günahsız insanlar həlak olmaz və ya sağlamlığını itirməz.

Zöhrə FƏRƏCOVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!